Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

 
 
26 
çünki bu zaman hazırlanan məhsulların nomenklaturu çox 
geniş olur və onlar əksər hallarda təkrarlanmır. Texnoloji 
prinsip üzrə qurulmuş sexlərin bir sıra üstün cəhətləri var-
dır:  istehsalın  ixtisaslaşdırılmasının  daha  da  dərinləşdiril-
məsi  üçün  geniş  imkanlar  yaranır;  istehsala  rəhbərlik  və 
texnoloji  proseslərin  gedişatına  operativ  nəzarət  asanlaşır 
(sadələşir);  mövcud  maşın  və  avadanlıqlardan,  texnoloji 
alət və tərtibatlardan, həmçinin maddi-enerji və əmək ehti-
yatlarından səmərəli istifadə olunur; texnoloji istehsal tul-
lantılarının həcmi minimuma endirilir; boşdayanma halları 
aradan qaldırılır və s.  
Bununla belə, texnoloji prinsip üzrə qurulmuş sexlərin 
bəzi  qüsur  cəhətləri    də  vardır:  hər  bir  sexdə  müxtəlif  no-
menklaturalı    və  çeşidli  məhsullar  istehsal  edildiyindən 
maşın və avadanlıqları tez-tez yenidən sazlamaq lazım gə-
lir ki, bu da çoxlu vaxt itkisinə səbəb olur; sexlərdə maşın 
və  avadanlıqlar  məhsulların  hazırlanmasının  texnoloji  ar-
dıcıllığı üzrə yerləşdirildiyindən (quraşdırıldığından) müx-
təlif  növ  məhsullar  istehsal  edildiyi  hallarda  əməliyyat-
ların  tərkibi  və  ardıcıllığının  dəyişdirilməsi  zərurəti  mey-
dana  çıxır  ki,  bu  da  sexdaxili  yükdaşımaların  həcmini 
çoxaldır, istehsal tsiklinin uzunluğunu artırır və vaxt itkisi-
nə yol verir. Hər bir sex yalnız özünün icra etdiyi əməliy-
yata  (işə,  xidmətə)  cavabdeh  olduğu  üçün  həmin  sexin 
işçilərinin məsuliyyətini azaldır və texnoloji intizama ria-
yət edilməsi pozulur və s.  
Əşya  prinsipi  üzrə  qurulmuş  sexlər  –  bütöv  bir  mə-
mulatın hər hansı  bir hissəsini,  məsələn,  avtomobilin  mü-
hərrikini,  porşenini  və  s.  hazırlamaq  məqsədilə  yaradılır. 
Bu,  sexin  işçilərinin  konkret  məmulat  növünün  hazırlan-
masında məsuliyyətini artırır.  


 
 
27 
Qarışıq prinsip üzrə qurulmuş sexlər – əsasən, kütlə-
vi və iri seriyalı istehsal şəraitində daha geniş tətbiq edilir, 
çünki bu zaman çoxlu sayda eynicinsli məhsullar istehsal 
edilir və onların hazırlanması daima təkrarlanır. 
Müəssisənin  sexləri  ayrı-ayrı  istehsalat  sahələrindən 
ibarətdir.  İstehsal  sahəsi  –  texnoloji  cəhətdən  eynicinsli 
əməliyyatlar (işlər, xidmətlər) yerinə yetirən və ya məhsu-
lun hər hansı bir hissəsini hazırlayan iş yerlərinin məcmu-
sundan ibarətdir.  
Məhsulun  hazırlanmasında  iştirakına  görə  istehsalat 
sahələri  üç  qrupa:  əsas,  köməkçi  və  xidmətedici  sahələrə 
bölünürlər. Əsas, köməkçi və xidmətedici istehsalat sahə-
lərinin  iqtisadi  məzmunu  əsas,  köməkçi  və  xidmətedici 
sexlərdə  olduğu  kimidir.  İstehsalat  sahələri  iki  prinsip: 
əşya və texnoloji prinsiplər üzrə qurulur. Bu zaman həmin 
bölmələrin ixtisaslaşdırılması səviyyəsi nəzərə alınır. İxti-
saslaşdırılması  səviyyəsinə  görə  bütün  istehsalat  sahələri 
üç qrupa bölünür: kütləvi və ya xüsusi istehsalat sahələri; 
iri seriyalı və ya ixtisaslaşdırılmış istehsalat sahələri; kiçik 
seriyalı və ya fərdi istehsalat sahələri. 
Müəssisənin  səmərəli  fəaliyyətinin  təşkili  iş  göstəri-
cilərinin düzgün müəyyənləşdirilməsini tələb edir,  həmin 
göstəricilərə əsasən istehsalat bölmələri üçün plan tapşırığı 
müəyyən edilir və bu göstəricilərin uçotu vasitəsilə onların 
fəaliyyət nəticələri aşkara çıxarılır. Bu göstəricilər istehsal 
bölmələrdən (sex, şöbə, sahə, briqada), texnoloji prosesin 
təşkili  və    məzmunundan  və  həmin  bölmələrin  müəssisə-
nin başqa hissələri ilə əlaqəsinin xüsusiyyətindən asılıdır. 
Bir çox sənaye müəssisələrinin ümumiləşdirilmiş təcrü-
bəsi həmin göstəriciləri iqtisadi məzmunlarına və müəssisə-
lərin  ayrı-ayrı  istehsal  bölmələrə  görə  sistemləşdirməyə 


 
 
28 
imkan verir.  Sənayenin bütün sahələrinin  müəssisələri  üçün 
ən ümumi və xarakter göstəricilər sexlərin istehsal-təsərrüfat 
fəaliyyətini müəyyənləşdirən aşağıdakı plan və uçot göstəri-
cilərdir: a) məhsul istehsalı (natura ifadəsində, pul ifadəsində, 
norma – saatlarla); b) avadanlıqdan istər vaxta görə (təqvim, 
plan və faktiki vaxta görə),istərsə də işin intensivliyinə görə 
(gücdən  istifadə  əmsalı)  istifadə  edilməsi;  c)  natura  və  pul 
ifadəsində material, xammal, yanacaq, elektrik enerjiyası və 
alət  məsrəfləri  (həm  məhsul  vahidi,  həm  də  bütün  məhsul 
buraxılışı  üçün);  d)  fəhlələrin  (əsas,  köməkçi,  xidmətedici 
fəhlələr), mühəndis – texniki işçilərin, qulluqçuların və xid-
mətçi heyətin sayı; onların ümumi əmək haqqı fondu, bir iş-
çiyə düşən orta əmək haqqı, əmək məhsuldarlığının yüksəl-
dilməsi üzrə tapşırıq; e) ayrı-ayrı maddələr üzrə sex istifadə-
sində pul xərcləri; f) pul istifadəsində brak nəticəsində əmələ 
gələn itki; g)məhsul vahidinin və bütün məhsul buraxılışının 
maya  dəyəri;  h)  təşkilat-texniki  tədbirlər  və  onların  tətbiq 
edilməsi nəticələri. 
Bu göstəricilərdən hər biri müəssisələrdə konkret şə-
raitdən asılı olaraq tətbiq edilir. Maşınqayırma zavodunun 
əsas sexlərində məhsul istehsalının həcmi, məsələn, hazır-
lıq sexlərində – pula çevirməklə pəstahın növü və çəkisi-
nin miqdarı ilə ölçülür; emal sexlərində – müəyyən vahid-
lər  və  uyğunluqla  məmulatların,  detalların,  maşın  bağla-
malarının  komplektinin  miqdarı  ilə  ölçülür;  yığma  sexlə-
rində –  yığılmış və satışa hazır maşınların ədəd hesabı ilə 
və  pul  istifadəsində  miqdarı  ilə  ölçülür.  Metallurgiya  za-
vodları üçün xarakter  göstərici çuqun, polad  və prokat is-
tehsalının  marka  və  ölçüləri  üzrə  çəki  ifadəsində  və  pul 
qiymətində verilmiş göstəricidən ibarətdir. Toxuculuq fab-
riklərində istehsalın həcmi müəyyən növ və sort üzrə bura-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə