Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 52 -
İnformatika dərslərinin təşkili formaları.
Təlimin təşkili forması şagirdlərin fəaliyyətinin bu və
ya digər şəkildə təşkili deməkdir. Təlimin təşkilinin
aşağıdakı kimi formaları mövcuddur: [3]
-
dərs;
-
ekskursiya;
-
seminarlar;
-
ev tapşırıqları;
-
əlavə məşğələlər;
-
məsləhət saatları.
İnformatikanın tədrisinin təşkilinin əsas forması
dərsdir. İnformatikanın məktəbdə tədris edilən digər
fənlərdən fərqi bu dərslərdə kompüterdən istifadə
zərurətidir. İnformatika fənni kabinetindən istifadənin
üç əsas növü var – nümayiş, frontal laborator iş və
praktikum.
Praktikum qazanılan biliklərə  əsaslanır. Bu
təlim formasında müəllimin bilavasitə iştirakı olmur.
Hər bir şagird fərdi olaraq və ya qrup şəklində işi
yeinə yetirir. Bu əlamətə görə yəni şagirdin fəallığı
baxımından praktikumu dərsdən fərqləndirirlər.
Laborator iş zamanı didaktik məqsəd müəy-
yənləşir və qabaqcadan yerinə yetiriləcək əməliyyatlar
şagirdlərə təqdim olunur. Adətən informatikadan
laborator işlər eyni mövzu üzrə yerinə yetirilir,
müəllim isə  şagirdlərə yaxınlaşaraq onlara operativ


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 53 -
kömək göstərir. Əgər müəllim şagirdlərin
əksəriyyətinin eyni səhvə yol verdiklərini aşkar edirsə,
işi dayandıraraq ümumi şəkildə düzgün istiqamət
göstərə bilər.
Bundan başqa, informatika dərsləri üzrə ekskur-
siyalar təşkil etmək olar (nəşriyyatlara, idarəetmə
mərkəzlərinə, İKT üzrə keçirilən sərgilərə və s.).  Belə
ekskursiyalar şagirdlərə  ən müasir informasiya
texnologiyaları vasitələri ilə və  İT mütəxəssislərinin
işi ilə tanış olmaq imkanı verir. Ekskursiyalardan
sonra şagirdlər əldə etdikləri informasiya əsasında
reklam məhsulları, təqdimatlar, divar qəzetləri və s.
hazırlaya bilərlər ki, bu da onların biliklərinin
möhkəmlənməsinə səbəb olar. Ekskursiyalar zamanı
video çəkilişlərin aparılması xüsusilə məqsədəuy-
ğundur. Belə ki, bu, hesabatların hazırlanması və
ekskursiyaların əsasında müəyyən fikir mübadiləsinin
aparılması üçün faydalı ola bilər.  [18, s.120-121]
Ev tapşırıqlarının yerinə yetirilməsi dərs
prosesinin əsas tərkib hissəsi kimi həmişə diqqət
mərkəzində olmuşdur. Psixoloji fakt kimi sübut
olunmuşdur ki, öyrənilən material ilk sutka və hətta
ilk saatlardan sonra unudula bilər. Ev tapşırıqlarının
verilməsi də məhz bu zərurətdən yaranmışdır. Ev
tapşırıqlarını verərkən müəllim adətən şagirdlərin orta
bilik səviyyələrini nəzərə almalıdır. Q.Kleyn


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 54 -
tərəfindən müəyyən edilmişdir ki, zəif və güclü
şagirdlər ev tapşırıqlarını yerinə yetirərkən 1:6
nisbətində vaxt sərf edirlər: yəni zəif şagirdlərin 6
saata yerinə yetirdiyi işin öhdəsindən güclü şagirdlər 1
saata gəlirlər. Bu isə güclü şagirdlərin çox az
işləməsinə, zəif şagirdlərin isə yorulmasına səbəb ola
bilər. Bu uyğunsuzluğu aradan qaldırmaq müəllim ya
orta çətinlik səviyyəli tapşırıqları verməli, ya da
şagirdlərə differensiyasiyalı, yəni çoxvariantlı ev
tapşırıqlarını təqdim etməlidir. [18, s.120-123]
İnformatikanın təlimində dörd iş formasından
istifadə olunması məqsədəuyğun hesab edilir:
kollektivlə iş, qruplarla iş, cütlərlə iş və fərdi iş. Hər
bir iş formasından dərsin məqsədinə uyğun olaraq
istifadə edilir. Bu zaman sinifdəki mövcud vəziyyət,
şagirdlərin meyl və maraqları da nəzərə alınmalıdır.
Kollektivlə iş. Kollektivlə iş dərsin əvvəlində
və sonunda - motivasiya və nəticələrin çıxarılması
mərhələlərində daha çox istifadə olunur. Bu zaman
şagirdlərdə kollektiv işə alışmaq, bir-birlərilə ünsiyyət
yaratmaq bacarıqları formalaşır və inkişaf edir.
Qruplarla iş. Qruplarla iş dərsin əsasən,
tədqiqatın aparılması mərhələsində həyata keçirilir.
Şagirdlər 3-6 nəfərdən ibarət qruplarda  müəyyən
problemin həlli ilə məşğul olurlar. Bu zaman
şagirdlərdə diskussiya aparmaq, fikir mübadiləsi et-


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 55 -
mək, bir-birinin fikrini dinləmək, mühakimə yürütmək
bacarıqları inkişaf edir.
Cütlərlə iş. Dərsdə tədqiqatın aparılması
mərhələsində cütlərlə iş də tətbiq edilə bilər. Şagirdlər
cütlüklərdə işləyən zaman verilən tapşırıqları birgə
yerinə yetirirlər. Bu təlim forması  şagirdlərdə
əməkdaşlıq bacarığını inkişaf etdirir, məsuliyyət
hissini formalaşdırır.
Fərdi iş. Bu təlim formasından daha çox
şagirdlərin fəaliyyətini izləmək, potensial imkanlarını
üzə çıxarmaq və inkişaf etdirmək üçün istifadə edilir.
Fərdi iş  şagirdlərin sərbəst düşünmək qabiliyyətlərini
artırır, onlarda müstəqil olaraq tədqiqat aparmaq
bacarıqlarının formalaşdırır.
Nəzərdə tutulan bacarıqların formalaşdırıl-
masının ən real yolu təlim prosesinin mahiyyətcə yeni
prinsiplər əsasında – fəal təlim üsullarından istifadə
etməklə təşkil etməkdir. Fəal təlim şagirdlərin idrak
fəaliyyətinə  əsaslanan və təhsil prosesinin digər
iştirakçıları ilə  əməkdaşlıq şəraitində həyata keçirilən
təlimi nəzərdə tutur.
Fəal-interaktiv təlim – təlim prosesinin elə
təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən
rolundan imtina etməklə, yeni bir vəzifəni – bələdçi
(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Bu
cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə