Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

 
 
48 
Riskin bütün cəhətlərini dərindən öyrənmədən və onu lazı-
mınca  qiymətləndirmədən  sahibkarlıq,  həmçinin    təsərrü-
fatçılıq  fəaliyyətinin  taktika  və  strategiyasını  düzgün 
müəyyənləşdirmək  olmaz.  Risklərin  aşağıdakı  növlərini 
fərqləndirirlər: a) məhsulların nəql edilməsi və istehlakçı-
lar  tərəfindən  alınması  riski;  b)  istehlakçıların  tədiyyə 
qabiliyyətli tələbləri və onların ödənişi həyata keçirməmə-
yi  nailiyyətləri  ilə  əlaqədar  olan  risk;  c)  xarici  mühitin 
təsiri,  o  cümlədən  valyuta  kursunun  və  valyuta  dönərliyi-
nin tərəddüd etməsi ilə bağlı olan risk; d) bazarın konyuk-
turunun formalaşmasında xüsusi əhəmiyyəti olan pul vəsa-
itlərinin köçürülməsinə, ixrac-idxal əməliyyatlarına və bir 
çox  başqa  tədbirlərə  yönəldilən  məhdudiyyətlər  və  qada-
ğalarla əlaqədar olan risk. 
Biznes  fəaliyyəti,  əsasən,  qısamüddətli  bir  prosesdir, 
o, birdəfəlik akt olub, hər hansı bir konkret işin, əməliyya-
tın yerinə yetirilməsi, sövdələşmənin reallaşması ilə əlaqə-
dardır.  Bundan  fərqli  olaraq,  sahibkarlıq  fəaliyyəti  daimi 
bir  prosesdir,  biznes  fəaliyyətinə  nisbətən  daha  geniş 
dairəni əhatə edir: birincisi, sahibkarlıq bazar iqtisadiyya-
tını daha dolğun əks etdirdiyinə görə, onu biznes iqtisadiy-
yatı  deyil,  sahibkarlıq  iqtisadiyyatı  adlandırırlar;  ikincisi, 
təkcə  yenilikçilik  qabiliyyətinin  deyil,  eyni  zamanda  təd-
qiqatçılıq  və  müstəqil  qərar  qəbul  etmə  və  onları  həyata 
keçirmə bacarığının məcmusudur. 
Biznesin  müxtəlif  subyektləri  mövcuddur,  onlardan 
ilk  əvvəl  müəyyən  işin  yerinə  yetirilməsidir.  Adi  həyatda 
işlə  məşğul  olanları  “işgüzar”,  “iş  adamı”,  “işlə  məşğul 
olan  adam”,  “bizneslə  məşğul  olan  adam”,  “biznesmen” 
adlandırırlar.  Real  bazar  iqtisadiyyatı  şəraitində  işgüzar 
adamlar digər məqsədyönlü işlərlə yanaşı, sahibkarlıq fəa-


 
 
49 
liyyətini  də  həyata  keçirirlər.  Bu  baxımdan,  sahibkarlıq 
biznesin subyektlərindən biridir. 
Biznesin  ikinci  subyekti  məhsul,  iş  və  xidmət  isteh-
lakçılarıdır.  Bu  subyektlərə,  həm  fərdi,  həm  də  kollektiv 
istehlakçılar, həmçinin istehlakçı ittifaqlarından (məsələn: 
kollektiv,  səhmdar  cəmiyyəti,  birliklər  və  s.)  aiddir.  Bu, 
biznesin  xüsusi    formasıdır;  ona  görə  ki,  istehlak  biznesi 
işgüzar münasibətlər sistemində bütün adamların iştirakını 
əhatə  etdirir.  Digər  tərəfdən,  istehlakçı  biznesi  istehsalın, 
ticarətin və xidmətin son mərhələsində adamların marağını 
əks etdirir. İkincisi, istehlakçı biznesi eyni zamanda sahib-
karlıq  biznesini  stimullaşdırır,  onun  hərəkətə  gətirilməsi 
və  tarazlaşdırılması  qüvvəsi  kimi  çıxış  edir.  Nəhayət,  is-
tehlakçı  biznesmenində  yalnız  fərdlər  deyil,  habelə,  yeni-
dən  emal  etmək,  satmaq  və  xidmət  göstərmək  məqsədilə 
digər  müəssisələrin  məhsulunu  satın  alan  sahibkarlar  da 
iştirak edirlər. 
Biznesin  üçüncü  subyekti  bağladıqları  müqavilələr 
əsasında  muzdla  işləyən  əmək  kollektividir.  İstehlakçı 
biznes  subyekti  kimi  əmək  kollektivləri  əmək  sərfində  öz 
maraqlarını  əsas  tutaraq,  sahibkarla  bağladıqları  sazişdən 
faydalanmaq  məqsədilə  spesifik  xarakterinə  malik  əmək 
biznesinə qoşulurlar. 
Biznes  subyektlərindən  biri  də  işgüzar  təklifləri    və 
fəaliyyəti  ilə  bazar  münasibətlərinə  cəlb  edilən  dövlət  or-
qanlarıdır. Belə dövlət orqanlarına misal olaraq, sertifikat-
lar, veksellər, qiymətli kağızlar, valyuta satan idarə və təş-
kilatları  göstərmək  olar.  Qiymətli  kağızların,  valyutanın 
bir  qismi  dövlət  orqanları  tərəfindən,  digər  qismi  isə  sa-
hibkarlar  tərəfindən  sərbəst  surətdə  satılıb-alınır.  Dövlət 
biznesinin  əsasını  dövlət  mülkiyyəti,  sahibkarlıq  biznesi-
nin əsasını isə sahibkar əmlakı təşkil edir. 


 
 
50 
Kommersiya fəaliyyəti biznes fəaliyyətinin tərkib his-
səsi  olub,  insanların  iqtisadi  fəaliyyətinin  yalnız  bir  sahə-
sini,  yəni  bilavasitə  istehsal  edilmiş  məhsulların  reallaş-
dırılması ilə    əlaqədar  olan ticarət sahəsini,  sferasını–alqı 
və satqı münasibətlərini əks etdirir. Müasir zamanda kom-
mersiya fəaliyyəti yalnız bir ticarət sferası kimi əlavə onun 
rolu  və  əhəmiyyəti  daha  yüksəkdir,  baxmayaraq  ki,  kom-
mersiya  fəaliyyətinin  konkret  obyekti    alqı-satqı  prosesi 
olsa da, bir çox ölkələrin qanunvericiliyində alqı-satqı ilə 
bağlı  münasibətlər  sırf  ticarət  sferasından  kənara  çıxır. 
Buna görə də hazırda kommersiya fəaliyyətinə əmtəələrin 
alqı-satqısı  ilə  yanaşı,  həm  də  onların  istehsalı,  eləcə  də 
bank,  nəqliyyat,  kənd  təsərrüfatı,  sığorta  və  s.  sahələrlə 
əlaqədar fəaliyyət formaları da daxil edilir. 
Kommersiya  münasibətləri  sferası  olduqca  genişdir. 
Buna istehsal olunan məhsullar, pul və qiymətli kağızlar, o 
cümlədən səhmlər, veksellər və s. xidmətlər, ixtiralar, fir-
manın markası, “nou-xau” (“nou-xau”- beynəlxalq sazişlə-
in  obyekti  olan  elmi-texniki  biliklərin,  istehsalatın  xüsusi 
bacarıq  və  sirlərinin  məcmusudur  və  patent  müdafiəsi  ilə 
təmin edilmiş ixtiraların həyata keçirilməsidir) və bu kimi 
maddi və qeyri-maddi nemətlər aiddir. 
Kommersiya  fəaliyyətinin  ən  mühüm  xüsusiyyətlə-
rindən  biri  sağlam  kommersiya  münasibətlərinin  yaradıl-
masından ibarətdir. Bunun üçün kommersiya münasibətlə-
ri müqabil tərəfləri (partnyorları) müstəqil seçmək, realizə 
prosesində bütün şərtləri, yəni məhsulun həcmini, çeşidini, 
keyfiyyətini, qiymətini, müqavilə öhdəliklərini mütləq ye-
rinə  yetirilməsini,  qarşılıqlı  məsuliyyətliliyini  və  s.  prin-
siplərini nəzərə almaqla formalaşmalıdır. 
Kommersiya  fəaliyyəti  güzəştsiz  ola  bilməz,  yeni 
kommersiya  fəaliyyəti  kompromis  xarakter  daşıyan  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə