Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

 
 
64 
Cəmiyyətin  təsisçilərinin  ümumi  yığıncağında  qəbul 
edilən nizamnamədə aşağıdakılar göstərilməlidir cəmiyyə-
tin  adı,  tipi,  hüquqi  ünvanı,  fəaliyyət  növü,  təsisçi  və  ya 
təsisçilər  tərəfindən  alınan  səhmlərin  kateqoriyası,  növü, 
nominal  dəyəri,  təsisçi  və  ya  təsisçilər  tərəfindən  alınan 
səhmlərin  miqdarı  səhmdarlar  öz  öhdəliklərini  yerinə  ye-
tirmədikdə görülən tədbirlər; idarəetmə, nəzarət və maliy-
yə-təftiş  orqanlarının  tərkibi  və  səlahiyyətləri,  fondların 
siyahısı və onların formalaşdırılması qaydası. 
Səhmdar  cəmiyyətinin  formalaşdırılmasında  dövlət 
müəssisəsi iştirak etdikdə Maliyyə Nazirliyinin rəyi olmalıdır.  
Səhmdar  cəmiyyəti  dövlət  müəssisəsinin  çevrilməsi 
əsasında  da  yaradıla  bilər.  Bu  halda  dövlət  müəssisəsinin 
səhmdar cəmiyyətinə çevrilməsi əsaslarını parlament müəy-
yənləşdirir.  
Cəmiyyətin nizamnamə fondunun ümumi həcmi açıq 
tipli  cəmiyyətlər  üçün  10  milyon  manat,  qapalı  tipli  cə-
miyyətlər  üçün  isə  5  milyon  manat  məbləğində  müəyyən 
edilir.  Elan  olunmuş  nizamnamə  fondunun  məbləği  bir  il 
ərzində  formalaşmalıdır  və  cəmiyyət  səhmlərini  dövlət 
qeydiyyatından keçirməlidir. 
Cəmiyyət  nizamnamə  fondunu  dövlət  üçün  o  vaxt 
artıra bilər ki, buraxılmış bütün səhmlər nominal dəyərdən 
az  olmamaq  şərtilə  ödənilmiş  olsun.  Nizamnamə  fondu 
yeni səhmlərin buraxılması, istiqraz vərəqələrinin səhmlə-
rə  dəyişdirilməsi    və  səhmlərin  nominal  dəyərinin  artırıl-
ması yolu ilə artırılır.  
Açıq  tipli  səhmdar  cəmiyyəti  Maliyyə  Nazirliyinin 
müəyyənləşdirdiyi  formada  hər  il  öz  fəaliyyəti  barəsində 
kütləvi informasiya vasitələrində məlumat dərc etdirməli-
dir.  Dərc  olunmuş  məlumatın  düzgünlüyünə  səhmdar  cə-
miyyəti  və onun məsul işçiləri məsuliyyət daşıyırlar.  


 
 
65 
Səhm  bölünməzdir.  Bir  səhm  bir  neçə  şəxsə  məxsus 
olduqda səhmdarların hamısı cəmiyyət qarşısında bir şəxs 
kimi çıxış edirlər.  
Səhmlər  yalnız  onların  dəyəri  tam  ödənildikdə  veri-
lir. Fiziki şəxslər ancaq adlı səhmlərin sahibi ola bilirlər. 
Cəmiyyət həmçinin imtiyazlı səhm buraxa bilər. On-
ların ümumi məbləği cəmiyyətin nizamnamə fondunun  10 
faizindən    çox  ola  bilməz.  Cəmiyyətin  nizamnaməsində 
başqa hallar nəzərdə tutulmadıqda imtiyazlı səhm sahibləri 
səsvermə hüququna malik olmurlar. Cəmiyyətdə nizamna-
mədə  nəzərdə  tutulmuş  həcmdə  ehtiyat  fondu  yaradılır. 
Ehtiyat  fondunun  minimum  həcmi  nizamnamə  fondunun 
15 faizindən az, maksimum həddi isə 25 faizindən çox ol-
mamalıdır. Ehtiyat fondu cəmiyyətin balans mənfəətindən 
ayırmalar hesabına yaradılır. Ayırmaların həcmi nizamna-
mədə mənfəətin 5-10 faizi həcmində nəzərdə tutulmalıdır. 
Cəmiyyət səhmdarların ona verdiyi əmlakın təsərrüfat fəa-
liyyəti nəticəsində istehsal olunmuş məhsulun, qazanılmış 
gəlirin, həmçinin qanunvericilikdə yol verilən əsaslarla əl-
də edilmiş əmlakın sahibidir. 
Səhmdarlar  cəmiyyətin  nizamnamə  fonduna  öz  pay-
larını  bina,  avadanlıq,  qiymətli  əşyalar,  qiymətli  kağızlar, 
torpaqdan,  sudan  və  başqa  təbii  ehtiyatlardan  istifadə 
hüquqları, pul vəsaiti, o cümlədən xarici valyuta şəklində 
verə bilərlər. 
Cəmiyyətin  adi  idarəetmə  orqanı  səhmdarların  ümu-
mi yığıncağıdır.  
Ümumi  yığıncaq  səsvermə  hüququna  malik  olan 
səhmdarların azı 60 faizi iştirak etdikdə səlahiyyətli sayılır.  
 
 
 


 
 
66 
3.5. Sahibkarlığın və milli iqtisadiyyatın inkişafında 
özəlləşdirmənin rolu 
 
Sahibkarlıq fəaliyyətinin və milli iqtisadiyyatın inki-
şafında  özəlləşdirmə  mühüm  rol  oynayır.  Özəlləşdirmə
bazar iqtisadiyyatına keçidlə əlaqədar həyata  keçirilən iq-
tisadi  islahatların  əsas  tərkib  hissəsi  və  iqtisadi  sistemin 
transformasiyasının mühüm vasitəsidir. Bazar iqtisadiyya-
tının  tələblərindən  irəli  gələn  qanunauyğun,  obyektiv  ta-
rixi zərurət sayılan özəlləşdirmə dövlət mülkiyyəti üzərin-
də mülkiyyətçinin dəyişməsi, müəssisələrin və onların əm-
laklarının vətəndaşlara, fiziki şəxslərə satılması deməkdir. 
Azərbaycan  Respublikasında  həyata  keçirilən  özəl-
ləşdirmənin  əsas  məqsədi  xüsusi  mülkiyyət  və  azad  rəqa-
bət prinsipləri əsasında öz özünü tənzimləyən bazar iqtisa-
diyyatı mühiti yaratmaq, bazar iqtisadiyyatının tələblərinə 
müvafiq  struktur  dəyişikliklərini  həyata  keçirmək,  iqtisa-
diyyata  investisiya  cəlb  etmək,  milli  iqtisadiyyatı  dirçəlt-
mək  və  sağlamlaşdırmaq,  əhalinin  həyat  səviyyəsini  yük-
səltməkdən ibarətdir.  Deməli, özəlləşdirmə  prosesinin hə-
yata keçirilməsi müəssisə və təşkilatların dövlət tərəfindən 
bilavasitə  idarəetmə  funksiyasının  aradan  qaldırılmasına 
imkan verir.  
Dövlət  mülkiyyətində  olan  müəssisə  və  təşkilatların 
özəlləşdirilməsi xüsusi sahibkarlığın inkişafında əsas rol oy-
nayır.  Çünki  özəlləşdirmə  rəqabət  aparmağa,  səmərəli  tə-
sərrüfatçılığa, təşəbbüskarlığa və işgüzarlığa səbəb ola bilən 
əlverişli şəraitin, mühitin formalaşmasının zəruri şərtidir. 
Azərbaycan Respublikasında özəlləşdirməni səmərəli 
həyata keçirmək məqsədilə 1993-cü ildə Azərbaycan Res-
publikasının  Milli  Məclisi  tərəfindən  “Azərbaycan  Res-
publikasında  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  haq-
qında” qanun qəbul edilmişdir. Lakin bu qanunun icra me-


 
 
67 
xanizmi  olmadığından  özəlləşdirmə  prosesinin  həyata  ke-
çirilməsi  xeyli  gecikdirilmişdir.  Bu  qanun  Azərbaycan 
Respublikasında  1995-1998-ci  illərdə  dövlət  mülkiyyəti-
nin özəlləşdirilməsini  nəzərdə tuturdu və özəlləşdirmənin 
birinci mərhələsi hesab edilirdi. 
Ulu  Öndər  Heydər  Əliyev  tərəfindən  1995-ci  ilin  29 
sentyabrında  imzalanmış  “Azərbaycan  Respublikasında 
1995-1998-ci illərdə” dövlət mülkiyyətinin özəlləşdirilməsi-
nin  Dövlət  Proqramı”–da dövlət  müəssisə  və  təşkilatlarının 
özəlləşdirilməsinin iki forması nəzərdə tutulmuşdur: a) kiçik 
müəssisə  və  təşkilatların  özəlləşdirilməsi;  b)  orta  və  iri 
müəssisə və təşkilatların özəlləşdirilməsi. 
1995-1998-ci  illərdə  kiçik  müəssisə  və  təşkilatların 
özəlləşdirilməsi  hərraclar  və  müsabiqələr  əsasında  satış 
yolu  ilə  həyata  keçirilmişdir.  Lakin  Respublikada  başa 
çatmış  kiçik  özəlləşdirmə  zamanı  dövlət  müəssisə  və 
təşkilatlarının  heç  birini  konkret  sahibkar  ala  bilməmiş  və 
onların hamısı bir növ əmək kollektivlərinin adına yenidən 
rəsmiləşdirilməsidir. Belə bir vəziyyətin yaranmasının əsas 
səbəblərindən biri Dövlət proqramının əmək kollektivlərinə 
məcburi  güzəştlərin  verilməsi  ilə  izah  edilir.  Çünki  əmək 
kollektivlərinin  vəkil  etdiyi  şəxslər  hər  vasitə  ilə  kənar  in-
vestorların hərracda iştirakına maneçilik törətmişlər. Fakti-
ki materialların təhlili göstərir ki, kiçik özəlləşdirmə dövlət 
üçün  lazımi  səmərə  verməmişdir,  yəni  1996-cı  ildə  44,8 
milyard manat dəyərində qiymətləndirilmiş və satılmış ki-
çik müəssisə və təşkilatların əmlakından dövlət büdcəsinə 
cəmisi  14,5  milyard  manat  vəsait  daxil  olmuşdur. 
08.01.1999-cu il tarixə Dövlət Əmlak Komitəsi tərəfindən 
özəlləşdirilmiş kiçik müəssisə və obyektlər haqqında  mə-
lumatlar  göstərilmişdir  ki,  Respublika  üzrə  19840  kiçik 
dövlət müəssisə və obyektləri özəlləşdirmişdir ki, onlardan 
da  13198–i  (66,3%)  1998-ci  ilə  qədər,  6642  –  si  (ya  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə