129
işçi istehsal etdiyi məhsulun, yaxud yerinə yetirdiyi işlərin
kəmiyyət və keyfiyyətinə uyğun olaraq mükafatlandırılır.
Əməyin ödənilməsinin bu forması əmək nəticələri dəqiq
və tam uçota alınan işlərdə tətbiq edilir. İşəmuzd əmək
haqqı əməyin ödənilməsinin əmək haqqının
təşkili prinsip-
lərinə uyğundur, elmi əsasda qurulur və əmək məhsuldar-
lığının yüksəldilməsinin mühüm vasitəsidir, hər bir işçinin
şəxsi mənafeyi ilə ümum müəssisə mənafeyinin əlaqələn-
dirilməsinə imkan verir.
İşəmuzd əmək haqqı sisteminin tərkibi:
-
müstəqim (birbaşa);
-
qeyri-müstəqim (dolayı);
-
işə görə-mütərəqqi;
-
işə görə-mükafatlı;
-
akkord sistemi formasında tətbiq edilir.
İstehsalda əsas işlər üzrə, adətən, hər bir fəhlənin
əməyinin fərdi nəticələrinin normalaşdırılması və uçota
alınması üçün imkan vardır. Buna görə də sənaye müəssi-
sələrində fəhlələrə verilən əmək haqqının üstün sistem for-
ması,
müstəqim fərdi işəmuzd əmək haqqından ibarətdir
ki, bu da adətən sadəcə olaraq işəmuzd əmək haqqı adla-
nır. Bütün sənaye fəhlələrinin dörddə üç hissəsindən çoxu-
na işəmuzd sistemi üzrə əmək haqqı verilir. Müstəqim işə-
muzd əmək haqqının ən mühüm üstünlüyü bundan ibarət-
dir ki, fəhlənin əmək haqqı onun müəyyən bir dövr ərzin-
də istehsal etdiyi yararlı məhsulun (detalların, əməliyyat-
ların və s.) miqdarına tam uyğun olaraq dəyişilir. Buna
görə də işəmuzd əmək haqqı sistemi öz əməyinin nəticələ-
ri üzrə işçilərdə şəxsi maddi maraq yaratmaq prinsipinə
daha çox uyğun gəlir. İşəmuzd sistemi istehsal üçün də
faydalıdır: bu sistem fəhlələrin ustalığının artmasına, ava-