97
və yalnız Kül çərşənbəsi günü və var: adi oruc 14 yaşdan ;
ciddi oruc isə 21 yaşdan 60 yaşa qədərdir.
Bu dində əsasən,
katolik məzhəbinə mənsub insanların və digərlərinin də
tutduğu iki oruc vardır:
- Şükr orucu
- Kilsəyə aid oruc
- Okaristik oruc.
Xristianlıqda Hz. İsa tərəfindən
həyata keçirilməsi əmr
olunan yeddi müqəddəs dini ayin vardır. Bu yeddi ayinin hamı-
sının bütün sektalar tərəfindən qəbul olunmamasına baxmaya-
raq, məzhəblərin çoxu tərəfindən qəbul olunan ayinlərdən biri
okarist ayinidir. Bu ayin Hz. İsanın çarmıxa çəkilməsindən əv-
vəl həvariləri ilə (elçi, səfir, Hz. İsanın seçdiyi 12 ardıcılı) bir-
likdə etdiyi şam yeməyinin xatirəsi olaraq keçirilən kominyon-
dur (“Çörək-şərab ayini”). Okaristiyanı (çörək-şərab ayinin)
qarşılamaqla əlaqədar həyata keçirilən oruc “okaristik oruc”
adlandırılmışdır. Bu orucda müəyyən bir müddət ərzində qatı
yeməklərin yeyilməsi qadağan olunur. Bu oruc əvvəllər gecə
saat 12-dən kominyona kimi
heç nə yeməmək və içməməklə
həyata keçirildiyi halda, indi II Vatikan dini toplantısından son-
ra dəyişdirilmişdir. Hal-hazırda bu ibadət Kominyondan bir
saat əvvəl heç bir şey yeməmək, 3 saat əvvəl də spirtli içki qə-
bul etməmək formasında həyata keçirilir.
Ekleziyastik oruc. Bu orucu adətən katolik məzhəbinə mən-
sub olanlar tutur. Yuxarıda Matta incilində Hz. İsanın 40 gün-
lük oruc tutduğunu qeyd etmişdik. Katolik kilsəsi bu ibadəti
qırx günlük bir müddət ərzində pəhriz (Carem) formasında hə-
yata keçirir. Bu pəhriz katoliklər üçün “Kül çərşənbəsi” deyilən
Caremin ilk günündən pasxa gününə müqəddəs cümə günü çox
ciddi bir oruc təyin olunur. Katolik
kilsəsində orucluqda yaşa
görə məhdudiyyət kimi davam edir. Kilsə təqviminə görə ilin
müəyyən vaxtında həyata keçirilən bu ibadət bir kəffarə (tövbə)
tətbiq olunmasıdır. Orucun bu növü hal-hazırda olduqca yün-
gülləşmiş və azalmışdır. Tutulma forması gündüz yalnız bir ye-
98
məyi
qəbul etmək, səhər və axşam da yüngülvari yeməklərə
qane olmaqdır. Türkiyənin böyük təfsirçi alimi Hamda Yazar
40 günlük orucun mənşəyini daha sonrakı
xristian din xadim-
lərinin qənaətinə əsaslandırır. Çünki xristianlara otuz günlük
Ramazan orucunu tutmaq əmr olunmuşdur. Lakin onlar hava-
ların isti keçməsi ilə əlaqədar olaraq, fərz olan bu orucun vax-
tını daha sərin bir vaxta keçiriblər. Kəffarə olsun deyə buna on
gün də əlavə ediblər.
Xristianlar arasında Hz.İsanın çarmıxa çəkildiyinə inanan-
ların tutduğu “İztirablar cüməsi” orucu da geniş yayılıb. Xris-
tian inancına görə, Hz.İsa çərşənbə günü tutulmuş, cümə günü
çarmıxa çəkilmiş və şənbə günü də vəfat etmişdir.
Bu günlər
tövbələrin qəbul olunduğu günlərdir və bu günlərdə oruc tut-
maq lazımdır.
Dostları ilə paylaş: