Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

 
 
74 
FƏSİL 4. MÜƏSSİSƏNİN TƏSƏRRÜFAT 
FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI 
 
4.1. Planlaşdırmanın mahiyyəti, prinsipləri və 
metodları 
 
Sənayenin  elmi  əsaslarla  idarə  olunmasının  ən  mü-
hüm  cəhətlərindən  biri  də  onun  planlaşdırılmasıdır;  plan-
laşdırma  idarəetmənin  əsas  funksiyasıdır;  planlaşdırma 
idarəetmə vasitəsidir.  
Planlaşdırma,  bazar  iqtisadi  sisteminə  əsaslanan  cə-
miyyətin iqtisadi qanunlarının, xüsusilə tələb və təklif ara-
sında tarazlıq qanunun düzgün dərk olunması və istifadəsi 
əsasında xalq təsərrüfatına, onun ayrı-ayrı sahələrinə, mü-
əssisələrə rəhbərliyin formasıdır.  
Əgər planlaşdırmanın prinsipləri, planın tərtibində tət-
biq olunan metod və istifadə olunan göstəricilər sistemi iq-
tisadi proseslərin mahiyyət və əlaqələrini düzgün nəzərə ala 
bilirsə, belə planlaşdırma elmi planlaşdırma hesab olunur.  
“Plan”  yunan  sözü  olub,  məzmununa  görə  “rəvan”, 
“bərabər”  sözlərinə  uyğun  gəlir.  Plan-məqsədi,  məzmunu, 
həcmi, metodları, ardıcıllığı, icra olunma vaxtı göstərilməklə 
müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş 
və  tapşırıqların  məcmusunu  özündə  əks  etdirən  sənəddir 
(məsələn, tədris planı, istehsal planı, biznes-plan və s.). 
Planlaşdırma plan dövrü üçün işlənib hazırlanan iqti-
sadi və sosial məsələlər kompleksi olub, onların həlli vasi-
təsilə cəmiyyətin ehtiyaclarının həyat səviyyəsinin yüksəl-
dilməsini  nəzərdə  tutur.  Planlaşdırma  –  məqsədə  çatmaq 
üsuludur, resursların tədarükü və məhsul istehsalının vax-
tında, ahəngdar istehsal edilməsinin zəruri şərtidir. 


 
 
75 
“Planlaşdırma”  anlayışına,  elmi  formalaşdıran  bilik-
lər  sistemi  kimi  və  habelə  ictimai  həyatın  bütün  sahələri-
nin  şüurlu  nizamlanmasına  yerləşdirilmiş  fəaliyyət  növü, 
praktiki proses kimi də baxmaq olar. 
Planauyğun  inkişaf  –  ölkənin  təsərrüfatının  ən  mü-
hüm üstünlüklərindən ibarətdir. Planlaşdırma nəinki müm-
kündür, hətta obyektiv olaraq, zəruridir. İctimai istehsalın 
müxtəlif sahələrinin inkişafında daimi və planauyğun pro-
porsionallıq olmadan, istehsal vasitələri istehsalı ilə isteh-
lak vasitələri istehsalı arasında, sənaye ilə kənd təsərrüfatı 
arasında, sənayenin sahələri və ayrı-ayrı  müəssisələri ara-
sında  proporsionallıq  olmadan  iri  təsərrüfatı  müvəffəqiy-
yətlə  idarə  etmək  olmaz.  Bütün  bu  proporsiyalar  ölkənin 
xalq  təsərrüfatı  planlarında  nəzərdə  tutulur  və  həmin 
planlar yerinə yetirilərkən onlara riayət edilməlidir.  
Planlaşdırma  istehsalın  arası  kəsilmədən  artması  və 
təkmilləşməsi,  məhsuldar  qüvvələrin  düzgün  yerləşdiril-
məsi və inkişaf etməsi üçün zəruri şərtdir. O, əmək və ma-
terial  ehtiyatlarından  qənaətlə  istifadə  edilməsinə  şərait 
yaradır  və  ölkələrinin    təsərrüfat  quruculuğunu  əlaqələn-
dirməyə imkan verir.  
Bütünlükdə  xalq  təsərrüfatının  inkişafının  planlaşdı-
rılması  onun  ayrı-ayrı  sahələri  və  müəssisələrinin  işinin 
planlaşdırmaq  zərurətini  müəyyən  edir.  Sənaye  müəssisə-
ləri  fəaliyyətinin  planlaşdırılması  müəssisə,  habelə  müəs-
sisənin  sexlərinin  və  onların  ayrı-ayrı  sahələrinin  işinin 
planlaşdırılması (müəssisədaxili planlaşdırması) cəmiyyə-
tin planlaşdırmasının ümumi sisteminin ayrı-ayrı halqala-
rıdır.  Müəssisə  üzrə  və  müəssisədaxili  planlaşdırma  sahə 
və xalq təsərrüfatı planlaşdırmasının bilavasitə ardı olmaq-
la, onunla bir vəhdət təşkil edir.  


 
 
76 
İctimai  istehsal  prosesinin  həyata  keçirilməsinin 
“tələb – resurs – planlaşdırma – vəzifə – funksiya – qərar” 
sistemində  idarəetmənin  planlaşdırma  funksiyası  mühüm 
yer  tutur.  Buna  görə  də  müəssisə  daxilində  planlaşdırma 
işləri  idarəetmənin  bütün  pillələrində  –  sexlərdə,  istehsal 
sahələrində,  briqadalarda  və  bütövlükdə  müəssisə  üzrə 
həyata keçirilir. Hər sənaye müəssisəsinin planı dövlət si-
farişi xalq təsərrüfat planının tapşırıqlarına, dövlət sifarişi 
əsasən  tərtib  edildiyindən  müəssisənin  fəaliyyətinin  plan-
laşdirilması  direktiv  xarakter  daşıyır.  Dövlət  sifarişi  hər 
istehsalat  kollektivi  üçün  əsasdır  və  hökmən  yerinə  yeti-
rilməlidir.  
Sənaye  müəssisələrinin  planları  möhkəm  təməl  üzə-
rində qurulur, çünki ictimai istehsal sistemində  hər müəs-
sisənin  yeri  dürüst  müəyyən  edilmişdir.  Dövlət  sifarişləri 
müəyyən miqdarda və müəyyən keyfiyyətli məhsul hazır-
lamaq üçün müəssisə qarşısında onun üzərinə konkret və-
zifələr  qoyur.  Eyni  zamanda  plan  bu  vəzifələri  yerinə  ye-
tirmək  üçün  müəssisənin  ixtiyarında  olan  materialları    və 
əmək ehtiyatlarını da müəyyən edir.  
Müəssisədə planlaşdırma işi  yalnız plan orqanlarına 
məxsus bir vəzifə deyildir; plan müəssisənin hər sahəsinin
hər sexinin işinə ediləcək rəhbərliyin əsasıdır.  
Müəssisədaxili  planlaşdırma  müəssisə  kollektivinin  
canlı  və  əməli  fəaliyyətidir.  İstehsala  plan  üzrə  rəhbərlik 
etmək,  planları  tamamilə  və  artıqlaması  ilə  yerinə  yetir-
mək  uğrunda  aparılan  mübarizədə  əldə  edilmiş  təcrübələ-
rin öyrənilməsinə, ümumiləşdirilməsinə  və  onlardan isti-
fadə edilməsinə əsaslanır. O planların yerinə yetirilməsinə 
nəzarət  etmək  işi  ilə  üzvi  surətdə  əlaqədardır;  planların 
yerinə yetirilməsinə nəzarət edilməsi isə istehsalın gedişini 


 
 
77 
düzgün  nizama  salmağa,  müəssisənin  normal  işini  pozan 
disproporsiyaların əmələ gəlməsinə yol verməməyə, plan-
ların  vaxtından  əvvəl  yerinə  yetirilməsi  üçün  ehtiyatları 
aşkar etməyə imkan verir. 
Zavod  üzrə  və  zavoddaxili  əsas  planlar  əmək  və 
maddi vəsait sərfinin mütərəqqi normalarına əsasən hazır-
lanır.  Planların  göstəriciləri  texniki  –  iqtisadi  hesablama-
larla əsaslandırılır. Bu, onlara səfərbəredici xarakter verir, 
istehsalı daha da inkişaf etdirməyə, texnikanın tərəqqisinə, 
əmək və maddi vəsait sərfini azaltmağa kömək edir.  
Müəssisələrin  və  onların  bölmələrinin  (sexlərin,  sa-
hələrin)  planları  nəinki  kollektivin  qarşısına  müəyyən  və-
zifələr  qoyur,  bu  planlar  habelə  həmin  vəzifələri  həll  et-
mək üçün konkret yollar da göstərir. 
Planlarda zaman və məkan etibarilə  müəssisə planın 
necə yerinə yetirilməsi, planı nəinki tam, hətta artıqlaması 
ilə də yerinə yetirmək üçün nə kimi təşkilat texniki tədbir-
lərin görülməsi və  müəssisəyə nə kimi  vəsait alınması la-
zım gəldiyi haqqında da göstərişlər olur.  
Planlaşdırma  sənaye  müəssisəsinin  və  onun  bütün 
bölmələrinin  (sexlərin,  sahələrin,  təsərrüfatın)  istehsal-tə-
sərrüfat fəaliyyətinin bütün sahələrini əhatə edir. Buna gö-
rə  də  müəssisədaxili  planı  vahid  göstəricilər  kompleksin-
dən ibarətdir.  
Plan  göstəricilərinin  vəhdəti  onunla  müəyyənləşdiri-
lir ki, əvvələn müəssisənin ayrı-ayrı hissələri arasında üzvi 
əlaqə  vardır  və  onların  fəaliyyətinin  bütün  nəticələri  bir-
birindən  asılıdır.  İkincisi  də,  müəssisənin  hər  planı,  hansı 
müddətə bu plan tutulursa tutulsun və müəssisənin fəaliy-
yətinin hansı sahəsini əhatə edirsə etsin, təsdiq edilmiş ey-
ni göstəricilərə əsaslanır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə