MÖVZU 9. SLAVYAN XALQLARININ QİDALANMA
MƏDƏNİYYƏTİ VƏ ƏNƏNƏLƏRİ
Slavyan xalqları dünya sivilizasiyasının inkişaf tarixində
xüsusi rol oynayır. Visladan Urala və Şimal buzlu okeanın sa-
hillərindən Aralıq dənizinə qədər, qərbdən şərqə qədər olan
Avropanın ərazisini tutan slavyan xalqları, eyni zamanda slav-
yanların adət və ənənələrinə daxil olan Avropa və Asiya mədə-
niyyətlərinin elementlərini mənimsəmişdilər. Lakin buna bax-
mayaraq, slavyan qida mədəniyyəti ənənələri həm mahiyyətcə,
həm də formaca fərqli olaraq qalır.
UKRAYNA
Paytaxtı – Kiyev
Dövlət dili – Ukrayna dili
Dini – pravoslav
Pul vahidi – qrivna
Ukrayna – keçmiş Kiyev Rusunun cənub bölgələridir. Mün-
bit torpaqları, əlverişli iqlim şəraiti, bağları, üzümlükləri, mey-
və və tərəvəzlərin çoxluğu ukraynalıları müxtəlif qida xammalı
ilə təmin edir. Ərazinin böyüklüyünə, təbii şəraitdəki fərqlərə,
170
Ukraynanın ayrı-ayrı bölgələrinin tarixi inkişafına, bir çox
xalqların (ruslar, belaruslar, tatarlar, macarlar, almanlar, molda-
vanlar, yunanlar) məskunlaşmasına baxmayaraq, ukrayna mət-
bəxi köhnə rus mətbəxinin ənənələrindən heç nə götürməmiş,
digər tərəfdən isə alman, macar, tatar, türk mətbəxinin bəzi tex-
nikalarını mənimsəmişdir.
Ukrayna milləti və dövlətinin yaranma müddəti və mürək-
kəbliyi onun kulinariya tarixində də öz əksini tapmışdır. Ukray-
na milli mətbəxi, nəhayət XIX əsrin sonunda Ukrayna xalqının
birləşməsindən sonra yarandı. Ukrayna xalqının qida mədəniy-
yətində XVI əsrdən başlayaraq, qida xammalında donuz piyi (sa-
la) əsas yer tutur. Bu dövrdə Ukraynanın dini bağlarla bağlı ol-
duğu Yunanıstandan gətirilən zeytun yağı da geniş yayılmışdır.
Slavyan xalqları arasında ilk dəfə ukraynalılar bir məhsula
əsaslanan çoxkomponentli yeməyin texnologiyasının xüsusi bir
metodunu hazırladı. Belə bir texnologiyanın nümunəsi milli ye-
mək olan borş yeməyidir. Ukrayna kulinariyasının əsas özəlliyi
və fərqi bir məhsuldan bir neçə çeşiddə yeməyin hazırlanma-
sıdır. Məsələn, köftəni buğda, qarabaşaq unundan, kartofdan,
kəsmik, xəmirdən, çörək suxarisi və saladan, almadan hazırla-
yırlar. Ukraynalılar müxtəlif sıyıqları, balıq yeməklərini sevir-
lər. Ukrayna milli mətbəxi qidaların texniki emalı ilə bağlı qay-
daları alman, macar, tatar, türk kulinariyasından götürmüşdür.
Məsələn, türk mətbəxindən ukrayna mətbəxinə bir çox tərəvəz-
lərin qəbulu transfer olundu, türk yeməyi düşbərə ukrayna köf-
təsinə çevrildi. Alman, polyak və çex mətbəxindən xırda doğ-
ranmış, farş edilmiş ətdən rulet, kotlet yeməklərini götürmüş-
dür. XVIII əsrin əvvəllərində Ukraynaya qarğıdalı, kartof, XIX
əsrdə isə Ukrayna xalqının menyusuna pomidor və günəbaxan
yağı daxil oldu. Müasir qidalanma mədəniyyətində donuz piyi
(sala) ukraynalıların ən çox sevdiyi milli qidasıdır. Onu çiy, duz-
lu, qaynadılmış, hisə verilmiş, qızardılmış şəkildə yeyirlər. Do-
nuz salasında tərəvəz, ət qızardır, hətta şirniyyat da bişirirlər.
Ukrayna mətbəxi üçün paxlalı bitkilər lobya, mərci, noxud
istifadə etmək xarakterikdir. Müasir ukrayna süfrəsini pomidor
171
və bitki yağı olmadan təsəvvür etmək olmaz. Ukrayna mətbə-
xində borşun 20-yə qədər növü var (poltava, lvov və s). Lakin
ən məşhuru Ukrayna borşudur. Onu təzə kələmdən, çuğundur-
dan, pomidordan hazırlayır və içərisinə sala, sarımsaq, cəfəri
də əlavə edirlər.
Ukrayna mətbəxi özünün un məhsulları ilə də məşhurdur.
Bunlardan ukrayna milli mətbəxinə aid olan vareniki, qaluşki,
qreçaniki, korji və başqalarıdr. Şirniyyatların hazırlanmasında
alma, gavalı, armud, ərik, vişnə, qarağat geniş istifadə olunur.
Bunlardan evdə hazırlanmış müxtəlif kolbasa, qaluşki, vareniki
xüsusi yer tutur. Ukrayna mətbəxinin simvolu: borşlar, göbələk
farşı və qarabaşaq yarması ilə sazan, pörtlədilmiş soğanla və ya
xama ilə sazan və s. göstərmək olar. Ayin yeməklərindən isə
quru meyvələrdən hazırlanmış kompotdur ki, onu “uzvar” ad-
landırırlar. Ukraynalıların özünəməxsus yeməkləri sırasına Ki-
yevsayağı toyuq və Kiyev keksi də daxildir. Ukraynalıların isti-
fadə etdikləri içkilər: kompot, şirələr, süd, ayran, narzan, çay
və qəhvə, pivə, şərab və qorilkadır.
Dostları ilə paylaş: |