Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

 
 
51 
fəaliyyət  növüdür.  Burada  sahibkarın  tapşırığı  ilə  sövdə-
ləşmə  işinə  mütəxəssis  müqavilə  bağlamaq  üçün  danışıq-
lar  apararkən  tərəf-müqabil  qarşısında  əvvəllər  qoyduğu 
güzəştli  şərtlərdən  onun  razılığı  ilə  öz  fikrindən,  tələbin-
dən dönməyi bacarmalıdır. 
Real bazar iqtisadiyyatı kommersiya qarşısında ciddi 
tələblər qoyur. Kommersiya fəaliyyətində tərəf-müqabillər 
bağladıqları müqavilələrin bütün şərtlərini lazımınca yeri-
nə yetirməli, qənaətçilik prinsiplərini tutmalı və hər iki tə-
rəf  üçün  səmərəli  olmalıdır.  Tərəf-müqabillər  arasında  tə-
mizlik, düzgünlük, doğruluq, işgüzar etika qaydalarına müt-
ləq  əməl  etmək  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  tələbləri 
pozan  sahibkar-kommersant  sivilizasiyalı  işgüzar  dairələr 
tərəfindən yaxşı qarşılanmır və gec-tez həmin sahibkar müf-
lisləşməyə düçar olur. 
Kommersiya  fəaliyyətinin  nailiyyətləri  xeyli  dərəcə-
də kommersiya sirri ilə bağlıdır. Kommersiya sirri iki əsas 
cəhəti: istehsal və sirrin idarə olunmasını əks etdirir. Kom-
mersiya sirrinin istehsal cəhəti elmi-tədqiqat, elmi-texniki, 
layihə – konstruktor, texnoloji-tədqiqat işlərinin nəticələri-
nin və istehsal prosesində baş verən  yardımçı aralıq vəzi-
fələri, funksiyaları əhatə edir. Kommersiya sirrinin müha-
fizəsini xüsusi dövlət orqanları təşkil edir. 
Kommersiya fəaliyyətinin təşkilində kommersiya söv-
dələşmələri  mühüm  rol  oynayır.  Sövdələşmə  prosesində 
tərəflər  bir-birinin  məqsədlərini  aşkara  çıxarmaqla  bu 
prosesin  predmetinin  kommersiya  həllinin  yollarını,  üsul-
larını,  məqsədyönlüyünü  və  əldə  ediləcək  nəticələrin  fay-
dalılıq  dərəcəsini  götür-qoy  edirlər.  Bazar  münasibətləri 
baxımından kommersiya sövdələşməsi dedikdə, tərəf-mü-
qabillər arasında alqı-satqı məsələləri, iş, yaxud xidmətlər 


 
 
52 
üzrə razılaşmaların nəticələrinə uyğun surətdə razılığa gəl-
mə nəzərdə tutulur. 
Vasitəçilər  –  əmtəələrin  satılmasında  və  müştərilər 
arasında  yayılmasında  şirkətə,  müəssisəyə  yardım  göstə-
rən firmalar, yaxud fərdi adamlardır. Onlara ticarət vasitə-
çiləri,  əmtəənin  irəlilədilməsinin  təşkili  üzrə  mütəxəssis-
lər,  marketinq  xidmətləri  göstərilməsi  üzrə  agentlər  və 
kredit-maliyyə  idarələri  aiddir.  Vasitəçilərin  iştirakı  ilə 
kommersiya  sövdələşmələri  funksional  baxımdan  iki  qru-
pa:  ticarət-vasitəçilik  sövdələşmə  və  ticarət  vasitəçiləri 
qrupuna ayrılır. 
Ticarət vasitəçilik sövdələşməsi dedikdə, satıcılardan 
və  alıcılardan  asılı  olmayan,  lakin  onların  sifarişləri  ilə 
malların, işlərin və xidmətlərin alqı-satqı əməliyyatlarının 
müstəqil  vasitəçilərinin  iştirakı  ilə  həyata  keçirilməsi 
nəzərdə tutulur. Ticarət vasitəçisinə gəldikdə isə o, müstə-
qil  kommersiya  müəssisəsi  sifətində  çıxış  edən  satıcı  və 
alıcı arasında hüquqi şəxs statusu olan vasitəçilərdir. Onun 
mənfəəti həmin satıcı, yaxud alıcı tərəfindən satınalma və 
satış qiymətləri arasındakı fərq, yaxud komisyon mükafatı 
hesabına təmin edilir. 
Kommersiya sövdələşməsinin aşağıdakı mərhələləri-
ni fərqləndirirlər: 
a)
 
kontragentin axtarılıb, tapılması və seçilməsi mər-
hələsi; 
b)
 
sövdələşmə  üzrə  sazişin  bağlanmasına  hazırlıq 
mərhələsi; 
c)
 
alqı-satqı  müqaviləsinin  bağlanmasına  hazırlıq 
mərhələsi; 
d)
 
bağlanmış müqavilələrin imzalanması mərhələsi. 
 
 


 
 
53 
3.3. Sahibkarlıq fəaliyyətinin növləri və təsnifatı 
 
Sahibkarlıq  fəaliyyətinin  müxtəlif  cür  növləri  möv-
cuddur. Hər hansı biznes fəaliyyəti bu və ya digər dərəcə-
də  məhsul  və  xidmətlər  istehsalı,  mübadiləsi,  məhsulun 
bölgüsü və istehlakı ilə sıx bağlıdır.  Sahibkarlıq fəaliyyə-
tinin  aşağıdakı  növləri:  istehsal  sahibkarlığı,  kommersiya 
və  maliyyə  sahibkarlığı  fərqləndirilir.  Sahibkarlığın  adı 
çəkilən növləri bir neçə yarımnövlərə bölünür. Sahibkarlı-
ğın mövcud olan növ və yarımnövlərini aşağıdakı sxemdə 
göstərmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 1. Sahibkarlıq fəaliyyətinin növləri 
 
Sahibkarlığın növləri 
İstehsal 
Kommersiya 
Maliyyə 
 
Konsultativ 
İnnovasiya 
Xidmətlər  
göstərilməsi 
Elmi-texniki 
Məhsul istehsalı 
İstehlak məhsulları 
istehsalı 
İstehlak xidmətləri 
istehsalı 
İnformasiya 
Ticarət 
Alqı-satqı 
Ticarət- 
vasitəçilik 
Əmtəə 
birjası 
Bank 
Auditor 
Sığorta 
Lizinq 
Fond 
birjası 
Ümumi
 
idarəetmə 
Xüsusi 
xidmətlər 
Marketinq 
İnzibati 
İstehsal 
İnformasiya 
texnikası 
Kadr
 
idarəetməsi 
Maliyə
 
idarəetməsi 


 
 
54 
İstehsal  sahibkarlığı  fəaliyyətinin  ən  aparıcı  növü 
hesab edilir. Burada məhsul, əmtəə istehsalı həyata keçiri-
lir,  xidmətlər  göstərilir,  müəyyən  mənada  dəyər  yaradılır. 
Lakin  bazar  iqtisadiyyatına  keçid  şəraitində  bu  sferanın 
fəaliyyəti müəyyən uğursuzluğa məruz qalmışdır. Belə ki, 
təsərrüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat siste-
mi  zəifləmiş,  məhsul  satışı  kəskin  surətdə  aşağı  düşmüş, 
müəssisənin maliyyə vəziyyəti pisləşmişdir.  
Bazar iqtisadiyyatına keçidin ilk dövrlərində kommer-
siya sahibkarlığı daha geniş inkişaf etmişdir. Kommersiya 
sahibkarlığı alqı-satqı əməliyyatını əhatə edir. Sahibkarlığın 
bu  növündə  fəaliyyətin  nəticəsi  daha  tez  əldə  edilir.  Bu 
sfera son zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə 
əlaqədar  genişlənmişdir.  Burada  daha  çox  təşəbbüskar  in-
sanlar  fəaliyyət  göstərirlər.  Əgər  istehsal  sahibkarlığında 
müəssisənin  rentabelliyi  10-12%  həcmindədirsə,  kommer-
siya firmasında bu göstərici 20-30%  və daha çoxdur.  
Kommersiya  sahibkarlığı  daha  səmərəli  bir  növdür.  
Kommersiya  sahibkarlığının  ən  geniş  yayılmış  formaları 
kimi  əmtəə  birjaları  və  ticarət  təşkilatları  fərqləndirilir. 
Birjanın alver meydanında alqı-satqı ilə yanaşı, həm də sı-
ğorta  edilməsi,  veksellərin  alınıb-satılması  və  s.  bu  kimi 
məsələlər həll edilir. Dünya ticarət birjasının çiçəklənməsi 
dövrü London birjası başda olmaqla, XIX  əsrə düşür. Bu 
gün ən etibarlı və nüfuzlu birja Nyu–Yorkun Yoll-Strit kü-
çəsində yerləşən məşhur ticarət birjasıdır.  
Sahibkarlıq fəaliyyətinin növlərindən biri də maliyyə 
sahibkarlığıdır  (maliyyə-kredit).  Bu  fəaliyyət  sferasına 
tədavül və mübadilə daxildir. Maliyyə sahibkarlığı istehsal 
və kommersiya sahələrində formalaşır. Sahibkarlıq fəaliy-
yətinin  göstərilən  növlərindən  fərqli  olaraq,  maliyyə  sa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə