81
üsulları məlum olduğundan ciddi yeniliklər edilmirdi. Mərkəzi
Avropada şərab çəlləkləri nisbətən sərin zirzəmilərdə saxlanı-
lırdı. Mayalanmış süddən pendir əldə edilirdi. Orta əsrlərdə ən
çox istehsal və istifadə edilən ərzaq çörək idi. Çörəkçilər digər
peşə sahiblərinə nisbətən daha çox hörmətə sahib idilər. Çörək-
çilərin Avropada böyük önəmə sahib olmaları onların müxtəlif
cəmiyyət və təşkilatlarda birləşməsi ilə nəticələnmişdir. 1266-
cı ildə qəbul edilmiş çörək və pivə qanunnaməsinə əsasən, satı-
lan çörəyin qiyməti, çəkisi və çörəyə əlavə olunan məmulatla-
rın tərkibi göstərilməli idi. İngiltərədə
ən çox qazanan çörək-
çilər idi. Bu səbəbdən onlardan dövlət orqanlarına aylıq gəlir-
ləri haqqında məlumat vermələri tələb olunurdu.
Çörək bişirib
satmaq gəlirli sahə hesab olunurdu. Avropada bu ailə biznesi
sayılır və nəsildən-nəsilə ötürülürdü. Daha çox gəlir əldə etmək
məqsədilə bəzi çörəkçilər hiyləyə əl atır,
çörəyin içərisinə
köhnəlmiş ərzaqlar əlavə edirdilər. Köhnə çörək satan çörəkçi-
lərə sərt cəzalar verilirdi. Bu səbəbdən London şəhərində fəa-
liyyət göstərən bəzi çörəkçilər həbs olunmuşdu. Nüfuzdan düş-
müş çörəkçilər nüfuzlarını bərpa etmək üçün 12 çörək qiymə-
tinə 13 çörək verirdilər. Çörək təkcə yemək üçün istifadə edil-
mirdi. XVI-XIX əsrlərdə nahar vaxtı bir yeməkdən digərinə ke-
çən zaman bıçaqlar və çəngəllər çörəyə sürtülərək təmizlənir-
di. Yemək zamanı duz qabından duz bıçaqla götürülürdü və
həmin bıçaqlar da çörəyə sürtülərək təmizlənirdi. Kübar ailələr-
də olan xidmətçilər mətbəxdə qaynar qazanların daşınmasında
əlləri yanmasın deyə çörək dilimlərindən istifadə edirdilər.
Dostları ilə paylaş: