Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

 
 
61 
zəruridir: təsərrüfat yoldaşlığı cəmiyyəti, istehsal koopera-
tivləri, dövlət və bələdiyyə formaları, unitar müəssisələr. 
İqtisadi ədəbiyyatda təsərrüfat yoldaşlığının tam yol-
daşlıq  və  kommandid  yoldaşlıq  formaları  fərqləndirilir. 
Tam  yoldaşlıq  əsasında  fəaliyyət  göstərən  müəssisədə 
müəyyən  təsərrüfat  fəaliyyətini  birgə  həyata  keçirmək 
üçün  iştirakçılar  öz  aralarında  müqavilə  bağlayırlar.  Tam 
yoldaşlıq  zamanı  əmlakın  formalaşma  mənbələri  əsas  eti-
barı ilə iştirakçıların əmanətlərindən ibarət olur.  
Tam  yoldaşlığa  əsaslanan  müəssisənin  yaradılması 
zamanı  nizamnamə  tələb  olunmur.  O,  təsis  müqaviləsi 
əsasında yaradılır və fəaliyyət göstərir. Təsis müqaviləsini 
təsərrüfat yoldaşlığının bütün iştirakçıları imzalayırlar. Tə-
sis  müqaviləsində  yoldaşlıq  müəssisəsinin  adı,  onun  yer-
ləşdiyi ərazi, fəaliyyətin idarə olunması qaydası, yoldaşlıq 
müəssisəsində  yığıma  yönəldilən  kapitalın  həcmi  və  tər-
kibi,  hər  bir  iştirakçının  pul  əmanətinin  həcmi  göstərilir. 
Burada  həmçinin  tam  yoldaşlıq  müəssisəsinə  təqdim  olu-
nan  əmanətlər  üzrə  öhdəliklərin  yerinə  yetirilmədiyi  hal-
larda  iştirakçıların  məsuliyyəti  ilə  bağlı  məsələlərə  də  to-
xunulur. 
Tam  yoldaşlıq  müəssisələrində  mənfəət  və  zərər 
onun iştirakçıları arasında yığıma yönəldilən kapitalda xü-
susi  çəkiyə  görə  proporsional  qaydada  bölüşdürülür.  Hər 
bir  iştirakçıya  görə  verginin  məbləğini  müəyyən  etmək 
üçün  onun  malik  olduğu  gəlirin  üzərinə  ümumi  mənfəət-
dən  xüsusi  çəkidə  əlavə  edilir  və  bu  məbləğdən  vergi  he-
sablanır.  Tam  yoldaşlığa  əsaslanan  sahibkarlıq  müəssisə-
nin iştirakçıları öz əmlakları üzərində tam məsuliyyət da-
şıyırlar.  


 
 
62 
İqtisadi ədəbiyyatda və sahibkarlıq praktikasında kom-
mandid  yoldaşlığını  çox  hallarda  qarışıq  yoldaşlıq  forması 
da  adlandırırlar.  Qarışıq  yoldaşlıq  formasının  mahiyyəti 
sahibkarlıq fəaliyyətini həyata keçirən və öz əmlakına görə 
məsuliyyət  daşıyan  iştirakçılarla  yanaşı  bir  və  ya  bir  neçə 
iştirakçı  da  olur  ki,  bunları  da  komandidçilər  adlandırırlar. 
Komandidçilər yoldaşlıq müəssisəsində sahibkarlıq fəaliyyə-
tinin həyata keçirilməsində iştirak etmirlər. 
İstər tam yoldaşlıq və istərsə də qarışıq yoldaşlıq for-
malarına əsaslanan sahibkarlıq qurumları heç bir nizamna-
məyə malik olmur. Onlar bütün iştirakçıların imzaladıqları 
təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir. 
Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından 
biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətləri-
nin  aşağıdakı  növləri  fərqləndirilir:  məhdud  məsuliyyətli 
cəmiyyətlər,  əlavə  məsuliyyətli  cəmiyyətlər,  səhmdar  cə-
miyyətləri, asılı cəmiyyətlər. 
Keçmiş  İttifaq  respublikalarında  bazar  münasibətlə-
rinə keçidin ilkin dövrlərində məhdud məsuliyyətli yoldaş-
lıq müəssisəsinin yaradılması geniş yayılmışdır. Bu cür cə-
miyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Bu 
cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapitalının 
xüsusi çəkisi əsasında formalaşır. Məhdud məsuliyyətli cə-
miyyətin  iştirakçıları  onun  öhdəliklərinə  cavabdehlik  daşı-
mır və qoyduqları əmanətin dəyəri çərçivəsində cəmiyyətin 
fəaliyyəti ilə bağlı zərərlilik öz üzərinə götürülür.  
Məhdud məsuliyyətli cəmiyyətdən fərqli olaraq əlavə 
məsuliyyətli  cəmiyyətin  iştirakçıları  cəmiyyətin  təsis  sə-
nədləri  əsasında  müəyyən  edilmiş  əmanətin  dəyəri  çərçi-
vəsində  istər  öz  əmanətləri  üzrə  öhdəliklərə  və  istərsə  də 
cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyır. İş-


 
 
63 
tirakçılardan birinin müflisləşdiyi şəraitdə onun öhdəliklə-
ri qalan iştirakçılar arasında  əmanətlərə  uyğun proporsio-
nal qaydada bölüşdürülür. 
Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından 
biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətləri-
nin  aşağıdakı  növləri  fərqləndirilir:  məhdud  məsuliyyətli 
cəmiyyətlər,  əlavə  məsuliyyətli  cəmiyyətlər,  səhmdar  cə-
miyyətləri, asılı cəmiyyətlər.  
Müasir  şəraitdə  sahibkarlığın  ən  geniş  yayılmış  for-
malarından biri səhmdar cəmiyyətidir. Səhmdar cəmiyyət-
lərinin əksəriyyəti dövlət və bələdiyyə mülkiyyətinə əsas-
lanan  müəssisələrin  özəlləşdirilməsi  yolu  ilə  yaradılır. 
Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək 
məqsədilə  nizamnamə  fondunu  səhm  buraxmaq  yolu  ilə 
formalaşdıran  fiziki  və  ya  hüquqi  şəxslərin  könüllü  saziş 
əsasında yaradılan müəssisədir.  
Səhmdar  cəmiyyəti  qapalı,  yaxud  açıq  tipli  səhmdar 
cəmiyyəti  formasında  yaradılır.  Səhmləri  yalnız  təsisçilər 
arasında bölüşdürülən  və təsisçilərin əksəriyyətinin razılı-
ğı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cə-
miyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninki-
ləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab 
edilir.  
Dövlət  əmlakına  sərəncam  vermək  hüququna  malik 
olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiy-
yəti istisna olmaqla, səhmdar cəmiyyəti azı üç fiziki və ya 
hüquqi şəxs tərəfindən təsis edilir. Dövlət əmlakına sərən-
cam  etmək  səlahiyyətinə  malik  olan  idarəetmə  orqanları-
nın təsis etdikləri səhmdar cəmiyyətinin təsisçilərinin sayı 
məhdudlaşdırılmır. Onlar təklikdə (təkbaşına) səhmdar cə-
miyyətinin təsisçiləri ola bilərlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə