174
Hollandiya və İsveçrədən öyrənildi və Edam pendirinin yerli
versiyası onilliklər boyu Rusiya imperiyasında çox məşhur idi.
Belarusiyanın təbii iqlim şərtləri qidalanmada göbələklərdən,
meşə giləmeyvələrindən, çay balığından, xərçəngdən, süddən,
qaymaqdan, kəsmikdən geniş şəkildə istifadə etməyə imkan
verir. Ukraynalılar kimi belaruslar da qızardılmış salanı sevir-
lər. Bu onlarda müxtəlif xəmir və kartof yeməklərində arzuolu-
nan qatqıdır. Milli yeməklərindən biri trabyankadır. Bu, qayna-
dılmış, xırda-xırda doğranmış donuz böyrəyi, qaraciyər, ürək,
ağciyər sarımsaqla, bibərlə bir yerdə donuzun yoğun ba-
ğırsağına və ya mədəsinə doldurulur. Bütün slavyan xalqların-
da olduğu kimi, belaruslar da çox yeməklərini gil qablarda bişi-
rirlər.
Tarixən belarusların dənizə çıxışı məhdud olub və bu indi-
yədək mətbəxdə aydın görünür. Ən geniş yayılmış dəniz balıq-
ları siyənək istisna olmaqla, xek və treskadır. Bununla belə bu
balıqlardan hazırlanan yemək çeşidi çox azdır. Daha çox ənə-
nəvi və geniş yayılan müxtəlif üsullarla bişirilən göl balığı suf
və yəhudi mətbəxinə xas olan içi doldurulmuş sazandır. Hisə
verilmiş və ya içi doldurulmuş ilanbalığı Belarusun şimal-qərb
hissəsindəki Latviya və Litva ilə həmsərhəd olan göllər bölgəsi
üçün səciyyəvidir.
Belarus mətbəxində qarnirlər də xüsusi yer tutur. Qarnirlər
adətən qızardılmış, qaynadılmış və ya rəndələnmiş kartof, qara-
başaq, düyü və ya makarondur. Ət yeməkləri isə əsasən, dəyir-
mi gil qablara düzülən blinçiklər və ya dranikidir.
Ölkədə ənənəvi sərt içki araq və ya harelkadır, o cümlədən
ağcaqayın şirəsindən hazırlanmış byarozavik və ya meşə otları
ilə ətirləndirilmiş zubrovkanı da göstərmək olar. Kvas ənənəvi
yerli spirtsiz içki olub və indi də qalmaqdadır. Lakin hazırda o
daha çox şəkər və süni dadlandırıcılar qatılmaqla hazırlanır.
Kompot da məşhur içkidir. Onu quru, yaxud təzə qaynadılmış
meyvələrdən hazırlayıb sonra soyudurlar.
Dostları ilə paylaş: