Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

 
 
68 
33,5%)  isə  1998-ci  ildə  olmuşdur.  Özəlləşdirilən  müəssisə 
və  obyektlər  içərisində  məişət  xidməti  və  avadanlıqlar, 
9046 (ya da 45,6%), ticarət və ictimai iaşə obyektləri 2011 
(ya da 10,1%), nəqliyyat vasitələri 5303 (və ya 26,7%), ica-
rəyə  verilmiş  qeyri-yaşayış  obyektləri  1100  (və  ya  5,5%), 
təşkil  etmişdir.  Kiçik  özəlləşdirmədən  dövlət  büdcəsinə 
124,1 milyard manat vəsait daxil olmuşdur. 
Məlumat üçün qeyd edək ki, 2000-ci ilin avqust ayın-
da  Azərbaycanın  iqtisadi  həyatında  son  dərəcədə  böyük 
əhəmiyyət kəsb edən iki sənəd – “Dövlət əmlakının özəl-
ləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanu-
nu  və  “Azərbaycan  Respublikasında  dövlət  əmlakının 
özəlləşdirilməsinin  ikinci  Dövlət  Proqramı”  Azərbaycan 
Respublikasının Prezidenti H. Əliyev cənabları tərəfindən 
imzalanmışdır.  Bu  sənədlərdə  ölkəmizdə  aparılacaq  özəl-
ləşdirmənin  ikinci  mərhələsinin  yeni  istiqamətləri  müəy-
yən  edilmişdir.  Özəlləşdirməyə  dair  yeni  qanunvericilik 
aktlarının təməl prinsipləri özəlləşdirmə  prosesinin iqtisa-
di səmərə və sosial yönümlülük əsasında aparılmasını gös-
tərilmişdir. 
1995-1998-ci  illərdə  aparılmış  özəlləşdirmə  təcrübə-
sinin  təhlili  belə  bir  qənaətə  gəlməyə  əsas  vermişdir  ki, 
özəlləşdirmənin  birinci  mərhələsinin  həyata  keçirilməsi 
nəticəsində çoxlu saylı kiçik müəssisə və obyektlərin mül-
kiyyət  formasının  dəyişməsinə  baxmayaraq,  yeni  yaradı-
lan müəssisə və obyektlər əksər hallar sahibkarlıq, biznes 
fəaliyyətini  səmərəli  qura  bilməmişlər.  Bu  da  özəlləşdir-
mənin  ən  başlıca  məqsədinin  –  müəssisələrin  təsərrüfat 
fəaliyyətinin  dirçəldilməsinə  nail  olmaqla  ciddi  problem-
lər yaratmışdır. 
Yeni qəbul olunmuş qanun və Dövlət Proqramı birinci 
mərhələdə  həyata  keçirilmiş  özəlləşdirmə  təcrübəsinin  ya-
radıcı şəkildə öyrənilməsi əsasında ortaya çıxmışdır. Təsa-


 
 
69 
düfi deyildir ki, yeni qanun və Dövlət Proqramında özəlləş-
dirmənin  yeni üsulları müəyyən edilərkən bilavasitə inves-
torun bu prosesə cəlb edilməsi imkanlarının reallaşdırılması 
nəzərdə  tutulmuşdur.  Özəlləşdirmə  prosesində  yaradılan 
səhmdar  cəmiyyətlərinin  səhmlərin  satışı  mexanizminin 
təkmilləşdirilməsi də məhz bu məqsədə xidmət edir. 
Bundan  başqa,  yeni  qanun  və  Dövlət  Proqramında 
orta  və  iri  müəssisələrin  özəlləşdirilməsində  əhalinin  və 
əmək kollektivlərinin mənafelərinin təmin olunması məq-
sədilə onlara edilən güzəştlər daha ünvanlı və birbaşa xa-
rakter  daşıyır.  İstər  kiçik  müəssisələrin,  istərsə  də  orta  və 
iri müəssisələrin özəlləşdirilməsi zamanı əmlakın güzəştli 
satışı və özəlləşdirmə çeklərinin geniş miqyasda istifadəsi 
nəzərdə  tutulurdu.  Bununla  yanaşı,  özəlləşdirmədən  daxil 
olan vasitələrin bir hissəsinin mövcud dövlət müəssisələri-
nin  və  özəlləşdirilmiş  müəssisələrin  fəaliyyətinin  sağlam-
laşdırılması  istiqamətində  ayrılması  hazırkı  mərhələdə 
aparılan  siyasətin  düşünülmüş  və  məqsədli  xarakter  daşı-
dığına dəlalət edir. 
Məlumat  üçün  qeyd  edək  ki,  hazırda  Azərbaycan 
Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradıl-
mış  “Azəralüminium”  səhmdar  cəmiyyətinin  təsis  sənəd-
lərinin  hazırlanması  işi  başa  çatdırılmışdır.  Bu  səhmdar 
cəmiyyəti  üç  böyük  müəssisənin  –  Gəncə  “Gil–Torpaq” 
İstehsalat Birliyinin, “Sumqayıtəlvanmetal” İstehsalat Bir-
liyinin  və  “Zəylik  –  Alunit”  mədən  idarəsinin  bazasında 
yaradılmışdır və artıq fəaliyyət göstərir. “Azəralüminium” 
səhmdar cəmiyyəti çox böyük istehsal potensialına malik-
dir və heç bir şübhə yoxdur ki, o, tezliklə Azərbaycan iqti-
sadiyyatında ən mühüm obyektlərdən birinə çevriləcək. 
Deyilənlərdən əlavə, milli iqtisadiyyatımızın inkişafın-
da  çox  mühüm  əhəmiyyət  kəsb  edən  elektroenergetika  sa-
həsində  fəaliyyət  göstərən  “Bakı-elektrik-şəbəkə”,  “Gəncə-


 
 
70 
elektrik-şəbəkə” və “Sumqayıt-elektrik-şəbəkə” səhmdar cə-
miyyətləri  yaradılmışdır.  Ümumiyyətlə,  2001-ci  ilin  əvvəli-
nədək dövlət müəssisələrinin bazasında 50-dən çox səhmdar 
cəmiyyətləri yaradılmış və hərraca çıxarılmışdır. 
“Dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında”  Azər-
baycan  Respublikasının  qanununu  və  “Azərbaycan  Res-
publikasında  dövlət  əmlakının  özəlləşdirilməsinin  ikinci 
Dövlət  Proqramı”-nın  qəbulu  obyektiv  zərurətdən  irəli 
gəlmişdir. Birincisi, ona görə ki, köhnə qanun 1993-cü il-
də  qəbul  edilmişdir,  həmin  dövrdəki  Dövlət  Proqramı  isə 
konkret müddətlər (1995-1998-ci illər) üçün nəzərdə tutul-
muşdur;  ikincisi,  həmin  proqram  müstəqil  Azərbaycan 
Respublikasının  ilk  Konstitusiyası  qəbul  edilənədək  qüv-
vəyə minmişdir ki, bu da sözsüz ki, Konstitusiyada əksini 
tapmış mülkiyyət hüquqlarından irəli gələn bir sıra tələb-
lərə cavab vermirdi. 2000-ci ildə qəbul edilmiş yeni qanun 
və  Dövlət  Proqramı  deyilən  qüsurları  aradan  qaldırmaqla 
daha sosial yönümlüdür. Onun sosial yönümlülüyü ondan 
irəli  gəlir  ki,  özəlləşdirmə  prosesində  əmək  kollektivləri-
nin  və  ayrı-ayrı  fiziki  şəxslərin  hüquqlarının  qorunması 
rəhbər  tutulur.  Başqa  sözlə,  istər  yeni  qanunda,  istərsə  də 
Dövlət  Proqramında  özəlləşdirmənin  həyata  keçirilməsi-
nin  hər  hansı  üsulundan  asılı  olmayaraq,  müəssisələrin 
əmək  kollektivinin  üzvlərinə  və  onlara  bərabər  tutulan 
şəxslərə 15 faiz güzəştli satışı nəzərdə tutub. 
Əmək kollektivinin üzvlərinə bərabər tutulan şəxslər 
dedikdə, bilavasitə müəssisədə çalışanlar, əvvəlki iş yerlə-
rinə qayıtmaq hüququna malik olanlar 1995-ci ilin bir yan-
var tarixindən sonra müəssisədə aparılan struktur dəyişik-
likləri  və  ştat  cədvəlinin  ixtisarları  nəticəsində  işdən  azad 
olmuş və işsiz statusu almış şəxslər və son yeddi il ərzində 
həmin  müəssisədə  işləyib,  oradan  təqaüdə  çıxan  şəxslər 
nəzərdə tutuldu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə