Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

 
 
41 
rir.  O,  nəinki  istehsaldaxili  texniki-təşkilatı  amillərdən, 
eyni zamanda kənar amillərdən də asılıdır. Müəssisənin və 
onun  vəsilələrinin  məqsədəuyğun  ölçüsünün  müəyyənləş-
dirilməsinə, əsasən, aşağıdakı texniki-təşkilati amillər təsir 
göstərir: buraxılan məhsulların xalq təsərrüfatı əhəmiyyəti, 
xarakteri və həcmi, istehsalın texniki və təşkilati səviyyə-
si, xammal mənbələrinin və hazır məhsul istehlakçılarının 
yerləşdirilməsi,  müəssisənin  və  onun  əsas  vəsilələrinin 
istehsal  güclərinin  inşası  və  mənimsənilməsi  müddətləri, 
ölkənin müdafiə qabiliyyəti və s. Elmi-texniki tərəqqi aq-
reqatların iriləşdirilməsinə, çəkisinin və gücünün bir vahid 
hesabı ilə onların məhsuldarlığının artırılmasına, texnoloji 
proseslərin  intensivləşdirilməsinə  imkan  verir.  Bununla 
əlaqədar olaraq müəssisə və onun vəsilələrinin ən məqsə-
dəuyğun ölçülərinə mütəmadi olaraq baxılmalıdır. Müəssi-
sə və onun səmərəli ölçüsü xammalın, materialların və ha-
zır məhsulların istehsalçı məntəqədən istehlakçı məntəqə-
lərinə  daşınması,  saxlanılması  və  istehlakçı  şərtləri,  ida-
rəetmənin mürəkkəbliyi, həmin vəsilələrin kollektivlərinin 
işlədikləri sosial şərait nəzərə alınmaqla müəyyən edilir. 
Müəssisənin istehsal quruluşunun təkmilləşdirilməsi-
nin əsas imkanları bunlardır: 
a)
 
kiçik istehsalların birləşdirilməsi – idarəetmə apa-
ratında  çalışan  işçilərinin  sayını  xeyli  azaltmağa,  yüksək 
məhsuldarlı  maşın  və  avadanlıqların  tətbiqinə,  istehsalın 
mexanikləşdirilməsi  və  avtomatlaşdırılması    səviyyəsinin 
yüksəldilməsinə  şərait  yaradır ki, bu da istehsalın həcmi-
nin artırılmasının zəruri şərtlərindəndir
b)
 
 sexsiz  istehsal  quruluşunun  tətbiqi    nəticəsində 
sex  xərcləri  tamamilə  aradan  qaldırılır  və  bu  məhsulun 
maya  dəyərinin  aşağı  salınmasına  imkan  verir.  Sexsiz  is-
tehsal quruluşu, əsasən,  fərdi və kiçik seriyalı istehsal şə-


 
 
42 
raitində və neft-qazçıxarma idarələrində  daha geniş tətbiq 
edilir; 
c)
 
əsas, köməkçi və  xidmətedici sex və  təsərrüfatlar 
arasında  səmərəli  nisbətlərin  təmin  olunması,  yəni  imkan 
dairəsində  çalışmaq  lazımdır  ki,  müəssisənin  sexlərinin 
sayı  çox  olsun.  Çünki  bu,  müəssisənin  məhsul  buraxma 
qabiliyyətini artırır; 
d)
 
 istehsalın  idarə  edilməsində  avtomatlaşdırılmış 
idarəetmə sistemlərinin tətbiqi – idarəetmə aparatında çalı-
şan işçilərin sayını azaldır. Çünki burada idarə olunan ob-
yektin  vəziyyəti  haqqında  məlumatların  verilməsi,  saxla-
nılması və yenidən işlənilməsi iqtisadi – riyazi metodların 
və  modellərin,  elektron  –  hesablama  texnikasının  köməyi 
ilə avtomatik yerinə yetirilir; 
e)
 
iş yerlərinin attestasiyası – hər bir iş yerinin mütə-
rəqqi texniki, texnoloji, təşkilati nəticələrə, əməyin müha-
fizəsi  tələblərinə,  qabaqcıl  təcrübəyə,  normativ  və  stan-
dartlara  uyğunluğunun  və  təkmilləşdirilməsi  məqsədilə 
kompleks  qiymətləndirilməsinə  imkan  verir.  İş  yerlərinin 
attestasiyasının əsas vəzifəsi – iş yerləri sayının işləyənlə-
rin sayı ilə tarazlaşdırılmasından, istehsalın səmərəliliyinin 
yüksəldilməsindən,  əmək  məhsuldarlığının  artırılmasın-
dan, əsas fondlardan və əsaslı vəsait qoyuluşundan effektli 
istifadə  edilməsindən  ibarətdir.  Limitsiz  iş  yerlərinin  ləğv 
edilməsinə,  mütərəqqi  iş  yerlərinin  aşkar  edilməsinə,  iş 
yerlərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənib hazır-
lanmasına  və  həyata  keçirilməsinə  və  s.  imkan  verir.  İş 
yerlərinin  attestasiyasını  həyata  keçirmək  üçün  müəssisə-
nin rəhbəri həmkarlar ittifaqı komitələri ilə birlikdə fəhlə-
lərin,  mütəxəssislərin  və  qulluqçuların,  səmərələşdiricilə-
rin  geniş  iştirakı  ilə  attestasiya  komissiyaları  (müəssisə 
miqyasında  həyata  keçirilən  işlərin  xarakterindən  asılı 
olaraq) yaradır. 


 
 
43 
 FƏSİL 3. SAHİBKARLIQ FƏALİYYƏTİNİN 
FORMALARI VƏ NÖVLƏRİ 
 
3.1. Sahibkarlıq fəaliyyəti və onun inkişaf mərhələləri 
 
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin 
formalaşması və inkişafında “Sahibkarlıq haqqında” Azər-
baycan Respublikasının qanunu [4] mühüm rol oynamışdır. 
Qanunda  Azərbaycan  Respublikasında  sahibkarlıq  fəaliy-
yətinin prinsiplərini, hüquq və vəzifələrini, onun dövlət tə-
rəfindən müdafiə və təqdim olunmasının forma və üsulları, 
dövlət və digər təşkilatlarla münasibətlərini müəyyənləşdir-
mişdir.  Qanunda  göstərilir  ki,  sahibkarlıq  fəaliyyəti  ilə 
Azərbaycan Respublikasının hər bir vətəndaşı, hüquqi, fizi-
ki  şəxslər,  xarici  ölkələrin  vətəndaşları  məşğul  ola  bilər. 
Lakin milli və xarici dövlət orqanlarının vəzifəli şəxsləri – 
məmurları  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  ola  bilməzlər. 
“Sahibkarlıq haqqında” qanunda sahibkarların hüquq və və-
zifələrinin şərhinə geniş yer verilmişdir. 
Sahibkarların aşağıdakı hüquqları vardır: 
-  istənilən  müəssisələri  yaratmaq  və  onların  idarəet-
mə orqanlarında iştirak etmək
- dövlət və digər mülkiyyət formalarına əsaslanan mü-
əssisələrin əmlakını tamamilə və ya qismən mənimsəmək
- başqa müəssisələrin fəaliyyətində payçı kimi iştirak 
etmək; 
- işçiləri işə qəbul etmək və onların əməyinin ödənil-
məsinin forma və sistemlərini müəyyənləşdirmək; 
-  təsərrüfat  və  maliyyə  fəaliyyətini  müstəqil  həyata 
keçirmək; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə