Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

 
 
58 
şıqlar  o  qədər  də  etibarlı  deyildir.  Sahibkarlıq  riski  həmin 
ölkələrdə əhəmiyyətli dərəcədə böyükdür.  
Sahibkarlığın istehsal fəaliyyətinin nəticələri alıcılara 
və  istehlakçılara  məhsul  satışı  və  xidmətlər  göstərilməsi, 
həmin  proseslərdən  əldə  edilən  pul  gəlirləri  hesab  edilir. 
Satışdan  və  xidmətlər  göstərilməsindən  əldə  edilən  pul 
gəlirləri  ilə  istehsal  xərcləri  arasındakı  fərq  müəssisənin 
mənfəətini formalaşdırır. Sahibkarlıq fəaliyyətində ümumi 
və  xalis  gəlir  fərqləndirilir.  Ümumi  gəlir  verginin  ödənil-
məsi də daxil olmaqla, məhsul istehsalına və satışına çəki-
lən  maddi  xərclər  çıxıldıqdan  sonra  sahibkarlarda  qalan 
gəlirin  məbləğini  əks  etdirir.  Xalis  gəlir  isə  ümumi  gəlir-
dən  verilir.  Müxtəlif  ödəmələr,  cərimələr  və  gömrük  rü-
sumları  çıxıldıqdan  sonra  qalan  məbləği  əks  etdirməklə 
sahibkarlıq fəaliyyətinin son nəticəsi hesab edilir. 
 Rentabellik  göstəricisi  sahibkarlıq  fəaliyyətinin  ma-
liyyə  nəticəsinin  yekun  göstəricisi  hesab  edilir.  Rentabel-
lik səviyyəsi mənfəətin tam maya dəyərinə olan nisbətinin 
faizlə ifadəsidir.  
Vençur biznesi – innovasiya sahibkarlığını xarakteri-
zə  edir.  Son  illər  vençur  biznesi  geniş  inkişaf  etmişdir. 
Vençur  biznesi  iqtisadiyyatda  ən  çox  risk  tələb  edən  biz-
nes fəaliyyətinin  növüdür. Onun ən geniş yayılmış forma-
larından  biri  mütərəqqi  texnologiyanın  tətbiqidir.  Vençur 
biznesi daha çox elmi-tədqiqat işlərinin nəticələrinin kom-
mersiyalaşdırılması  ilə  xarakterizə  olunur.  Səmərəliliyin 
alınmasına  təminat  verildiyindən  burada  riskin  səviyyəsi 
əhəmiyyətli  dərəcədə  yüksəlir.  Bu  formanın  mahiyyəti, 
adətən,  elmi-texniki  kommersiya  firmalarının  yaradılması 
ilə bağlıdır.  


 
 
59 
Kiçik  müəssisələr  innovasiya  sahibkarlığının  inkişa-
fında  mühüm  rol  oynayır.  Vençur  biznesi  ilk  növbədə 
yüksək çevikliyi və dinamizmi ilə fərqlənir. Vençur sahib-
karlığı riskin bölüşdürülməsi prinsiplərinə əsaslandığından 
elmi ideyanın müəllifləri kifayət qədər xüsusi vəsaitə ma-
lik olmadan belə onu reallaşdırırlar.  
Son  illərdə  vençur  sahibkarlığı  inkişaf  edir.  Bizim 
iqtisadiyyatda  vençur,  vençur  kapitalı,  vençur  işgüzarlığı 
kimi  anlayışlar  yeni  məfhumlardır.  Onların  məzmunu  ilə 
çox az adam tanışdır. Lakin ABŞ, Kanada, İngiltərə, Fran-
sa və digər demokratiya və bazar münasibətləri inkişaf et-
miş ölkələrdə bu anlayışlar iqtisadiyyatın inkişafının yeni 
formaları, o cümlədən yeni təsərrüfatçılıq formaları, bazar, 
sahibkarlıq, şəxsi təşəbbüs və işgüzarlıq, konversiya səylə-
rinin dövlət tərəfindən həvəsləndirilməsi və s. ilə əlaqədar-
dır. Bu həmin ölkələrə  imkan  verir  ki,  onlar  müvəffəqiy-
yətlə  inkişaf  etsinlər  və  bu  əsrdə  iqtisadi  lider  mövqeyini 
əldə  saxlamağa  nail  olsunlar.  Bütün  bunlar  isə  vençur 
sahibkarlığının öyrənilməsini və  inkişafını obyektiv zəru-
rətə çevirir.  
Qeyd etmək lazımdır ki, vençur işgüzarlığı cəmiyyə-
tin  tərəqqisi  üçün  birinci  dərəcəli  sosial-iqtisadi  vasitədir. 
Vençur işgüzarlığının inkişafı üçün ilk növbədə zəruri şə-
rait yaradılmalıdır. Onun köməyi ilə bir sıra yığılıb qalmış 
problemlərin həllinə nail olmaq mümkündür.  
Sahibkarlıq  müəssisəsinin  təşkilati-hüquqi  formala-
rından biri də istehsal kooperatividir. İstehsal kooperativi 
və  artellər  dedikdə,  birgə  istehsal  və  ya  digər  təsərrüfat 
fəaliyyətini  həyata  keçirmək  üçün  şəxsi  əməyə    və  digər 
iştirak növünə  əsaslanan  vətəndaşların könüllü birliyi nə-
zərdə tutulur. 


 
 
60 
İstehsal  kooperativləri  kooperativ  üzvlərinin  əmla-
kından pay haqları toplanması yolu ilə yaradılır. Bu koop-
erativin fəaliyyət  sferaları  istehsalla  yanaşı,  emal,  sənaye, 
kənd təsərrüfatı və digər məhsulların satışı, məişət xidmət 
və digər xidmət göstərənlərdən də ibarət ola bilər. İstehsal 
kooperativinin  təsis  sənədlərinə  onun  üzvlərinin  ümumi 
yığıncağında təsdiq olunan nizamnaməsi daxildir. İstehsal 
kooperativinin ən mühüm xüsusiyyəti onların səhmlər bu-
raxmaq  hüququndan  məhrum  olması  və  ümumi  yığıncaq-
da  qərarların  qəbul  edilməsində  kooperativlərin  hər  bir 
üzvünün bir səsə malik olmasıdır.  
Sahibkarlıq (kommersiya) müəssisəsinin təşkilati-hü-
quqi  formaları  içərisində  dövlət  və  bələdiyyə  quruluşlu 
unitar  müəssisələr  mühüm  yer  tutur.  Unitar  müəssisələr 
dedikdə,  mülkiyyətçiyə  təhkim  olunmuş  əmlaka  görə  xü-
susi  mülkiyyət  hüquqi  olmayan  kommersiya  təşkilatı  nə-
zərdə  tutulur.  Unitar  müəssisəsinin  əmlakı  bölünməzdir. 
Əmlak müəssisəsinin işçiləri, eləcə də digər şəxslər arasın-
da bölüşdürülə bilməz.  
Unitar formalı müəssisələr yalnız dövlət və bələdiyyə 
müəssisələri ola bilərlər. Unitar müəssisələrin əmlakı döv-
lət və ya bələdiyyə mülkiyyətində olub, operativ idarəetmə 
əsasında fəaliyyət göstərirlər.  
 
3.4. Sahibkarlıq fəaliyyətinin formaları 
 
Müasir  bazar  iqtisadiyyatının  formalaşması,  elmi-
texniki  tərəqqinin  və  iqtisadi  münasibətlərin  beynəlxalq 
hüquqi aspektlər fonunda inkişafı sahibkarlıq, təsərrüfatçı-
lıq fəaliyyətində yeni təşkilati-hüquqi formalarının meyda-
na  gəlməsinə  səbəb  olmuşdur.  Bu  baxımdan  sahibkarlıq 
fəaliyyətinin  aşağıdakı  müasir  formalarını  fərqləndirmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə