86
MÖVZU 7. QİDALANMA MƏDƏNİYYƏTİNİN
FORMALAŞMASINDA DİNİN TƏSİRİ
Dünya xalqlarının
mədəniyyəti, adət və ənənələrində əsas
yer tutan qidalanma və milli mətbəx dini inanclarla sıx bağlıdır.
Bir çox yemək ayinləri öz başlanğıcını bəzi xalqların qədim
adətlərindən götürür və əsrlərdən
sonra dini formada xalqlara
çatdırır. Bu baxımdan ənənəvi pasxa yeməklərinin tarixi diqqə-
tə layiqdir. Eramızdan əvvəl köçəri tayfalar Bahar bayramını
süd və kəsmiklə qeyd edirdilər. Əkinçiliyə keçməklə məhsul
bayramı yarandı. Bu zaman ilk taxıl yığımından qurbanlıq yu-
xalar bişirməyə başladılar. İudaizm dininin inkişafı ilə bağlı
Pasxa bayramı yarandı. Bu bayram yəhudilərin Misirdən get-
məsi ilə bağlı olaraq qeyd edilirdi. Bayram Bahar bayramına
çevrildi. Qida ayinlərində əsas yeri mayasız çörək tuturdu. Xris-
tianların Pasxası İsa Məsihin dirilməsi ilə bağlıdır.
Bu zaman
bayram masasında pasxa kəsmiyi – heyvandarların simvolu, ku-
liç əkinçilərin çörəyinin simvolu, rəngli yumurta isə baharın və
həyatın dirçəlişini əks etdirirdi.
İUDAİZMDƏ QİDALANMA ƏNƏNƏLƏRİ
Yəhudi dini olan iudaizm e.ə. 1-ci minillikdə Fələstində
yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur.
Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad: axirətə,
qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam, ölülərin diri-
ləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad, ruhun varlığına
və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarındandır.
İudaizmdə müqəddəs kitablar üç qrupa bölünür.
Birinci
qrup yalnız bir kitabdan Tövratdan (İvrit dilində “Qanun”)
ibarətdir. Tövrat yəhudiliyin birinci ən müqəddəs kitabı hesab
olunur. Yəhudi ilahiyyatına görə Tövrat Allah tərəfindən Musa
peyğəmbərə diktə edilmişdir. İkinci qrupda yalnız Tanahdan
ibarətdir. Tanah da xristian bibliyasına daxil edilmişdir.
Üçüncü
müqəddəs kitablar toplusuna "Talmud” daxildir. Talmudun müəl-
87
lifi Allah hesab olunur. Yəhudi təliminə görə Talmud Allah tərə-
findən Musa peyğəmbər vasitəsilə insanlara çatdırılmışdır.
İudaizm dünyada azsaylı dinlərdən biridir və bizim dövrü-
müzə qədər praktiki olaraq dəyişməz qalmışdır. Eramızdan
əvvəl XIII əsrdə yəhudilər arasında inkişaf etmiş təkallahlıqla
bağlı olan bir dindir. İudaizm yəhudilərin milli dinidir və dün-
yanın müxtəlif ölkələrində iyirmi milyon davamçıları var.
İudaizmin bütün dini bayramları yəhudilərin müqəddəs tarixləri
ilə bağlıdır.
Deyilənə görə, yəhudi xalqı uzun illər ərzində milli ərazi-
dən və cəmiyyətdən uzaq olub dünyanın müxtəlif ölkələrinə (Av-
ropa, Asiya) səpələniblər.
Lakin buna baxmayaraq, öz dillərini,
mədəniyyətlərini, milli ənənələrini qoruyub saxlaya biliblər.
İudaizm dininin yaradıcısı Misir əsirliyində doğulmuş Musa
peyğəmbərdir. Musa peyğəmbər sonrakı İsa Məsihdə olduğu
kimi 40 gün oruc tutub. Yəhudilərin yeməklə bağlı adətləri Əhdi-
ətiqin müvafiq fəsilləri ilə müəyyən edilir.
Yəhudi yeməkləri
istifadəsinə görə təmiz və natəmiz yeməklərə bölünür. Kaşrut
(icazə və uyğunluq) anlayışı ən çox müəyyən bir qidanın istifa-
dəsi məsələsi ilə əlaqələndirilir. Qidalanma ilə bağlı halal hesab
edilən məməlilərdən həm vəhşi, həm də ev heyvanlarına icazə
verilirdi. Digər tərəfdən donuz təmiz heyvan sayılmır və onla-
rın fikrinə görə, onun içində şeytan oturur. Dəvə, dovşan, donuz,
sürünənlər və bir neçə quş əti yemək qadağandır. Yeməyə
yırtıcı quşların ətindən istifadə etmək olmaz. Bura eyni zaman-
da bataqlıqda və suda üzən (qaz və ördəkdən başqa) quşlar da
aid edilir.
Qida qadağaları haqqında təlim.
Yəhudilərdən dinin tələblərindən irəli gələrək müəyyən qida
qadağalarını gözləmək tələb olunur. Onların içərisində üçü əsasdır:
1.
Tövratda murdar hesab edilən heyvanların (donuz, dov-
şan, at, dəvə və s.) ətini yemək qadağandır;
2.
Qidaya qan
qatmaq olmaz;
88
3.
Ət və süd məhsullarını eyni vaxtda qəbul etmək qada-
ğandır.
Yəhudilərin qidalanmasında balıq əsas yer tutur. “Kəhf”
surəsində balığa xüsusi diqqət yetirilir. Bu surədə Hz. Musanın
və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə
qida kimi balıq götürdüyü qeyd edilir. Balıq yəhudi mətbəxi,
dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da
səmavi bayram simvollarından biri sayılr. Balıq bürcü yəhudi-
lərdə ən xeyirxah bürc kimi qəbul olunub. Bu, bəlkə də onunla
bağlıdır ki, iudaizm dinində balığın bəd nəzərdən qorumağına
inanırlar. Bir yəhudinin yeyə biləcəyi yeməklərə “kosher” de-
yilir. Kosher qidaları ən səmərəli və sağlam hesab edilir. Məh-
sullar ətraf mühitə və gigiyena qaydalarına
uyğun olaraq bişi-
rilir. Tövratda qaydaların kodu verilir. Burada qeyd olunur ki,
bütün bitkilər təmizdir, lakin həşəratlar kosher deyil, buna görə
də bütün məhsullar yuyulur, ələnir və bişirilir. Çünki bitkilərdə
həşəratların tırtılları, unda böcəklər ola bilər. Balıq növləri
qanadlı olmalıdır. Çəyirtkələr istisna olmaqla, bütün həşəratlar
qadağandır. Bala icazə verilir, çünki o bitki mənşəli sayılır.
Dostları ilə paylaş: