179
ları, üzüm şərabı, müxtəlif ədviyyatları və s. göstərmək olar. Bu-
radan da qədim və müasir Polşada dadlı və ətirli yeməklər mey-
dana gəldi. Polşaya səfər edən xaricilər həmişə bu yeməklərin
özünəməxsusluğunu, təbiiliyini, müxtəlifliyini
və keyfiyyətli
olduğunu qeyd edirdilər. Ziyafətlər hər zaman zəngin və rənga-
rəng Polşa mətbəxinin ayrılmaz hissəsi olub. Əsrlər boyu baş
verən tarixi dəyişikliklər Polşa mətbəxinə böyük təsir göstərib.
Qəsb edilmək, müstəqillik və bütövlükdən məhrum olmaq ki-
mi sınaqlardan keçmiş bir ölkə öz mədəniyyət və ənənələrini
yüksək dəyərləndirərək həyatın bütün sahələrində qoruyub sax-
lamağa çalışıb. Tarixi səbəblərdən ölkənin müxtəlif regionları-
nın mətbəxində qonşu
ölkələr və mühacirlərin təsiri, xörəklə-
rin müxtəlifliyi və zənginliyində əks olunub. Polyak xalqının
qidalanma mədəniyyətinin əsasını qədim slavyanların ənənələ-
ri təşkil edir. Bütün slavyanlarda olduğu kimi polyaklarda da
çörək dini cəhətdən əhəmiyyətli bir yer tutur.
Polyaklar sıyığı çox sevirlər və bu sahədə çox yaxşı mütə-
xəssisdirlər. Sıyıqla bağlı ənənələr Polşada çox dərindir. Taxıl-
dan quru qidalandırıcı şorbalar, südlü sıyıq qaynadılır və bişiri-
lir, ona sala, göbələk, qara gavalı qatır, müxtəlif
ət yeməkləri ilə
bir yerdə verirlər. Müasir Polşa mətbəxində həmişə olduğu ki-
mi arpa, qarabaşaq, ktakov sıyığı yüksək qiymətləndirilir. Polşa
mətbəxi bu gün özünəməxsusluğuna görə göbələklərə borclu-
dur. Göbələyin sous və şorbalarda bir qida kimi istifadə edil-
məsi zərurudir. Bu gün Polşa mətbəxində müasir yeməklər, is-
tifadə olunan qida məhsulları, texnologiya və emalına görə Uk-
rayna və Rusiya mətbəxinə daha yaxındır. Qəlyanaltı və soyuq
yeməklər üçün xama və mayanezlə hazırlanmış təzə və duzlan-
mış tərəvəzlər xarakterikdir.
Səciyyəvi Polşa xörəkləri məhsulların mövcud olmasına
bağlıdır. Polşada kənd təsərrüfatı yaxşı inkişaf etdiyinə görə,
Polşa mətbəxində yarmalar xüsusi yer tutur. Çörək, kiyoteklər
və ya blinlər polyaklar tərəfindən çox sevilir. Tərəvəzli və ya
ətli xörəkləri ilə yanaşı, ləzzətli tərəvəz şorbaları Polşa mətbə-
180
xində xüsusi yer tutur.
Meşələrdən polyaklar maral əti, xeyli
miqdarda göbələk, meyvə və otları əldə edir. Şirin sularda
yaşayan balıqlar və həmçinin dəniz balıqları Polşa mətbəxində
geniş istifadə olunur. Bu günədək,
bir çox Polşa xörəklərinin
reseptləri illər boyu dəyişilmədən istifadə olunur.
Dostlarla söhbət etmək və ya birgə mahnı oxumaqla mü-
şayiət olunan ziyafətlər Polşa mədəniyyətinin ayrılmaz hissə-
sidir. Onlar mədəni, dini, ən çox isə vətənpərvərlik rolunu oy-
nayırlar. Yəqin bu səbəbdən polyaklar dostlarına baş çəkəndə
və ya istirahət günlərini öz ailələri ilə keçirəndə ziyafət etməyi
cox sevirlər.
Ən çox sevilən Polşa xörəklərindən biri biqosdur. Biqos
müxtəlif
ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kə-
ləmdən hazırlanmış xörəkdir. Golabki tomat və ya qaymaq
sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaq-
larıdır. Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti də
populyardır.
Polşa mətbəxi özünün un məmulatları ilə də məşhurdur:
piroqlar, blinlər, lozanki, oladi və s. Şirin yeməklərdən ən məş-
huru müxtəlif kisellər, meyvəli salatlar, jele və mussdur.
Dostları ilə paylaş: