Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 96 -
Səs dalğaları -  mikrofon – elektrik cərəyanı –
səs kartı –2-lik kod – kompüterin yaddaşı.
Səsin kompüterin yaddaşından olan əks təsviri
isə aşağıdakı sxemə əsasən gedir:
Kompüterin yaddaşı – 2-lik kod -  səs  kartı  –
elektrik cərəyanı -  mikrofon - səs dalğaları
[18,
s.234]
Səs informasiyası səsin amplitudu, tezliyi və
periodu ilə xarakterizə edilir.
Səs kartı – kompüterdə səsi 2-lik koda və
əksinə çevirmək üçün istifadə edilir. Fiziki mənada
səs – fəzada yayılan səs dalğalarıdır. Səsin kodlaş-
dırılmasının əsas prinsipi onun diskretləşdirilməsidir.
Ümumiyyətlə, metodik vəsaitlərdə informasi-
yanın kodlaşdırılması ilə bağlı çox müxtəlif və
maraqlı tapşırıqlar və dərs nümumələri təqdim
olunmuşdur. Kodlaşdırma nümunələrinə Azərbaycan
nağıllarında və filmlərində də rast gəlinir. Məsələn,
“Bir qalanın sirri” filmində “zəncir, sim, qanlı daş
parçası və nar”  vasitəsilə Simnar xanın Həkim babanı
qandallayıb Qanlı qalada zindana saldığı məlumatı
kodlaşdırılır.
Məsələn, sinfi kiçik qruplara bölərək, hər qrupa
müxtəlif şəkillər paylamaq və  şagirdlərə bu şəkildəki
obyektləri kodlaşdırmağı tapşırmaq olar. Müəllim hər
qrupa bir kodlaşdırma üsulu verə bilər.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 97 -
1-ci qrup - Hər sözü əks istiqamətdə
kodlaşdırın. {səməni-inəməs}
2-ci qrup – hər hərfi əlifbada ondan sonra gələn
hərflə əvəz edin. {çiçək-djdfq}
3-cü qrup – hər hərfdən sonra    hərfini
yazın. {günəş-gaüanaəaşa}
4-cü qrup – hər hərfi əlifba sırasındakı sıra
nömrəsi ilə əvəz edin. {inək-14, 20, 7, 16}


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 98 -
5-ci qrup – hər hərfi əlifbada
ondan əvvəl gələn
hərflə əvəz edin. {telefon – şdqdənm}
Rebuslar da kodlaşdırmanın bir növüdür.
Müəllim şagirdlərə həm hazır rebuslar verə bilər, həm
də onlara rebusun yaradılma qaydalarını izah edərək
rebus düzəltməyi də tapşıra bilər.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 99 -
XI.
Kompüter texnologiyalarının texniki
vasitələrinin öyrədilməsi metodikası
1.
Kompüterin arxitekturası anlayışı.
2.
Kompüterin arxitekturasının öyrədilməsi
metodikası
3.
Tədrisdə kompüterdən istifadə.
4.
Kompüterin daxili və xarici yaddaşı.
5.
Fərdi kompüterin  çevrəsəl (periferik) qurğuları.
Kompüterin arxitekturası anlayışı. Əvvəlcə
arxitektura anlayışının nədən ibarət olduğunu
dəqiqləşdirək. İnformatika kursunda kompüter onun
arxitekturası səviyyəsində öyrənilir. Arxitektura
dedikdə kompüterin qurğuları və onların iş prinsipləri
texniki xarakterlərini nəzərə almadan başa düşülür.
Kompüterin arxitekturasının təsvir edilməsi – insanın
kompüterdə sərbəst işi üçün  lazım olan biliklərin
verilməsi deməkdir (daha doğrusu, bu zaman
kompüterin təmiri, qurğularının konstruksiyası və s.
bilmək tələb olunmur).
Kompüterin arxitekturasının öyrədilməsi
metodikası.
Kompüterin arxitekturası aşağıdakı


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 100 -
ardıcıllıqla öyrədilir:
-   Kompüterin təyinatı;
-      Kompüterin  əsas  qurğuları  və  onların  funksional
xarakteristikaları;
-    Kompüterin daxili və xarici yaddaşı;
-   Fərdi kompüterlərin arxitekturasının əsas
xüsusiyyətləri. [18, s.240-241]
EHM-in arxitekturasının əsasları 1940-cı illərin
axırlarında amerikalı alim Con fon Neyman tərəfindən
müəyyən edilmişdir. İkinci dünya müharibəsindən
sonra yaradılan ilk EHM olan ENİAK maşını üçün
Neyman hesablama maşınlarının quruluşu
prinsiplərini işləyib hazırlamışdı. Bu prinsiplər
Neymanın adı ilə adlandırılır və aşağıdakı kimi şərh
edilir:
4.
Kompüter proqramla işləyən avtomatdır,
yəni kompüterin işləməsi üçün proqram
olmalıdır.
5.
Kompüter ardıcıl ünvanlanan yaddaşa malik
olmalıdır.
6.
Əmrlərlə verilənlər arasında heç bir fərq
yoxdur.  Əmrlər  verilən  kimi  baxmaq    və
onlar üzərində əməliyyatlar aparmaq olar.
7.
Verilənlərin təyin edilməsi aparat
səviyyəsində deyil, tam səviyyədə aparılır.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 101 -
Məsələn, maşın sözündəki bitlər yığımının
ədəd və ya simvolların şərti olmasını maşın
müəyyənləşdirir. [6, s. 45]
Neyman ilk olaraq təklif etmişdir ki, yalnız
verilənlər deyil, proqramlar da ikilik kodlar şəklində
kompüterin yaddaşında saxlanılmalıdır. Neyman
arxitekturalı kompüterlərin
əsas blokları
aşağıdakılardır:
Idarəetmə bloku və hesabi-məntiqi qurğu –
mərkəzi prosessorda yerləşir;
əməli yaddaş;
xarici yaddaş;
giriş-çıxış qurğuları.
Adətən arxitektura aşağıdakı sxem üzrə öyrədilir:
Əvvəlcə kompüterin istifadəsi, sonra isə  əsas
qurğuları (yaddaş, prosessor, giriş-çıxış qurğuları) və
onların iş prinsipləri öyrədilir. Bu zaman müəllim hər
bir qurğunu əyani şəkildə göstərməli, onlarla davranış
qaydalarını izah etməlidir.
Arxitektura anlayışını izah etmək üçün belə bir
analogiyadan istifadə etmək məqsədəuyğundur.
Kompüter informasiya ilə işləmək üçün lazım olan
qurğudur. Onu insan ilə müqayisə etsək görərik ki,
insan da  kompüter kimi informasiya ilə işləyir –
1)informasiyanı özündə saxlayır, 2)emal edir, 3)qəbul


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə