89
3. Yeddinci il və yaxud ayrılma ili: Tövrata əsasən, hər
yeddi ildən bir bütün borclar və pul ödəmələri bağışlanmalıdır.
Yəhudi qulları azadlığa buraxmaq kimi insanpərvər işlər həyata
keçirməlidir. Bu ilin İbrani dilindəki adı “Semita”dır və tərcü-
mədə azad olmaq mənasını kəsb edir.
4. Yubil ayı: Bu bayram hər əlli ildən bir baş tutur və bu
bayram münasibətilə
bir çox insanpərvər, humanist və əxlaqi
işlər həyata keçirilir.
5. Fəsh (Pesəh və yaxud Pasxa) bayramı: Lüğəti mənası
göz yummaqdır. Firon və onun ətrafındakılara bəlanın nazil ol-
duğu zaman Allahın Bəni-İsrailin ilk övladlarının qətlinə göz
yumması münasibətilə belə adlandırılmışdır. Amma bu bayra-
mın belə təntənə ilə qeyd olunmasının əsas səbəbi Bəni-İsrailin
Fironun zülmündən xilas olmaları ilə bağlıdır.
Bu bayram
Fələstində yeddi, başqa yerlərdə isə səkkiz gün keçirilir və ba-
har fəsli aprel ayının 14-də başlayır. Bu bayram mərasimi Töv-
ratda qeyd olunmuşdur. Bu bayramla bağlı qida ritualı təyin
edilmişdir. Bunun üçün keçi və quzunu bıçaqlamalısan və bu-
nunla da axşam gün batandan sonra Sedarın Pasxa yeməyi baş-
layır. Burada Sedarın ritualına görə dörd qədəh şərab içilir,
yoxsulluq çörəyi olan matzodan
bir dilim yeyərək yeməyi
bitirirlər. Bayram günlərində evdə mayadan hazırlanan qidaları
(adi çörək, mayadan olan un məmulatları, pivə) saxlamaq ol-
mazdı. Fəsh və yaxud Pasxa yəhudilərin ən böyük bayramıdır
və qeyd olunmuş bayram müddətində fətir çörəklərdən istifadə
etməyə icazə verilmişdir. Birinci gecə (İsraildən kənar yerlərdə
ikinci gecə də) bayram axşamı süfrəsi açılır və Misirdə keçiril-
miş acı günlərin xatirəsini canlandırmaq məqsədilə acı göyərti-
lər yeyilir. XII əsrdən indiyədək bəzən Yəhudiləri bir uşağı və
yaxud yetkinlik yaşına çatmış insanı qətlə yetirməklə onun qa-
nında bayram fətirinin hazırlanmasında istifadə etməkdə gü-
nahlandırmışlar.
6. Həftələr bayramı: Bu bayram Pasxa bayramından əlli
gün sonra, yəni Pasxadan yeddi həftə keçməsi və məhsulların
90
hazır olması münasibətilə keçirilir. Bu bayramın İvrit dilindəki
adı “Sayut”dur.
7. İlin başlanması bayramı (Yeni il bayramı): Bu bayram
“Ruş Həşşana”(yəni, ilin başlanğıcı) kimi adlandırılır. Bu gün
tövbə ongünlüyü üçün hazırlaşmaq məqsədilə şeypurlar çalınır.
Onuncu günün böyük əhəmiyyəti vardır və həmin günü “Yov-
mu Kipur” adlandırırdılar.
8. Yovmu Kipur bayramı: Yəni Kəffarə günü; Bu çox əhə-
miyyətli bayramdır. Bu günü “Aşura”, yəni “Aşura
və yaxud
onuncu gün” adlandırırlar. Yəhudilər həmin gündən öncəki gü-
nün axşamından bayram gününün axşamınadək günahlarının
kəffarəsini vermək məqsədilə oruc tuturlar. Bu günün müqəd-
dəsliyi şənbə gününün müqəddəsliyindən daha üstündür. Bu
bayram günü işləmək tam şəkildə haramdır. Yovmu Kipur bay-
ramında yəhudilər köhnə paltarlar geyinirlər.
9. Kölgəliklər və yaxud çadırlar bayramı: Yəhudilər Hz.
Musanın zamanında Sina səhrasındakı çadırlarda yaşamalarını
anma məqsədilə bir həftə çadırlarda və kölgəliklərdə yaşayırlar.
İvrit dilində bu bayrama “Sukkot”(kölgəliklər və yaxud çadır-
lar) deyirlər.
10. Açılış bayramı: İvrit dilində bu bayram “Hanuka” adla-
nır və yəhudilərin eradan əvvəl 168-ci ildə Yunanıstanlı istis-
marçılar üzərində qələbə çalması münasibətilə keçirilir. Bu gün
Süleyman məbədi Yəhudi tərəfindən
düşmənin pisliklərindən
və dağıntılarından paklaşdırıldı. Bu bayram Kölgəliklər bayra-
mından bir həftə sonra keçirilir.
11. Püşk bayramı: İvrit dilində “Purim” adlanır. Bu gün
Əhəməni şahı Xəşayarşanın vəziri Hamanın fitnəsilə yəhudi-
lərin qətliamının baş tutmaması münasibətilə bayram keçirilir.
Bu macəra ətraflı şəkildə Əhdi-Ətiqin “Ester” kitabında qeyd
olunmuşdur. Bayramın Püşk bayramı kimi adlandırılmasının
səbəbi bundan ibarətdir ki, Haman öz qərarını şaha elan etmək
üçün püşkatma yolu ilə gün təyin etmişdir. Bu bayram qış
fəslinin axırlarına təsadüf edir.
Dostları ilə paylaş: