Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

 
 
55 
hibkarlığı  yüksək  rentabellik  normalarına  malik  olmur, 
onun səviyyəsi 5-10% həddində dəyişir.  
Ölkədə  pul  dövriyyəsi  ilə  sıx  əlaqədə  olan  maliyyə 
sahibkarlığı əsas yer tutur.  
Maliyyə  sahibkarlığının  fəaliyyətinin  əsas  sahələrini 
kommersiya bankları və fond birjaları təşkil edir. Adı çə-
kilən bu iqtisadi strukturlar həm də bazar münasibətlərinin 
ən mühüm atributlarındandır.  
Kommersiya  bankları  səhmdar  tipli  maliyyə-kredit 
idarəsi olub, kommersiya təşkilatlarının haqqı ödənilməklə 
kreditləşdirir, pul əmanətlərinin (depozit) qəbulunu həyata 
keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar apa-
rır. Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi de-
pozitlərin  faiz  dərəcələri,  cəlb  edilmiş  vəsaitlər  ilə  ssuda 
vasitələri arasındakı fərqdən ibarətdir. 
Kommersiya banklarının əməliyyatları əsas etibarı ilə 
3  qrupa  ayrılır:  passiv  (vəsaitlərin  cəlb  edilməsi);  aktiv 
(vasitələrin  yerləşdirilməsi);  komissiyon  vasitəçilik  (müş-
tərilərin tapşırığı ilə müxtəlif əməliyyatlar). 
Kommersiya  banklarının  fəaliyyətlərinin  əsas  xüsu-
siyyətləri  müəssisələrin  vəsaitlərinin  cəlb  edilməsindən 
ibarətdir. Bu banklar kommersiya xarakteri daşıyaraq kre-
ditorlara pulları müəyyən müddətə və müəyyən faiz dərə-
cələri ilə verirlər. Kommersiya banklarının verdikləri kre-
ditlər bu və ya digər səbəbdən vaxtında qaytarılmalıdır.  
Bazar  münasibətlərinin  bir  sturukturu  və  maliyyə 
sahibkarlığının ən mühüm elementlərindən biri fond birja-
larıdır. Fond birja təşkilati cəhətdən qeydiyyatdan keçmiş, 
müntəzəm olaraq  fəaliyyət göstərən qiymətli kağızlar  ba-
zarı nəzərdə tutulur. Bunlar ilk növbədə kapitalın mobilli-
yinin  yüksəldilməsinə  və  aktivlərin  real  dəyərinin  müəy-


 
 
56 
yənləşdirilməsinə xidmət edir. Fond birjalarının formalaş-
ma  prinsipi  tələb  və  təklifin  operativ  tənzimlənməsinə 
əsaslanır.  
Sahibkarlığın  perspektiv  formalarından  olan  konsul-
tativ  (məsləhət)  sahibkarlıq  son  illər  daha  geniş  inkişaf 
etmişdir.  O,  çoxsaylı  istiqamətlərə  malikdir.  Respublika-
mızı və digər keçmiş İttifaq Respublikalarını inkişaf etmiş 
ölkələrlə  müqayisə  etsək,  konsultativ  sahibkarlığın  yaxın 
gələcəkdə inkişaf edəcəyi gözlənilir.  
Xüsusi sektoruna məxsus olan ziyalı əhali son illərdə 
öz əksini tapmışdır. “Konsultant” sözünün latın dilində hər-
fi mənası məsləhətçi deməkdir. İqtisadi və siyasi leksikon-
da mahiyyət etibarı ilə bu kateqoriya mütəxəssislərin müəy-
yən  sahədə  öz  ixtisasına  uyğun  məsələlər  üzrə  məsləhətlər 
verməsidir. Xarici ölkələrin praktikasında haqqı ödənilmək-
lə  verilən  məsləhətlər  idarəetmənin  müəyyən  sahəsi  olub 
konsaltinq  adını  daşıyır.  İqtisadiyyat  və  idarəetmə  üzrə 
konsaltinqin  Avropa  Federativ  Assosiasiyasının  tədqiqa-
tında  göstərilir  ki,  menecment  konsaltinq  idarəetməsinin  
müəyyən məsələləri üzrə məsləhətlər verən və konkret kö-
məkliklər göstərən mütəxəssisi hesab edilir.  
Sənayecə  inkişaf  etmiş  bazar  iqtisadiyyatı  ölkələrin-
də  konsultativ  xidmətlər  formasında  intellektual  kapitalın 
cəlb  edilməsi  yeni  avadanlıq  və  intensiv  texnologiyanın 
cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin müa-
sir  şəraitdə  ölkədə  konsultanta  bu  cür  müsbət  münasibət 
müşahidə edilmir. Bu sahədə paradoksal mənzərə müşahi-
də edilir. Belə ki, müəssisələrin əksəriyyəti təşkilati idarə-
etmə xarakterli səbəbdən ağır iqtisadi vəziyyətdə olduğun-
dan bazar münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona 
görə də bu sahədə mövcud intellektual potensialdan  istifa-


 
 
57 
də edə bilmirlər. Rəhbərlik də öz növbəsində konsultantın 
köməyinə müraciət edir, onların maliyyə-təsərrüfat təhlili-
nin sağlamlaşdırma proqramının, investisiyaların hazırlan-
ması,  aktiv  marketinq  və  maliyyə  siyasətinin  iqtisadi  sə-
mərəsini hiss edirlər.  
Konsultativ  xidmətlər  birdəfəlik  şifahi  məsləhətlər 
formasında  həyata  keçirilir.  Lakin  onlar  konsultativ  layi-
hələr formasında da verilə bilər. 
Sahibkarlıq  fəaliyyətinin  növləri  bir-birini  tamamla-
yır. Sahibkarlıq fəaliyyətinin növləri içərisində istehsal sa-
hibkarlığı ən prioritet sahələrindən olub, daha çox mürək-
kəbliyi ilə xarakterizə olunur.  
Sxemdən  göründüyü  kimi,  istehsal  sahibkarlığına  in-
novasiya,  elmi-texniki  fəaliyyət,  əmtəə  və  xidmətlər  isteh-
salı, istehlak məhsulların  istehsalı və həmçinin informasiya 
fəaliyyəti  aiddir.  İstehsal  fəaliyyəti  ilə  məşğul  olan  hər 
hansı sahələr hər şeydən əvvəl konkret olaraq, hansı məhsul 
istehsal  edəcəyini,  hansı  xidmətlər  göstərəcəyini    əvvəlcə-
dən  planlaşdırır.  Sahibkar  sonra  marketinq  fəaliyyəti  ilə 
məşğul olur. Əmtəə və xidmətlərə olan tələbatı və ehtiyat-
ları  öyrənmək  məqsədilə  sahibkar  potensial  istehsalçılarla, 
əmtəənin alıcıları, topdansatış və pərakəndə ticarət təşkilat-
ları  ilə  əlaqə  yaradırlar.  Danışıqların  yekunu  sahibkar  və 
əmtəənin gələcək alıcıları arasında bağlanacaq müqavilələ-
rə xidmət edir. Bu cür kontraktlar sahibkarlıq fəaliyyəti ilə 
bağlı  yaranacaq  risklərin  minimuma  endirilməsinə  imkan 
verir. Bazar münasibətlərinin inkişaf etdiyi Qərb ölkələrin-
də  şifahi  danışıqlar  kontraktların  bağlanması  üçün  zəruri 
olub, onun reallaşması üçün  etibarlı təminat formalaşdırır. 
Bazar  münasibətlərinin  o  qədər  də  inkişaf  etmədiyi  Şərqi 
Avropa  və keçmiş İttifaq Respublikalarında isə şifahi danı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə