175
RUSİYA
Paytaxt – Moskva
Rəsmi dil – rus dili
Dini – pravoslav
Milli pul vahidi – rubl
Rusiya Şimali Avrasiyada yerləşən böyük bir ölkədir. Şi-
mal-qərbdən cənub-şərqə Rusiya Norveç, Filandiya, Estoniya,
Latviya, Litva və Polşa, Belarus, Ukrayna, Gürcüstan, Azərbay-
can, Qazaxıstan, Çin, Monqolustan və Şimali Koreya ilə həm-
sərhəddir.
Bütöv Şimali Asiyanın və Şərqi Avropanın böyük bir qis-
minə uzanan Rusiya çox müxtəlif relyef və iqlimə malikdir.
Ölkə ərazisi boyunca demək olar ki, yalnız iki mövsüm – qış və
yay var. Yaz və payız ayları çox qısa sürür. Rusiya təbii ehti-
yatlarla zəngindir. Kənd təsərrüfatında heyvandarlıq sahəsi bit-
kiçiliyə nisbətən daha yaxşı inkişaf etmişdir. Heyvandarlıqda
ən geniş yayılmış iribuynuzlu mal-qara və donuzçuluqdur. Me-
şə və meşə-çöl zonalarında südçülük-ətlik, cənub çöl zonaların-
da ətlik-südçülük istiqaməti əsas yer tutur. Rusiyada kənd tə-
sərrüfatının əsasını taxılçılıq təşkil edir. Meşə zonasında boz
taxıl növləri – darı, çovdar, arpa, vələmir, qarabaşaq və s. yetiş-
dirilir. Meçə-çöl və çöl zonalarında buğda və qarğıdalı əkilir.
Texniki bitkilərdən ən çox yayılanı şəkər çuğunduru, günəba-
xan, kətan lifi, soya, tənbəki və başqalarıdır.
Rusiyada dərin çayların axdığı böyük ərazilər boyunca zən-
gin olan giləmeyvə, göbələk, təmiz gölü, meşələri, çəmənlik-
ləri, münbit qara torpaqları rus xalqına müxtəlif çeşiddə ye-
məklər bişirməyə imkan verir. Rusiya həmişə şərq və qərb, şi-
mal və Aralıq dənizi arasında əlaqə rolunu oynayıb. Ölkə həmi-
şə xarici ölkələrlə ticarət əlaqələri qurub. Vaxtilə tacirlər bu öl-
kəyə müxtəlif qida məhsulları, onların hazırlanma üsullarını,
ənənələrini, yeməklərin və içkilərin reseptlərini gətirmişdilər.
Onların bəziləri hələ çox erkən vaxtlarda knyaz evlərində (çay,
kofe, pendir, köpüklü şərab, qənd, şokolad və s.) 100 il keçdik-
176
dən sonra gətirilən başqa məhsullar (pelemeni, düyü, əriştə,
vermişel, kartof, qarğıdalı) isə cəmiyyətin bütün təbəqələri
üçün əlçatan oldu və bu gün milli qida kimi qəbul olunur.
Rus mətbəxinə Alman, Fransız, Çin və Yaxın Şərq ölkələri
çox böyük təsir göstərib. Rus xalqının qida strukturunda əsas
yeri şorbalar tutur. Hər bölgənin coğrafi şərtlərinə uyğun ayrı
bir mətbəx mədəniyyəti və damaq dadı var. Şimali Rusiyada
“Şi” (kələmli və balıqlı bir şorba), kələm yeməkləri, çovdarlı
içki olan kvas, arpalı yeməklər sevilərkən, Don bölgəsində
“Uxa” deyilən və pomidorla hazırlanan balıq şorbası, Cənubi
Rusiyada ölkənin dünya tərəfindən məşhur “Borş şorbası”
seçilir. Meşəlik bölgələrin mətbəxində isə ov ətləri, hisə veril-
miş ətlər, qurudulmuş balıqlar, göbələk və meşə meyvələri əsas
rol oynayır. Bizim kababa ruslar “Şaşlık” deyirlər. Ətlər bir az
daha iri doğranır, aralarına soğan yerləşdirilərək şişə düzülür.
Göbələkdən hər yeməkdə istifadə edilir. Desertlər meşə mey-
vələri və balla hazırlanır. Sibirin bəzi bölgələrində qüvvətli iç-
kilərin istehsalında baldan istifadə edilir.
Rus mətbəxinin ən böyük xüsusiyyəti ölkənin hər yerində
yetişən ətirli otlar və ədviyyatlardır. Bunlar qədim çağlardan
bəri rusların imtinaedilməz ləzzətləridir. Şüyüd, cirə, nanə, so-
ğan və sarımsaq kimi bitki və tərəvəzlərlə yanaşı, darçın, tər-
xun, qara bibər kimi ədviyyatlardan balıq, ət və tərəvəz yemək-
lərində istifadə edilir.
Antik çağlarda rus süfrələrində dana əti çox nadir görülər-
di. Çünki bu heyvanlar əkinçilik üçün yararlı idi. İndiki vaxtda
isə bir çox ənənə kimi bu da dəyişib. İndi rus mətbəxində qay-
natma, qızartma və qızarmış ətlər yeyilir. Xüsusilə, donuz ətinə
üstünlük verilir.
Ət seçimləri coğrafi quruluşa görə dəyişə bilir. Toyuq isə
bütün ölkənin ənənəvi yeməyi olaraq qalır. Hər bölgənin ortaq
xüsusiyyəti isə ət yeməklərinin alma, duzlu göbələk və xam
meşə meyvələri ilə yeyilməsidir.
Rus mətbəxinin bir digər ortaq xüsusiyyəti də xama və
kərə yağıyla hazırlanan souslardır. Şorba, tərəvəz, ət, toyuq və ba-
177
lıq növləri əsasən, xama və souslarla təqdim edilir. Rus mətbəxi
eyni zamanda çar dövründən qalma yemək təqdimatı ilə diqqət
çəkir. Yeməyin dadı qədər təqdimatı da çox əhəmiyyətlidir. Dəb-
dəbəli aksesuarlar süfrə atmosferinə xüsusi bir yaraşıq verir.
Rus mətbəxində qəlyanaltılar çox məşhurdur. Qəlyanaltılar
müxtəlif soyuq və isti bufet yeməklərindən ibarətdir. Rus ənə-
nələrinə görə, yeməklə ən az 3–4 növ qəlyanaltı yeyilir. İçəri-
sində hisə verilmiş somon balığı, qaynadılmış sümüksüz ət,
qaynadılmış dəniz məhsulları, müxtəlif salatlar, souslu kartof,
pomidor, bibər, badımcan dolmaları, yumurta, kürü və müxtəlif
qızartmalar da bura aiddir.
Rus mətbəxində şorba əhəmiyyətli yeməkdir. Balıq, tərə-
vəz, ətdən ibarət olan müxtəlif növ şorbalar bütöv bir pay sayı-
lır. Müxtəlif tərəvəzlər, ət və ya balıqla hazırlanan “Uxa” şor-
bası dəfnə yarpağı, istiot, cəfəri, yabanı razyana kimi ədviyyat-
larla yeyilir. Artıq dünya mətbəxinin şorbalarından olan “Borş”
və “Şi” balıq və ət, çuğundur, kələm və kartof ilə hazırlanır. Hər
ikisinin də xüsusiyyəti xama ilə təqdim edilməsidir. “Rassolnik”
şorbasının əsas xüsusiyyəti şorbanın tərəvəzlərlə hazırlanmasıdır.
“Solyanka” şorbası isə göbələk və ya balıqla hazırlanır.
“Okroşka” balıq və ətlə zənginləşdirilmiş soyuq bir şorba-
dır. Rus mətbəxində ən çox istifadə edilən tərəvəzlər kələm,
çuğundur, turp, kartof, lobya, göbələk, soğan və xiyardır. So-
yuq iqliminə görə meyvə və tərəvəz baxımından zəngin deyil.
Ancaq digər bölgələrə görə daha mülayim iqlimi olan yerlərdə
badımcan, balqabaq, bibər və pomidor yetişdirilir.
Rus mətbəxində şirniyyatlar önəmli yer tutmasa da, desert-
lərin müxtəlif meyvələrlə hazırlanıb dəbdəbəylə təqdim edil-
məsi diqqət çəkir. Meşə meyvələri, konservləşdirilmiş meyvə-
lər və bal çox sevilir. “Pasxa” və “Kuliç” pravoslav rusların
Pasxa bayramının ənənəvi şirniyyatı kimi tanınır. “Pasxa” mey-
və şəkərləmələriylə bəzənmiş piramida şəklində tortdur. “Va-
rennik” isə tərkibində çiyələk, albalı və ya cem olan şirniyyat-
dır. Milli içkiləri kvas, mors və meyvəli çaydır.
|