95
Xristian orucu
Dünya dinlərinin bir çoxunda oruc günləri mövcuddur. Bu
dinlərin sırasına xristian dini də aid edilir. İlahi dinlər arasında
sıra baxımından ikinci yer tutan xristianlıq dininə hal-hazırda
iki milyarddan çox adam sitayiş edir. Bunların çoxu Avropa və
Amerikada yaşayır. Üç əsas sektaya: katolik,ortodoks (pravos-
lav) və protestant məzhəblərinə ayrılıb. Xristianlıq
dinində də
oruc ibadətinin olduğunu görürük. Xristianlığın müqəddəs ki-
tabı “İncil”də orucla bağlı belə deyilir: “Oruc tutduğunuz za-
man, ikiüzlülər
kimi qaşqabaqla gəzməyin; ona görə ki, onlar
oruc tutduqlarını insanlara göstərmək
üçün özlərini qəmgin
tuturlar. Doğrusunu sizə deyirəm: onlar mükafatlarını aldılar.
Amma sən oruc tutduğun zaman başına yağ sürt və üzünü yu;
ta ki insanlara deyil, gizlində olan
atana oruclu görünəsən və
gizlini görən atan sənə açıqcasına əvəzini verəcəkdir.”(Matta
6/16-18). Bununla yanaşı xristianlıq dinində mühüm yer tutan
İsa peyğəmbərin oruc ibadəti ilə bağlı Matta incilində belə
deyilir: “Bundan sonra Ruh İsanı iblis tərəfindən imtahan olun-
maq üçün səhraya apardı. İsa 40 gün, qırx gecə oruc tutduqdan
sonra açıldı” (Matta 4/ 1-2). Yəhudilik içərisindən çıxmış xris-
tianlıqda ilk vaxtlar yəhudilikdəki “kəffarə orucu” da (dindar-
ların öz günahlarını bağışlamaq ümidi ilə verdikləri sədəqə) tu-
tulurdu və oruc ibadəti ilk vaxtlardakı
kimi çox təqdir olunur-
du. Xristianlığın tarixinə nəzər saldıqda görürük ki, bu dində
oruc
ibadəti olmuş, lakin Hz. İsa bu ibadətlə əlaqədar aydın
hökmlər qoymamış, bu işi bilavasitə kilsənin ixtiyarına vermiş-
dir. Çox vaxt oruc pəhrizlə eyniləşdirilmişdir. Oruc tutmaqda
əsas məqsəd müəyyən vaxtlarda bədənə əziyyət vermək, nəfsin
istəklərinin qarşısını almaq və bəzi günahların cəzasını bu dün-
yada çəkməyə çalışmaqdır.
Katolisizm
Katolisizm xristianlığın əsas istiqamətlərindən biridir. Onun
mərkəzi Vatikandır. Rəhbəri isə Roma Papasıdır. Katolik pas-
xası əsasən, milli ənənələrə, xüsusilə milli, regional, xalq mət-
96
bəxinə əsaslanır. Bütün katolik ölkələrinin
pasxa süfrəsində
ümumi olaraq (Fransa, İtaliya, İspaniya, Portuqaliya, İrlandiya,
Avstriya, Macarıstan, Polşa, Litva, Çexiya, Sloveniya, Cənubi
və Mərkəzi Amerika ölkələri) qırmızı, sarı, yaşıl
və qəhvəyi
rənglə boyanmış yumurtalar pasxa bayramının əsas simvolu
hesab edilir. Bəzi ölkələrdə yumurtaları milli ornamentlərlə
boyayırlar. Fransada
bərk bişirilmiş zefirli, şəkərli, şokoladlı
yumurtalar düzəldirlər.
Fransızların ənənəvi pasxa süfrəsi çox sadədir. Omlet, so-
ğan piroqu, pasxa paşteti, soyuq hisə verilmiş sosiskalar və s.
qidalar daxildir. Çox nadir hallarda varlı adamların pasxa süf-
rəsində qoyun ayağını noxud, ərik, alma, köklə bişirilmiş gör-
mək olar. Polşada isə pasxa süfrəsində donuz ətindən bişirilmiş
yeməklərə daha geniş yer verilir. Donuz başı, qiymələnmiş
balaca donuz, biqos, qaynadılmış donuz, krakov kolbasası üs-
tünlük təşkil edir.
Dostları ilə paylaş: