Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

 
 
44 
-  məhsul  göndərmələri  və  istehsal  olunan  məhsulun 
iştirakçılarını  seçmək  və  öz  məhsulları  üçün  qiymətlər 
müəyyənləşdirmək; 
-  sahibkarlıq  fəaliyyətindən  əldə  etdiyi  mənfəətdən 
(təsərrüfat hesablı gəlirdən)  müvafiq qaydada gəlir vergisi 
verdikdən sonra qalan mənfəətdən (gəlirdən) sərbəst istifa-
də etmək; 
- xarici-iqtisadi münasibətlərdə iştirak etmək və s. 
“Sahibkarlıq haqqında”  Azərbaycan  Respublikasının 
qanununa, əsasən, sahibkarın aşağıdakı vəzifələri vardır: 
- işə qəbul edilən vətəndaşlarla müqavilə bağlamaq; 
-  işçilərin  ictimai  və  siyasi  partiyalarda  birləşməsinə 
mane olmamaq; 
-  işçilərə  Azərbaycan  Respublikasının  qanunvericili-
yi  ilə  müəyyən olunmuş əmək haqqının  minimum  məblə-
ğindən az olmayan səviyyədə əmək haqqı vermək; 
-  dövlət  sığorta  fonduna  müəyyən  olunmuş  qaydada 
və məbləğdə ayırmalar ödəmək; 
-  qanunvericilikdə  müəyyən  olunmuş  həcmdə  vergi-
lər ödəmək; 
-  işçilərə  bağlanmış  müqavilələrə  müvafiq  iş  şəraiti 
yaratmaq və onu daima yaxşılaşdırmaq və s. 
Sahibkarlar  təsis  təşkilatı  formasından  asılı  olaraq, 
tam  və  ya  məhdud  şəkildə  əmlak  məsuliyyəti  daşıyırlar. 
Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar 
rəhbərlik  etdiyi  müəssisənin  öhdəlikləri  üçün  bağlaşmada 
müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. Bununla bə-
rabər, sahibkarlıq fəaliyyətinin inkişafına köməklik göstər-
mək  məqsədilə  dövlət  müəyyən  təminatlar  verir,  sahibka-
rın hüquq və qanuni mənafeyini müdafiə edir. 


 
 
45 
“Sahibkarlıq haqqında”  Azərbaycan  Respublikasının  
qanununda sahibkarlıq fəaliyyətinin dayandırılması və ona 
xitam  verilməsi  qaydalarından  da  danışılır.  Bu  qanunda 
göstərilir ki, sahibkarlıq fəaliyyətinin dayandırılması haq-
qında  qərarı  sahibkarın  özü  qəbul  edə  bilər.  Lakin  bəzi 
səlahiyyətli  orqanlar  sahibkarlıq  fəaliyyətinin  dayandırıl-
ması  barəsində  təqdimat  vermək  hüququna  malikdir.  Sa-
hibkarlıq  fəaliyyətinə  xitam  verilməsi  haqqında  qərarı  da 
sahibkar özü və ya müvafiq rayonun məhkəməsi qəbul edə 
bilər.  Sahibkar  vəfat  etdikdə  onun  əmlakı  varisinə  keçir. 
Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyəti-
nə  aşağıdakı  hallarda  xitam  verilir:  a)  bağlaşmanın  müd-
dəti başa çatdıqda; b) tərəflərin razılığı olduqda; c) məhkə-
mənin  qərarı  çıxarıldıqda;  d)  bağlanmada  nəzərdə  tutul-
muş digər hallarda. 
Ümumiyyətlə, “sahibkar” və “sahibkarlıq fəaliyyəti” 
haqqında  müxtəlif  fikirlər  və  anlayışlar  mövcuddur.  
“Sahibkar”  ifadəsi  iki  sözün  birləşməsindən  –“sahib”  və 
“kar”  sözlərindən  əmələ  gəlmişdir. “Sahib” sözü  ərəb  di-
lində  olub  “yiyə”,  “mülkiyyətçi”  deməkdir.  “Kar”  ifadəsi 
isə  fransız  sözü  olub,  “fəaliyyət”,  “iş”  mənasını  daşıyır. 
“Sahibkar” ifadəsini ilk dəfə olaraq, Qərb iqtisadiyyatında 
fransız  iqtisadçısı  R.Kantilyon  (1680-1734)  tərəfindən  iş-
lədilmişdir.  O,  mənfəət  götürmək  məqsədilə  məhsulu  di-
gərlərindən müəyyən qiymətə alaraq, bazarda özünə xeyir-
li  qiymətə  satmağa  çalışan  adamları  “sahibkar”  adlandır-
mışdır. Onun fikrincə, sahibkarlıq fəaliyyəti müxtəlif növ 
əmtəələr  və  tələblə  təklif  arasında  münasibət  yaratmağa 
xidmət edir. 
Sahibkarlıq  fəaliyyəti  haqqında  fikirlər  A.Smitin 
(1723-1790)  iqtisadi  nəzəriyyəsində  də  öz  əksini  tapmış-


 
 
46 
dır.    Belə  ki,  o,  sahibkarı  öz  istehsalını  planlaşdıran    və 
təşkil  edən,  onun  nəticələri  üçün  risk  edən  mülkiyyətçi 
kimi nəzərdə tutur. Daha sonralar sahibkarlıq fəaliyyətinin 
geniş  anlayışı  fransız  iqtisadçısı  J.B.Sey  (1767-1832)  
tərəfindən  verilmişdir.  O,  sahibkarı  risk  etməsinə  baxma-
yaraq,  mənfəət  götürmək  məqsədilə  hər  hansı  bir  məhsul 
istehsal  edən  və  satan  şəxs  kimi  qələmə  verirdi.  Lakin  o, 
özündən  əvvəlki  iqtisadçılardan  fərqli  olaraq,  sahibkarlıq 
fəaliyyətinin  klassik  nəzəriyyəsini  yaratmış  və  həmin 
nəzəriyyə bu gün də öz əhəmiyyətini itirməmişdir. 
Sahibkarlıq  haqqında  böyük  həcmdə  və  istiqamətdə 
iqtisadçı  alimlər  fikirlər  söyləmiş,  onlar,  əsasən,  inkişaf 
mərhələsinə görə dörd  qrupa ayrılır: 
-
 
kommersiya ideyasını həyata keçirmək və mənfə-
ət götürmək məqsədilə iqtisadi risk edən mülkiyyətçilərin 
fəaliyyətləri; 
-
 
yeni ideya  yaranması  və  mənimsənməsini keyfiy-
yətcə yeni növ məhsulların  işlənib, hazırlanmasını, isteh-
salın inkişafının perspektiv amillərinin əldə edilməsini, is-
tehsalçılar tərəfindən xidmətin yeni üsullarının və yeni in-
vestisiya tətbiqinin yeni sahələrinin tapılması üzrə axtarış-
ların aparılması və onları həyata keçirənlərin fəaliyyətini
-
 
sahibkarlıq  subyektin  bazar  iqtisadiyyatı  şəraitin-
də qanunvericiliyə uyğun şəkildə həyata  keçirilib, mənfə-
ət əldə edilməsinə yönəldilmiş fəaliyyəti
-
 
öz  fikirlərini  reallaşdırmaq  və  sosial-iqtisadi  sə-
mərəyə nail olmaq üçün yeni kombinasiyaları həyata keçi-
rən  təsərrüfatçılıq  subyektlərinin  risklə  əlaqədar  olan  tə-
şəbbüskarlıq fəaliyyətini aid edirlər. 
 
 


 
 
47 
3.2.  Sahibkarlıq fəaliyyətinin sahələri 
 
Sahibkarlıq maddi nemət və xidmət tələbatlarını ödə-
mək üçün ixtisaslaşan məqsədyönlü əmək fəaliyyəti dairə-
sidir.  Müasir  şəraitdə  sahibkarlıq  fəaliyyəti  bazar  iqtisa-
diyyatı  əsasında  qurulur.  Sahibkarlıq  fəaliyyətinin  təşkili 
sahələrinin  düzgün  müəyyənləşdirilməsindən  ibarətdir. 
Bunun üçün sahibkarlıq fəaliyyətinin subyekti elə olmalı-
dır  ki,  o,  mövcud  ehtiyatlardan  daha  səmərəli  istifadə  et-
məklə istehsalın  yüksək son mərhələsinə nail olmasını tə-
min  edə  bilsin.  İstehsalın  konkret  şəraitindən  asılı  olaraq, 
sahibkarlıq  fəaliyyətinin  formalaşdırılmasında  əməyin  el-
mi təşkilinin tələbləri, fiziologiya, psixologiya və gigiyena 
tövsiyələri, mühəndis texnologiyası və texniki estetikanın 
tələbləri nəzərə alınmalıdır. 
Müasir  tələblərə  cavab  verərək,  dünya  ölkələrinin 
təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyətinin subyekti sa-
hələri  kimi  məhsul  istehsalı,  onların  satışı  və  ya  müxtəlif 
növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iq-
tisadi  fəaliyyət  növləri  çıxış  edə  bilər.  Bazar  iqtisadiyyatı 
şəraitində hər kəs özünə peşə seçməkdə tam azadlığa ma-
lik olduğu üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda 
tam azaddır, lakin hər bir adam – sahibkar müəyyən məb-
ləğdə  kapitala,  əmlaka  malik  olmalıdır.  Bununla  belə, 
“sahibkarlıq”  fəaliyyətinin  adi  “təsərrüfatçılıq”,  ”biznes”  
və “kommersiya” fəaliyyətindən fərqlənir. 
Təsərrüfatçılıq  fəaliyyəti  istehsal  ehtiyatlarının  əvvəl 
texnika  və  texnologiyasının  mövcud  səviyyəsində  olduğu 
kimi,  yəni  heç  bir  yenilik  risk  etmədən  həyata  keçirilir, 
halbuki,  sahibkarlıq  fəaliyyətinin  məzmununu  təşəbbüs-
karlıq və yenilikçilik təşkil edir və müəyyən risk ilə əlaqə-
dardır.  Risk  sahibkarlıq  fəaliyyətində  əsas  rol  oynayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə