Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 66 -
sahəli otaq olmur. Problemin həlli üçün siniflər 2 və
ya 3 yarımqruplara bölünməlidir. Kompüterlər bir-
birilə lokal şəbəkə vasitəsilə birləşdirilməli və
müəllimin kompüterinə qoşulmalıdırlar. Modem,
skaner, printer,  digər periferik qurğular əsas
kompüterə qoşulmalı və ya müəllimin kompüterinin
nəzarətində olmalıdır ki, müəllim öz ekranında
şagirdlərin işini izləyə bilsin. Belə qoşulmalarda
adətən halqa və ya ulduz topologiyalarından istifadə
edilir. Son illərdə siniflərdə noutbuklardan daha çox
istifadə edilir. Bu,   noutbukların daha az yer tutması,
yüngül olmaları, ekrandan yayılan rentgen
şüalanmasının olmaması ilə izah edilir. [18, s.174-
178]
İnformatika kabinetində kompüter, lokal şəbəkə
və periferiya qurğularından əlavə aşağıdakılar da
olmalıdır:
-
informatikaya aid tədris-metodiki,
populyar elmi ədəbiyyat;
-
sənədlərin və nümayiş materiallarının
yerləşdirilməsi üçün xüsusi stendlər;
-
təhlükəsizlik texnikası qaydaları təsvir
edilmiş lövhə;
-
ilk yardım aptek qutusu;
-
yanğınsöndürmə vasitəsi;


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 67 -
-
hər bir kompüter üçün iş qrafiki jurnalı;
-
elektrik təchizatı və keçiricilik təminatı.
Kompüter siniflərində kompüterlər xüsusi
qaydada yerləşməlidirlər. İki cür sxemdən daha çox
istifadə edilir – sıralar üzrə və otağın perimetri
boyunca. Otaq düzbucaqlı formasında olduqda sıralar
üzrə sxemi daha məqsədəuyğundur. Bu halda
uşaqların iş yerləri iki sıra üzrə düzülür. Müəllimin iş
yeri, kompüter stolu sinfin arxa tərəfində yerləşdirilir.
Sinfin ön tərəfində isə yazı lövhəsi və kompütersiz
müəllim stolu yerləşir. Müəllim izahat verərkən bu
stoldan istifadə edə bilər. Əgər otaq kvadrat
şəklindədirsə, stollar otağın perimetri üzrə yerləşdirilə
bilər. [18, s.174-178]
Otaqdakı pəncərələr şimal və ya şimal-şərq
istiqamətində olmalıdır.
Kompüter siniflərində lövhədə yazmaq üçün
tabaşirdən istifadə olunmamalıdır, çünki tabaşirdən
yaranan toz kompüterlərə ziyan vura bilər.
1-4-cü siniflərdə  şagirdlər üçün kompüter
arxasında işləməyin aşağıdakı normaları müəyyən
edilmişdir:
-1-ci sinif 10 dəq, 2-4 siniflər 15 dəq.
-Kompüter arxasında işdən sonra müəllim
uşaqlarla göz gimnastikası məşqlərini aparmalıdır.
-Monitorlar arasındakı məsafə 2 m-dən az


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 68 -
olmamalı, onların yan tərəfləri isə bir-birindən azı 1,2
m məsafədə olmalıdır.
-Stol və stullar uşaqların boyuna uyğun
olmalıdır. Stol 2 hissədən ibarət olmalıdır: monitor və
klaviatura üçün.
-Uşaqların gözündən monitora qədər məsafə
60-70 sm olmalıdır. Gözlərində problem olan uşaqlar
göz üçün xüsusi eynəklərdən istifadə etməlidirlər.
-Stolda dəftər və kitablar üçün işıqlandırma 150
lyuks (lyuks- Beynəlxalq Vahidlər sistemində sahəsi 1
m
2
 olan səthə düşən işıq selidir), monitorun ekranı
üçün 300 lyuks, lövhə üçün 500 lyuks olmalıdır.
-Pəncərələrin üzərində örtük sistemləri (ştor və
ya jalüzlar) olmalıdır.
-Otaqda havanın temperaturu 19-21 dərəcə,
havanın nəmliyi 62-55 optimal variant sayılır. [18,
s.174-178; 15, s.100-104]
İnformatika dərslikləri və metodik vəsaitləri
haqqında məlumat. Kurikulumun məzmun standart-
ları  əsasında hazırlanmış 1-4-cü siniflər üçün “İnfor-
matika” dərslik komplektinin bəzi xüsusiyyətlərini
qeyd edək. [4; 8; 7; 5]
Təlim materialları idrak taksonomiyasının
mərhələlərinə uyğun olaraq
qruplaşdırılmışdır.
(taksonomiya - sadədən mürəkkəbə doğru zəncirvari,


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 69 -
ierarxiya üzrə inkişafı  əks etdirən anlayışlar
sistemidir).

Qruplaşdırılmış təlim materialları fəal təlimin
mərhələləri üzrə yerləşdirilmişdir və şagirdə müstəqil
fəaliyyət üçün imkan yaradır.
Təlim materialları kurikulum sənədində
informatika fənni üzrə məzmun standartlarının
reallaşdırılmasını təmin edən fəaliyyət xətlərinə uyğun
hazırlanmışdır.
Dərslikdə hər mövzu üzrə təlim materialları
aşağıdakı ardıcıllıq və prinsiplə qruplaşdırılmışdır:
- mövzuya
başlayarkən
şagirdlərdə maraq
yaratmaq üçün gündəlik həyatda rast gəldiyimiz və-
ziyyət və hadisələr şəkillərlə təsvir edilir, motivasiya
yaradılır, onlara aid sual və tapşırıqlar verilir;
“Fəaliyyət” blokunda maraq yaradılan məqam-
ların araşdırılmasına, həmçinin bu hadisələrin səbəb-
nəticə  əlaqələrinin müəyyən olunmasına yönəlmiş
praktik fəaliyyət tələb edən tapşırıqlar verilir.
- fəaliyyət zamanı
aşkar edilmiş faktlar
ümumiləşdirilmiş bilik və məlumatlar formasında
“Bilik qutuları”nda verilir. Burada həmçinin mövzu


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 70 -
ilə bağlı yeni anlayışlar və onların izahatları təqdim
olunur;
- mövzuya aid bilik və bacarıqların tətbiqi
zamanı bəzi tapşırıqların yerinə yetirilməsi üçün
nümunələr verilir;
– qazanılmış bilikləri dərinləşdirmək və onları
yaradıcı tətbiq etmək üçün müxtəlif çətinlik dərəcəli
tapşırıqlar verilir;
– əldə edilmiş bacarıqlar didaktik oyunlar
vasitəsilə təkmilləşdirilir. Oyun forması ibtidai sinif
şagirdləri üçün çox maraqlı olduğundan müəllim üçün
vəsaitdə əlavə oyun nümunələri də təqdim edilir;
– dərslik komplektinə pulsuz əlavə olunan və
Təhsil Nazirliyinin rəsmi qrifi ilə təsdiq edilmiş
İNFO-KO  elektron  tədris  vəsaiti  sinifdə  və  evdə
müvafiq tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə
tutulur.    Müəllim üçün metodik vəsaitdə aşağıdakı
materiallar öz əksini tapmışdır:
dərslik komplektinin
mövzular üzrə strukturu; 
 fənn üzrə məzmun
standartlarının reallaşma cədvəli və illik planlaşdırma
nümunəsi;
fənlərarası inteqrasiya imkanları və digər
fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə