Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

 
 
29 
xılan parçanın natura və ya pul ifadəsində miqdarı ilə xa-
rakterizə olunur. 
Köməkçi  sexlər  üzrə  məhsul  istehsalının  həcmi,  ha-
belə  onların  fəaliyyəti  xarakterindən  asılı  olaraq,  hesabla-
nır.  Məsələn,  istehsalın  həcmi  alət  qayıran  sexlərdə  alət 
komplektlərinin,  yaxud  növlərinin  miqdarı  ilə  və  onların 
təmir mürəkkəbliyi ilə hesablanır. 
Müəssisənin sexlərdə istehsalın plan və faktiki həcmi 
natura və pul göstəricilərdən başqa, qiymət göstəriciləri ilə 
də  müəyyən  olunur.  Son  hazır  məhsul  buraxan  sexlərdə 
məhsulun  həcmi  müəssisə  topdansatış  qiymətləri  üzrə  də 
müəyyən  edilə  bilər.  Bir  sıra  sexlər  (hazırlıq  və  köməkçi 
sexləri) üçün uçot qiymətləri adlanan qiymətlər tətbiq edi-
lir; bu qiymətlər təsərrüfat hesabına keçirilmiş bu və ya di-
gər sexin işini pulla ölçmək üçün müəssisənin özü tərəfin-
dən müəyyən edilir. 
Müəssisələrdə  ümumiləşdirilmiş  pul  göstəricisindən 
başqa  istehsal  həcminin  müəyyən  etmək  üçün,  bir  çox 
hallarda,  daha  bir  cəmləşdirici  göstərici  tətbiq  edilir;  bu 
göstərici məmulatların və işin norma-saat hesabı ilə əmək 
tutumluğunu ifadə edir. Düzgün müəyyən edilmiş norma-
lar şəraitində istehsal həcminin norma-saatlar üzrə hesab-
lanması,  sexlərin  buraxdığı  bütün  məmulata  sərf  olunan 
əməyi daha düzgün təyin etməyə imkan verir.  
Sənayenin bir sıra sahələrində (qara və əlvan  metal-
lurgiya, kimya sənaye və digər sənaye sahələri müəssisələ-
rinin tökmə sexləri) məhsul buraxılışının həcmi ilə birlik-
də  avadanlıqdan  istifadə  edilməsinə  dair  göstəricilər  də 
tətbiq edilir, bu göstəricilər plan tapşırıqlarında və sexlərin 
işini uçota aldıqda natura və pul ifadəsində hesablanır. 


 
 
30 
Sexlərin sərbəst işlərinin məsuliyyətini qoruması reji-
minə  keçirilməsi  xeyli  dərəcədə  istehsal  olunan  məhsulu 
üçün  xammal,  material,  yarımfabrikat,  yanacaq,  ştamp, 
alət və elektrik enerjisi məsrəflərinin planlaşdirilmasına və 
uçotuna əsaslanır. Məlum olduğu kimi maddi vəsait məs-
rəflərinin  miqdarı  bir  çox  cəhətdən  sexlərin  hazırladığı 
məhsulun maya dəyərinin səviyyəsini müəyyən edir. 
Sexlərdə  maddi  vəsaitə  qənaət  edilməsi  onların  fəa-
liyyətinin  mühüm  keyfiyyət  göstəricisi,  təsərrüfat  hesabı 
nəticələri  göstəricisidir.  Hər  bir  sex  üçün  həmin  sexin  öz 
istehsal  fəaliyyətində  istifadə  etdiyi  maddi  vəsait  üzrə 
məsrəf  normaları  müəyyən  edilir.  Hazırlanan  məmulatın 
vahidinə və ümumi miqdarına görə sexin xammal, materi-
al  və  başqa  vəsaitə  planda  nəzərdə  tutulmuş  ümumi  ehti-
yacı məsrəf normasına əsasən hesablanır ki, bu da sexin öz 
istehsal  proqramını  təmin  etməsi  üçün  anbardan  alacağı 
müəyyən növlü maddi vəsait limitinin göstəricisidir.  
Təsərrüfat  hesabına  keçirilən  sexlərin  istehsal–təsər-
rüfat  fəaliyyətini  xarakterizə  etmək  üçün  əmək  və  əmək 
haqqı üzrə göstəricilərin böyük əhəmiyyəti vardır. Sexlər-
də  bu  göstəricilərin  planlaşdırılması  və  uçotu  konkret  şə-
raitindən  asılı  olaraq  həyata  keçirilir;  lakin  bir  qayda  ola-
raq, burada hər fəhlə başına istehsal edilən məhsul, fəhlə-
lərin  miqdarı,  onların  əmək  haqqı  fondu  və  hər  bir  fəhlə-
nin orta əmək haqqı hesablanır.  
İstehsal  prosesinə  xidmət  edilməsi  əsas  fondların 
saxlanılması  və  təmiri  üzrə  sexlərin  məsrəfləri  və  digər 
xərclər  sex  xərclərinin  tərkibində  ayrı-ayrı  maddələr  üzrə 
planlaşdırılır və uçota alınır. 
Təsərrüfat  hesabına  keçirilən  sexlərin  məsrəf  və 
xərclərinin pul ifadəsində xarakterizə edən göstəricilərdən 


 
 
31 
başqa  (maddi  vəsait  sərfi,  fəhlələrin  əmək  haqqı  və  sex 
xərcləri) iri sexlərdə bütün məhsulun maya dəyəri, məmu-
lat vahidinin maya dəyəri yaxud işlərin norma-saat hesabı 
ilə  miqdarı  kimi  müəssisənin  işinin  keyfiyyətini  göstərən 
ümumiləşdirilmiş göstəricilər də tətbiq edilir.  
İstehsal  sexlərin  fəaliyyətin  tənzimlənməsi  qaydası 
kimi də istehsal sahələrində daha məhdud dairədə göstəri-
cilər müəyyənləşdirilməsi ilə xarakterizə olunur. 
Təcrübədə,  təsərrüfat  hesabına  keçirilən  istehsal  sa-
hələri fəaliyyətinin plan və uçot göstəriciləri aşağıdakılar-
dan ibarət olur: həm natura və həm də pul ifadəsində məh-
sul istehsalı;  material,  yanacaq,  alət  məsrəfləri; fəhlələrin 
sayı; bir fəhləyə düşən orta illik və orta aylıq istehsal; fəh-
lələrin əmək haqqı fondu və fəhlənin orta hesabla qazandı-
ğı  əmək  haqqı.  Bundan  əlavə  ustanın  mükafat  fondu  da 
ayrılır. 
Bütün bu növdə plan və faktiki göstəricilərin əsasında 
sexlər və istehsal sahələri  tərəfindən tətbiqi buraxılan məh-
sulun daha da səmərəsinin yüksəldilməsinə imkan yaradır.    
 
2.3.  İstehsalat  briqadaları və  onların təsnifatı 
 
İstehsalat  briqadası  –  işin  nəticələrinə  görə  ümumi 
maraq və məsuliyyət əsasında birgə əməklə məşğul olmaq
istehsal  tapşırıqlarını  (sifarişləri,  müqavilələri)  yerinə  ye-
tirmək üçün işçiləri birləşdirir. İstehsalat briqadası müəssi-
sə, sex və ya başqa struktur bölmələri rəhbərlərinin əmrinə 
(sərəncamına)  əsasən  yaradılır.  İstehsalat  briqadalarının 
sayı və tərkibi istehsal prosesinin məzmun və mürəkkəbli-
yinə, işin (xidmətin) əmək tutumuna, əməyin və istehsalın 
elmi  təşkili  tələblərinə,  tətbiq  olunan  texniki  və  təşkilati 
vasitələrə  əsaslanmaqla  müəyyənləşdirilir.  İstehsalat  bri-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə