Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 122 -
nəqli cümlələr. Məsələn, “Buz – suyun bərk halıdır” –
cümləsi doğru qiymətini, “Roma Fransanın
paytaxtıdır” – cümləsi isə yalan qiymətini alır.
Məntiqi kəmiyyətlər – doğru və yalan sözləri ilə
ifadə olunan anlayışlar.
Məntiqi sabitlər – DOĞRU və YALAN.
Məntiqi dəyişənlər – məntiqi kəmiyyətlərin
simvolik yazılışları. Məsələn, A, B, X, Y və s.
Məntiqi ifadələr – sadə və ya mürəkkəb
mülahizələr.
Məntiqi əməliyyatlar–Bu əməliyyatların beş
növü mövcuddur: konyunksiya, dizyunksiya, inkar,
implikasiya, ekvivalensiya. İlk üç əməliyyat tam
sistem təşkil edir  və yerdə qalan iki əməliyyat onların
vasitəsilə ifadə oluna bilir. Bu səbəbdən məktəb
kursunda  əsasən ilk üç əməliyyat - konyunksiya,
dizyunksiya və inkar öyrədilir.
Konyunksiya – məntiqi vurmadır. Dilimizdə
“və”  bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və B
mülahizələrinin konyunksiyası  A∧B kimi yazılır.
Qiyməti A və B mülahizələrindən heç olmasa biri
yalan olduqda yalan olur.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 123 -
Dizyunksiya – məntiqi toplamadır. Dilimizdə
“və ya” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və
B mülahizələrinin dizyunksiyası  AVB kimi yazılır.
Qiyməti A və B mülahizələrindən hər ikisi yalan
olduqda yalan olur.
İnkar – unar və ya biryerli əməliyyatdır.
ùA və ya
   kimi  göstərilir.  A  -  doğru  olduqda  yalan,  yalan
olduqda isə doğru qiymət alır.
Misal. “Doğru deyil ki, 4 ədədi 3 ədədinə
bölünür”. 4 ədədi 3 ədədinə bölünür – ifadəsini A ilə
işarə edək. Onda verilən mülahizə
ùA olacaq. A
mülahizəsi yalan qiymət alır, deməli,
ùA doğru qiymət
alacaq.
Müəllim şagirdlərə belə bir tapşırıq verə bilər:
Şəkillərə əsasən suallara cavab verin:
“Qırmızı deyil, kvadrat deyil, canlı deyil” – bu
əlamətlər hansına aiddir?
Şagirdlərə aşağıdakı dörd şəkil – qırmızı gül, ağ
quş, boz çətir və televizor  şəkilləri göstərilir.
Şagirdlər şəkildəki obyektlərin əlamətlərini sadala-
maqla, sualın cavabını tapırlar. {Cavab: çətir.}


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 124 -
Əsas məntiqi kəmiyyətlərin öyrədilməsi
metodikası. İnformatikanın tədrisində məntiq bölmə-
sinin öyrədilməsinin mühüm rolu vardır. 1-ci sinifdə
şagirdlərin sadə məntiqi mühakimələri anladığını
nümayiş etdirmələri, doğru və yalan mülahizələri
fərqləndirmələri, sadə mühakimələrin inkarını qura
bilmələri və təqdim olunanlar arasından mühüm
hərəkət variantlarını göstərmələri nəzərdə tutulur. 2-ci
sinifdə məntiq bölməsinə alqoritm t. v.-nin tərkibində
yer ayrılmışdır. Şagirdlərin məntiqi mülahizələr
haqqında fikirləri artıq 2-ci sinifdə dəqiqləşdirilir,
onlar bu mülahizələrin iki müxtəlif qiymət – doğru və
yalan qiymət aldığını öyrənirlər. Onlar doğruya –


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 125 -
həqiqətə uyğun fikir, yalana isə həqiqətə uyğun
olmayan fikir kimi tərif verir, buna aid müxtəlif
mülahizələri nəzərdən keçirirlər. Məsələn, “Yer
Günəşin ətrafında fırlanır”, “Sutka 24 saatdan
ibarətdir“– doğru, “Ay Yerdən böyükdür”, “Bir ildə 7
ay var” mülahizələri yalan mülahizələrdir. Bundan
sonra məntiqi mülahizəyə tərif verilir. Doğru, yaxud
yalan olan hər hansı cümlə məntiqi mülahizə adlanır.
Hər bir məntiqi mülahizənin inkarı olur. Doğrunun
inkarı yalan, yalanın inkarı doğrudur. Daha sonra
şagirdlər qeyri-müəyyən mülahizələrlə tanış olurlar.
Bunu belə bir misalla izah etmək olar: İki adam eyni
bir televiziya verilişinə baxır və ya iki uşaq eyni
oyunu oynayır. Onlardan biri üçün bu, maraqlı, digəri
üçün isə maraqsız ola bilər. Deməli, eyni bir veriliş
haqqında iki nəfər müxtəlif fikir söyləyə bilər. Elə
fikirlər var ki, onların doğru və ya yalan olduğunu
müəyyən etmək olmur. Məsələn,
 Şahmat maraqlı oyundur.
Bu gün hava yaxşıdır.
Kəmalə mehriban qızdır.
Plov dadlı yeməkdir.
Belə fikirlər qeyri-müəyyəndir. 3-cü sinifdə
şagirdlər “hamısı, heç biri, bəzisi” sözləri daxil olan
mülahizələri seçməyi öyrənir. Bunun üçün müəllim
uşaqlara aşağıdakı suallarla müraciət edə bilər: [7]


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 126 -
- Kim yazı yaza bilir? (hamı)
- Kim şeir yaza bilir? (bəziləri)
- Kim mahnı oxuya bilir?(bəziləri)
- Kim uça bilir? (heç kim)
3-cü sinifdə  şagirdlər artıq kvantor sözlərlə
tanış edilirlər. Çoxluqlar nəzəriyyəsinə görə hamısı
çoxluğun özünə, bəzisi altçoxluğuna, heç biri isə
inkarına uyğundur.
IV sinifdə məntiq bölməsi alqoritm t. v.-nin
tərkib hissəsi kimi keçilir. Burada “və” və “və ya”
sözləri daxil olan cümlələr və mürəkkəb mülahizələr
öyrədilir. İki yaxud daha artıq fikirdən ibarət olan
mülahizə mürəkkəb mülahizə adlanır. Mürəkkəb
mülahizələr də sadə mülahizələr kimi doğru və yalan
qiymət alırlar. “Və ya” sözü ilə birləşmiş mürəkkəb
mülahizə o zaman doğru olur ki, onu təşkil edən
mülahizədən heç olmasa biri doğru olsun. “Və ya”
sözü ilə birləşmiş sadə mülahizələrdən hər ikisi yalan
olduqda isə bütövlükdə mülahizə də yalan olur. “Və”
sözü ilə birləşmiş mürəkkəb mülahizə o zaman doğru
olur ki, sadə mülahizənin hər ikisi doğru olsun.
Metodik cəhətdən bunu belə izah etmək olar: [5]
Şəkildə qutu çəkilib. Qutunun içərisində həm


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə