Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

 
 
32 
qadaları ixtisaslaşdırılmış və kompleks ola bilər. İxtisaslaş-
dırılmış briqada bir qayda olaraq, oxşar texnoloji proseslər-
də məşğul olan eyni peşə işçilərini birləşdirir. 
Kompleks  briqada  isə  müxtəlif  peşələrin  işçilərini, 
həmçinin məhsul istehsalının tam tsiklini və ya onun başa 
çatdırılmış hissəsini əhatə edən, texnoloji cəhətdən müxtə-
lif, lakin qarşılıqlı əlaqəli işlər kompleksini yerinə yetirən 
mühəndis-texniki işçiləri birləşdirir. İstehsalat briqadaları-
nın bütün işçiləri bir növbədə işləyərsə – bu, əlaqədar bri-
qada və ya briqadada bütün növbələrin işçiləri işləyibsə – 
bu, hərtərəfli briqada olur. Müasir şəraitdə yeni tipli briqa-
dalar – son nəticələrə görə vahid naryad üzrə əmək haqqı 
verən və kollektiv qazancı əməkdə iştirak əmsalına əsasən 
bölüşdürən  briqadalar  yaradılır.  Bu  növ  briqadalar  isteh-
salın,  onun  elmi  təşkilinin  müasir  tələblərinə,  əmək  kol-
lektivlərinin artan mədəni səviyyəsinə cavab verən kollek-
tiv  əməyin  mütərəqqi  təşkili  forması  olmaqla,  istehsalın 
intensivləşdirilməsinə,  əmək  məhsuldarlığının  artırılması-
na,  iş  vaxtından  və  texnoloji  maşın  və  avadanlıqlardan 
istifadənin  yaxşılaşdırılmasına  şərait  yaradır; əmək,  mate-
rial və  yanacaq – enerji ehtiyatlarının qənaətli sərfinə im-
kan verir. Bundan başqa, bu növ briqadaların yaradılması 
əmək intizamının möhkəmləndirilməsinə, konkret iş üçün 
məsuliyyətin  artırılmasına,  kadr  axıcılığının  azalmasına 
geniş imkanlar açır. 
Briqada formasında əməyin təşkilinin ən geniş yayıl-
mış formalarından biri briqada podratıdır. Briqada podratı 
tikintidə,  sənayedə,  nəqliyyatda  və  xalq  təsərrüfatının  di-
gər sahələrində geniş tətbiq edilir. Briqada podratı briqada 
ilə müəssisə müdiriyyəti arasında bağlanmış müqavilə əsa-
sında  fəaliyyət  göstərir.  Həmin  müqavilədə  işin  təşkili 


 
 
33 
üçün tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Müdi-
riyyət briqadanı istehsal sənədləri, texniki vasitələr və ma-
teriallarla vaxtında təchiz etməyi, mütərəqqi texnologiyanı 
və istehsalın təşkilini həyata keçirməyi, əmək mühafizəsi-
ni  və  təhlükəsizlik  texnikasını  təmin  etməyi  öhdəsinə  gö-
türür.  Briqada  isə  texnoloji  və  istehsal  intizamını  gözlə-
mək,  maşın  və  avadanlıqlardan,  alət  və  tərtibatlardan  sə-
mərəli istifadə etmək, material və enerjini qənaətlə sərf et-
məklə naryad – tapşırıqda nəzərdə tutulmuş işləri vaxtında 
və keyfiyyətlə yerinə yetirmək barədə öhdəlik qəbul  edir. 
Briqada  aylıq,  rüblük    və  illik  tapşırıqlar  əsasında 
fəaliyyət göstərir. Ona işi icra etmək üçün naryad–tapşırıq 
verilir: həmin naryad – tapşırıqda məhsulun ümumi həcmi 
və nomenklaturu, keyfiyyətinə olan tələblər, məhsulun he-
sablaşma  maya  dəyəri  (briqadadan  asılı  olan  məsrəflər), 
əmək  haqqı  fondu  müəyyən  edilir.  Briqadanın  işinə  baş 
usta,  yaxud  briqadir  rəhbərlik  edir.  Briqada  podratı  sayə-
sində  istehsalda  bilavasitə  demokratiya  genişlənir  və  də-
rinləşir,  hüquqlu  sahiblik  hissi  yaranır.  Briqada  podratı 
tapşırıqların, sifarişlərin, müqavilələrin  yerinə yetirilməsi-
nə,  maddi  –  enerji  ehtiyatlarının  qənaətli  sərfinə,  hər  bir 
briqada  üzvünün  işin  son  nəticələri  üçün  məsuliyyətinin 
güclənməsinə,  briqadalar  arasında  rəqabətin  yaranmasına 
və inkişafına səbəb olur. Təcrübə göstərir ki, podrat briqa-
dalarda əmək  məhsuldarlığı tez artır, əmək intizamı  möh-
kəmlənir, briqada üzvləri daha qısa müddətdə əlaqədar pe-
şələrə  yiyələnmək, öz ixtisaslarını artırmaq imkanına ma-
lik olurlar. 
İri  sənaye  müəssisələrində  briqadalarda    təsərrüfat 
hesabı fəaliyyətini tətbiq edirlər. Briqadaların işinin təsər-
rüfat  hesabına  keçirilməsi  sex  təsərrüfat  hesabının  möh-


 
 
34 
kəmləndirilməsinə kömək edir. Briqadalar üçün təsərrüfat 
hesabı sexlərə nisbətən, onlara daha  məhdud  dairədə gös-
təricilərin  müəyyənləşdirilməsi  ilə  xarakterizə  olunur. 
Sexdə və sahədə əmək briqada sistemi əsasında təşkil edil-
dikdə təsərrüfat hesabı prinsipləri briqadalara da aid edilir. 
Belə  hallarda  təsərrüfat  hesabına  keçirilən  briqadaların 
fəaliyyəti  üzrə  müvafiq  plan  və  uçot  göstəriciləri  tətbiq 
edilir.  Məsələn,  briqadalar  üçün  plan  tapşırığında  istehsal 
olunacaq  məhsul  yaxud  görüləcək  iş,  əmək  haqqı  fondu, 
avadanlıqdan  istifadə  və  maddi  vəsaitin  məsrəfləri  kimi 
göstəricilər  nəzərdə  tutulur  və  bu  göstəricilər  üzrə  uçot 
aparılır.  Məsələn,  nəqliyyat  şöbənin  fəaliyyətindəki  ən 
mühüm iş göstəriciləri: ton və ton-kilometr hesabı ilə işin 
həcmindən,  işin  bütün  həcminə  və  hər  bir  ton-kilometrə 
çəkilən xərcdən və iş nəticələri, yəni plan tapşırığına nis-
bətən qənaət yaxud artıq xərcdən ibarət olur.  
Briqadanın işi müəyyən edilmiş göstəricilər üzrə pla-
nın yerinə yetirilməsinə dair faktiki məlumata əsasən qiy-
mətləndirilir və iş nəticəsində əmələ gələn qənaət və artıq 
xərclər meydana çıxarılır. 
Sahə  və  briqadalar    istehsal  tapşırıqları  iş  yerinə  və 
məhsulu  konkret  olaraq  istehsal  edənlərə  çatdırılır.  İşin 
əsas, yaxud köməkçi materiallar, yanacaq və alətlərin sərf 
edilməsi  ilə  əlaqədar  olduğu  yerlərdə,  məmulat  vahidi 
üçün  maddi  vəsait  sərfi  norması,  iş  üzrə  maşın-dəzgah-
saat miqdarı, yaxud norma-saat miqdarı fəhləyə xəbər ve-
rilir. Ayın axırında (dekadanın axırında və bəzən məsələn, 
dərzi  briqadaları  üçün  növbənin  axırında)  faktiki  xərclər 
müəyyən  edilir  və  normalardan  kənara  çıxılması  halları 
müəyyənləşdirilir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə