Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   86

 
 
104 
təmiz (xalis), şərti – təmiz məhsul, emalın normativ dəyəri 
göstəriciləri aiddirlər. 
Ümumi məhsul göstəricisi sənaye – istehsal fəaliyyə-
tinin son nəticəsini özündə əks etdirir. 
Zavod metodu ilə hesablanan ümumi məhsul göstəri-
cisinə  kənara  buraxmaq  üçün  istehsal  olunan  və  özünün 
ehtiyaclarına  istehlak  olunan  məmulat,  yarımfabrikat,  sə-
naye xarakterli xidmətlər və bir də bitməmiş istehsal qalı-
ğının dəyərləri daxil edilir. 
Əmtəəlik  məhsula  ümumi  məhsulun  o  hissəsi  daxil 
edilir ki, onlar kənar üçün   istehsal olunur (və  ya xidmət 
göstərilir)  və  təsərrüfat  dövriyyəsinə  təyinat  alır.  Başqa 
sözlə,  əmtəəlik  məhsula  müəssisənin  özünün  ehtiyacları 
üçün istehsal olunmuş məhsulların və habelə bitməmiş is-
tehsal qalığının dəyərləri daxil edilmir. 
Realizə olunmuş məhsulun tərkibinə bağlanmış kont-
raktlar  əsasında  istehlakçılara  göndərilmiş  və  haqqı  ödə-
nilmiş sənaye məhsullarının dəyəri daxil edilir. 
Əgər  əmtəəlik  məhsul  müxtəlif  istehlakçıların  ehti-
yaclarını  ödəmək  təyinatı  almış  sənaye  məhsullarının  də-
yərindən ibarətdirsə, realizə edilmiş məhsul isə artıq onla-
rın (istehlakçıların) təsərrüfat dövriyyəsinə daxil olunmuş 
sənaye məhsullarının dəyərindən ibarət olur. 
Planlaşdırma  praktikasında  tətbiq  olunan  həcm  gös-
təricilərindən biri də təmiz (xalis) məhsul göstəricidir.  
Xalis  məhsul  ümumi  məhsulun  dəyərilə  onun  isteh-
salına sərf olunmuş maddi məsrəflərin fərqi kimi hesabla-
nır və  o  yeni  yaradılmış,  əlavə  edilmiş  dəyərə  ekvivalent 
olan göstəricidir. 
 


 
 
105 
FƏSİL 5. MÜƏSSİSƏNİN KADRLARI, ƏMƏK 
MƏHSULDARLIĞI VƏ  ƏMƏK HAQQI 
 
5.1. Kadrların peşə hazırlığı və onun əhəmiyyəti. 
Müəssisənin kadrlarının tərkibi və təsnifatı 
 
İstehsal proseslərini həyata keçirmək üçün əsas amil 
kimi  iş  qüvvəsi  çıxış  edir.  Müasir  zamanda  iş  qüvvəsinə 
daha  böyük  tələblər  qoyulur.  Elmi-texniki  tərəqqinin 
sürətli  inkişafı  nəticəsində  yüksək  ixtisaslı  kadrlara  olan 
tələbat  gün  gündən  artır,  çünki  buraxılan  və  istifadə 
olunan  istehsal  vəsaitlərindən  yalnız  yüksək  ixtisas  və 
xüsusi texniki hazırlığa malik olan kadrlar səmərəli istifa-
də  edə  bilərlər.  İstehsalın  mexanikləşdirilmə  və  avtomat-
laşdırma  səviyyəsinin  yüksəldiyi  bir  şəraitdə  işçilərin 
mədəni-texniki və peşə-ixtisas səviyyəsinə tələb də kəskin 
surətdə artır. İşçilərin əməyi öz məzmununa və xarakterinə 
görə  yüksək səviyyədə olmalıdır və onlar daha mürəkkəb 
işləri yerinə yetirməlidirlər. Bu da kadrların hazırlanması-
na və onların ixtisasların daimi artırılmasına xüsusi diqqət 
yetirməsini  zəruri  edir.  Peşə-ixtisas  əmək  bölgüsü  daha 
mürəkkəb işləri sadə işlərdən fərqləndirməyə imkan verir 
və özünü kadrların peşə-ixtisas və tarif dərəcələri üzrə böl-
güsündə büruzə verir. Odur ki, peşə-ixtisas üzrə əmək böl-
güsü dərinləşdikcə yeni peşələr və ixtisaslar əmələ gəlir. 
Hər  hansı  bir  müəssisənin  istehsal  proqramı  yerinə 
yetirmək  üçün  zəruri  sayda  işçilər  tələb  olunur,  onların 
dəqiq tərkibdə və hazırlığa malik olması vacibdir.  
Müasir dövrdə,  əmək  bölgüsü,  yeni istehsal  növləri-
nin  meydana  gəlməsi  və  elmi-texniki  tərəqqinin  yeni  nai-
liyyətlərinin  istehsala  getdikcə  daha  geniş  tətbiqi  yeni 


 
 
106 
peşələr və onların daxilində ixtisasların yaranmasına səbəb 
olur. İstehsalın inkişafı və tərəqqisi fəhlə nəinki hər hansı 
bir işi  yaxşı  yerinə  yetirməyi bacarmalıdır, eyni zamanda 
o, maşın və avadanlıqların konstruksiyasını, istifadə etdiyi 
xammal  və  materialların  fiziki-kimyəvi  xassələrini  və  is-
tehsal texnologiyasını dərindən bilməlidir. Peşə və ixtisas-
ların mənimsənilməsində işçilərin peşə qabiliyyəti mühüm 
rol  oynayır.  Peşə  qabiliyyəti  insanın  müəyyən  əmək  fəa-
liyyətini  xarakterizə  edir.  Peşə  qabiliyyəti  insanda  həyat-
da, fəaliyyətdə qazanılır, yəni peşə qabiliyyəti mühüm rol 
oynayır.  Peşə qabiliyyəti insanda həyatda, fəaliyyətdə qa-
zanılır,  yəni  peşə  qabiliyyəti  bilik,  bacarıq  və  vərdişlərlə 
əlaqədardır. Ona görə  də insanın  mədəni-texniki səviyyə-
sinə təsir edən amillər, eyni zamanda onların peşə qabiliy-
yətinin artmasına da təsir edir. 
Müasir  sənaye  müəssisələrində  kadrlardan  səmərəli 
istifadə  olunmasında  və  onların  hazırlanmasına  olan  tələ-
batın  minimuma  endirilməsində  peşələrin  qovuşması  xü-
susi əhəmiyyətini kəsb edir. Peşələrin qovuşması dedikdə, 
eyni  işçi  (fəhlə)  tərəfindən  müxtəlif  növ  peşə  hazırlığı 
tələb edən işlərin  yerinə yetirilməsi nəzərdə tutulur. Peşə-
lərin qovuşması imkan verir ki, işçi tərkibində və  ya özü-
nün köməkçisi ilə eyni zamanda bir çox dəzgahda işləsin.  
Müəssisənin  kadrları,  ilk  əvvəl,  istehsal  heyəti  (əsas 
fəaliyyət heyəti) və qeyri – istehsal heyəti (qeyri-əsas fəa-
liyyət  heyətli)  kimi  qruplaşdırılır.  İkinci  qrupa  mənzil-
kommunal  təsərrüfatının,  uşaq  bağçalarının,  səhiyyə  və 
yardımçı təsərrüfatlarının işçiləri aiddir. 
İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə 
görə  fəhlələr,  mühəndis-texniki  işçilər,  qulluqçular,  kiçik 


 
 
107 
xidmətedici heyət, şagirdlər və mühafizə işçiləri kateqori-
yalarına bölünürlər. 
İstehsal heyətin əsas tərkib hissəsi olan fəhlələr qru-
pun  bilavasitə  məhsul  yaradılmasında  iştirak  edən  və  ha-
belə istehsal prosesinin normal  təmin edən işçilər aid olu-
nurlar. 
İcra etdikləri işin xarakterindəki fərqlərə görə fəhlə-
lər kateqoriyasını 4 əsas qrupa bölmək olar: 
-
 
texnoloji  prosesdə  iştirak  edən,  əmək  predmetini 
emal etmək  yolu ilə bilavasitə hazır  məhsula  çevirən fəh-
lələr.  Lakin  bunlardan  əlavə,  avtomatlaşdırılmış  istehsal-
larda fəhlə-nizamlayıcılar da bu qrupa daxil edilirlər, çün-
ki onlar avadanlıqların normal işini təmin edirlər; 
-
 
xammal, material və hazır məhsulun yarımfabrikat-
ların daşınması, anbarlaşdırılması və qorunması ilə məşğul 
olan fəhlələr;  
-
 
əsas fondların təmiri, istehsal avadanlıqlarının pro-
filaktikasını həyata keçirən təmin üçün hissə və tərtibatlar 
istehsal edən fəhlələr
-
 
hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən 
fəhlələr. 
Birinci qrupa daxil olan fəhlələr əsas,  digər  qruplara 
aid edilənlər isə köməkçi fəhlələr hesab olunurlar. 
Mühəndis-texniki  mütəxəssis  və  rəhbər  işçilər  kate-
qoriyasına  istehsala  texniki  rəhbərlik  funksiyasını  həyata 
keçirən  kadrlar  aid  olunurlar.  Əqli  əmək  nümayəndələri 
olan bu kateqoriya işçilər istehsala rəhbərlik və onun təş-
kilinin konstruktor, texnoloji, təşkilati-texniki və sırf isteh-
sal müəssisələri ilə məşğul olurlar. Bu kateqoriya işçilərə 
müəssisənin rəhbərliyi, baş mütəxəssislər, texniklər, usta-
lar və s. daxil edilir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə