Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 82 -
- Bərabərehtimallı hadisələr ən böyük
entropiyaya malikdir.
3) İnformasiyanın miqdarı Xartli düsturu ilə
müəyyən edilir. Əgər informasiya “hə” və ya “yox”
cavabı ilə verilən cümlədən ibarətdirsə, ondakı
informasiya 1 bitdən çox deyil, bərabərehtimallı
hadisələr  üçün      1  bitə  bərabərdir,  bərabər  olmayan
ehtimallı hadisələr üçün isə 1 bitdən kiçikdir.
4) İnformasiya entropiyanın azalmasına
bərabərdir.
İ=H
1
 – H
2
İnformatika kursunda ən mühüm anlayışlar
informasiya, informasiyanın ölçülməsi, ölçü vahidləri,
informasiya daşıyıcıları, işarə, simvol, model, kod və
s.-dir. Müəllim bu anlayışların düzgün mənimsdilməsi
üçünbütün orta məktəb informatika kursu boyunca
informatika tədrisinin əsas məqsədlərini –
ümumtəhsil, inkişafetdirici və praktik məqsədləri
diqqət mərkəzində saxlamalıdır. İnformatikanın əsas
anlayışlarının mənimsədilməsində aşağıdakı prinsiplər
gözlənilməlidir: [18]
1) Sistemlilik prinsipi. Kursun öyrədilməsində
şagirdin fikrində bütün anlayışların ardıcıl sistemi
qurulmalıdır. Yəni şagird kurs boyu hansı mövzunu
hansı ardıcıllıqla öyrənəcəyini qabaqcadan dərk
etməlidir.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 83 -
2) Paralellik prinsipi. Bu prinsip onu bildirir ki,
İKT kursunu və kompüterdə praktik işi öyrənərkən
belə  şagirdlər paralel olaraq fundamental və  əsas
anlayışları öyrənməyə davam etməlidirlər.
3) Özünütədris və qarşılıqlı öyrənmə.
İnformatika yeni və inkişafda olan bir elm olduğu
üçün şagirdlər özləri əlavə mənbələrdən, internet
resurslarından istifadə etməklə özləri informatika üzrə
yeni biliklər qazana bilər, sinif yoldaşları ilə bu
məlumatları paylaşaraq onların da maraq və bilik
dairəsini genişləndirə bilərlər.
Qeyd edək ki, yuxarıda sadalanan prinsiplər
tədrisin ümumi prinsiplərini inkar etmir, əksinə onları
tamamlayır.
IX. Əsas informasiya proseslərinin öyrədilməsi
metodikası
1.
İnformasiyanın saxlanılması.
2.
İnformasiyanın emalı prosesi.
3.
İnformasiyanın ötürülməsi prosesi.
Informasiya proseslərinin öyrədilməsi 1-4-cü
siniflərdə informatikanın tədrisi prosesində xüsusilə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 84 -
böyük əhəmiyyətə malikdir. Belə ki, informasiya
prosesləri ilə bağlı anlayışlar 1-ci sinifdən başlayaraq
şagirdlərə mənimsədilir. Şagirdlər:
-
qarşılıqlı  əlaqədə olan obyektlər sisteminin,
elementlər arasındakı siqnalların, infor-
masiya mübadiləsinin nədən ibarət oldu-
ğunu;
-
informasiya proseslərinin təsnifatını, infor-
masiyanın 2-lik say sistemində təsvirinin;
-
müxtəlif sosial, bioloji və texniki system-
lərdə informasiya axtarışının, alqoritmləş-
dirmə və modelləşdirmə vasitəsilə infor-
masiyanın formal şəkildə təsvirinin nədən
ibarət olduğunu bilməlidirlər. [15, s.127-
132]
Məlumdur ki, informasiya proseslərinə infor-
masiyanın toplanması, ötürülməsi, saxlanması, emalı
və istifadəçiyə çatdırılması aiddir.  İnformasiyanın
toplanması öyrənilən obyektin vəziyyəti haqqında
məlumatın alınması məqsədi ilə aparılır.
İnformasiyanın toplanması adi halda insan tərəfindən,
avtomatlaşdırılmış halda isə texniki vasitələr və
sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi. Toplanan infor-
masiyanın emal edilməsi üçün o, emal vasitələrinə
ötürülməlidir. Adi halda informasiyanın emalı insan


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 85 -
tərəfindən, avtomatlaşdırılmış kompüterlər vasitələrlə
aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı
olaraq
 müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın
məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli
ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf,
peyk rabitəsi və s.) istifadə edilir. Müasir
kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə
uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator -
demodulyator) adlanan xüsusi qurğudan istifadə
edilir.
Informasiyanın ötürülməsi üçün istifadə olunan
yardımçı vasitələrə informasiyanın ötürülmə vasitələri
deyilir. Bunlara misal olaraq telefon, radio, televizor,
kompüteri göstərmək olar.
İnformasiyanın ötürülməsi sxemi belədir:
İnformasiya mənbəyi – informasiyanın ötürmə
vasitələri – informasiyanın qəbuledicisi.
Amerikalı riyaziyyatçı Klod Şennon
informasiyanın kodlaşdırılması nəzəriyyəsini işləyib
hazırlamışdır. Bu nəzəriyyə həm də informasiyanın
ötürülməsi zamanı yaranan küylərin qarşısını almaq
üçün üsul verir. Nəzəriyyəyə görə, rabitə xətti ilə
ötürülən informasiyanın dəqiq çatdırılması üçün kod
bir az daha artıq olmalıdır. Məsələn, telefonla
danışdıqda səsimiz eşidilmirsə, nə edə bilərik? –
sözləri bir daha təkrar edərik – deməli, informasiyanın


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 86 -
miqdarını artırmaqla  və ya sözün hər bir baş hərfini
həmin hərflə başlayan sözlə deməyə çalışarıq. Misal
üçün, Şennon – şəhər, ev, nöqtə, naqil, otaq, nağıl. Bu
zaman istifadə edilən köməkçi sözlər elə seçilməlidir
ki, onlar dilimizdə tez-tez işlənən və aydın başa
düşülən sözlər olsun.
İnformasiya kompüterlərdə kodlaşdırılaraq
saxlanılır və istifadəçilərə   çatdırılır. Bu isə infor-
masiyanın diskret və ya rəqəmsal formaya çevrilməsi
sayəsində baş verir. Nöqtə və tirelərdən ibarət olan
Morze əlifbası informasiyanın kodlaşdırılmasına
misaldır. Kompüterdə informasiya 0 və 1-lərlə
kodlaşdırılır. Bu, fiziki cəhətdən iki dayanıqlılıq
vəziyyətinə - lampanın yanması (1) və sönməsinə (0)
uyğundur.
İnformasiyanın ötürülməsini borulardan suyun
axması ilə müqayisə etmək olar. Bu misalda ötürmə
vasitəsi borulardır. Borudan vahid zamanda keçən
suyun miqdarı L/san və ya m
3
/san ilə ölçülür. Analoji
olaraq olaraq informasiyanın ötürülməsi bit/san,
bayt/san ilə ölçülür. Şagirdlərin bu prosesi daha yaxşı
başa düşmələri üçün onlara belə bir tapşırıq vermək
olar – kitabın 1 səhifəsini oxuyun, vaxtı qeyd edin, 1
sətirdəki simvolların orta sayını tapın, sonra isə bütün
səhifədəki simvolların sayını hesablayın. Bu səhifənin
informasiya həcmini (baytlarla) müəyyən edin. Daha


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə