Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 56 -
əvvəlcə problemin qoyulmasına imkan verən
motivasiya yaradılır. Nəticədə
tədqiqat
sualı
müəyyənləşdirilir. Həmin tədqiqat sualı problemin
həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə
şərait yaradır. Sonra problemin araşdırılması üçün
şagirdlər irəli sürülmüş fərziyyələrin doğruluğunu
yoxlamaq etmək üçün bilik mənbələrindən istifadə
etməklə tədqiqat işlərinə cəlb olunur. Alınan nəticələr
iş vərəqlərində qeyd edilir. İş vərəqlərində işlər
tamamlandıqdan sonra məlumat mübadiləsi aparılır.
Hər qrup öz tədqiqatlarının yekunları ilə sinfi tanış
edir. Məlumatlar sistemləşdirilərək ümumiləşdirilir.
Həmin ümumiləşmələr ilkin fərziyyələrlə müqayisə
olunur və nəticələr çıxarılır. Bundan sonra biliyin
tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu
kimi, fəal – interaktiv təlimdə  şagirdlərdə məntiqi,
tənqidi və yaradıcı təfəkkürünün inkişafı qayğısına
qalınır, təlim prosesinə tədqiqat xarakteri verilir.
Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti
yaradıldığından şagirdlərin yüksək fəallığı təmin
olunur.
Qruplara bölünməni şagirdlər üçün könüllü
yerinə yetirərkən onlar öz dost və yoldaşları ilə birgə
işləməyə üstünlük verirlər. Şagirdlərdə müxtəlif sosial
bacarıqları
formalaşdırmaq məqsədilə qruplara


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 57 -
bölünməni fərqli üsullarla aparmaq lazmdır. Məsələn,
 Rənglərlə. Müəllim 4–5 ədəd (qrupların sayı
qədər) müxtəlif rəngdə olan kağızları 4–6 (hər qrupda
olacaq uşaqların sayı qədər) yerə bölür. Bütün
kağızlar qarışdırılıb bir zərfin içinə qoyulur. Şagirdlər
bir-bir rəngli kağız parçalarını götürürlər. Eyni rəngli
kağız götürmüş  şagirdlər bir qrupa yığılır. Rəmzi
olaraq qrupun adını rəngin adı ilə də adlandırmaq olar.
 Rəqəmlərlə.  Bütün şagirdlərə 1-dən 5-ə kimi
saymaq tapşırılır. Bütün “1”-lər, “2”-lər və s. bir
qrupa yığılır. Bu qrupların adlarını saydıqları  ədədlə
də adlandırmaq olar.
 Sinif jurnalı üzrə. Sinif jurnalında ardıcıl və yaxud
müəyyən qanunla (hər 5 nəfərdən bir və s.) uşaqlar
hər birində 4–6 şagird olmaqla qruplara yığıla bilər.
 Sosiometrik. Əvvəlcə qrupların sayı qədər uşaq
seçilir. Bu uşaqların hər biri öz qrupuna bir uşaq seçir.
Hər yeni seçilmiş uşaq öz qrupu üçün də bir uşaq
seçir. [5]
İnformatika dərslərinin tipləri. Dərsi müxtəlif
əlamətlərə görə təsnif etmək olar – didaktik məq-
sədlərə, tətbiq edilən metodlara, tədris fəaliyyətinin


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 58 -
təşkil ediməsinə görə və s. Didaktik məqsədlərinə
görə dərsin aşağıdakı tipləri var:
·
yeni bilik verən dərs;
·
bilik və bacarıqların formalaşdırılması
dərsi;
·
biliklərin təkrarı və ümumiləşdirilməsi
dərsi;
·
yoxlama dərsi;
·
mürəkkəb (qarışıq) dərs.
Dərsə verilən tələblər 2 qrupa bölünür- ənənəvi
tələblər, müasir tələblər. [3]
Ənənəvi tələblərə dərsin psixoloji və məntiqi
cəhətdən tam olması, dərsdə  şagirdlərin fəallığının
tam təmin olunması, müxtəlif üsul və vasitələrdən
istifadə edilməsi, kollektiv və fərdi işin uzlaşdırılması,
vaxtdan səmərəli istifadə və s. daxildir.
Müasir tələblərə isə dərsdə yüksək nəticə  əldə
edilməsinə yönəldilən tədris fəaliyyətinin təşkili,
dərsin quruluşunun aydın olması, əsas didaktik vəzi-
fənin – yəni təlim materialının şagirdlərin başa düşə-
cəyi səviyyədə izahı, şagird fəallığı və şüurluluğunun
təmin edilməsi, humanizm, əyanilik prinsiplərinin
təmin edilməsi və s. aiddir.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 59 -
Hər bir dərs tipi özünəmxsus quruluşa malikdir.
Dərsin tipindən asılı olaraq onun quruluşu dəyişir.
Yeni bilik verən dərs məktəbdə  ən geniş
yayılmış dərs tiplərindən biridir. Burada məqsəd
şagirdlərə yeni bilik verməkdən ibarət olduğu üçün o,
yeni bilik verən dərs adlanır. Bu dərsin quruluşu
aşağıdakı kimidir:
1.
Sinfin təşkili.
2.
Keçilən materialın soruşulması.
3.
Şagirdlərdə yeni mövzu ilə bağlı motivasiyanın
yaradılması.
4.
Yeni mövzunun mənimsədilməsi.
5.
Yeni mövzu üzərində iş vasitəsilə onun
möhkəmləndirilməsi.
6.
Dərsin yekunlaşdırılması və ev tapşırıqlarının
verilməsi.
Bilik və bacarıların formalaşdırılması
dərsində adətən bir neçə didaktik məqsəd olur –
bunlar keçilən materialın təkrarı və yeni materialın
öyrədilməsi, biliklərin praktik tətbiqinin təşkili,
bacarıq və vərdişlərin formalaşdırılmasına  nəzarət və
korreksiyadır. Belə dərslərin quruluşu bir-birindən
kəskin fərqlənə bilər. Bu tip dərslərdə müəllim


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 60 -
şagirdlərin tədris fəaliyytinin təşkili üçün böyük
təşkilati və idarəedicilik fəaliyyətini yerinə yetirir,
çünki şagirdlər müxtəlif səviyyədə bacarıq və
vərdişlərə malik olurlar. Belə dərs tipinə kompüterlə
işin öyrədilməsi dərslərini aid etmək olar.
Biliklərin təkrarı və ümumiləşdirilməsi
dərsində əsasən iki didaktik məqsəd qarşıya qoyulur -
əsas tədris materialının mənimsənilməsi səviyyəsinin
ümumi şəkildə yoxlanılması və rüblük, illik və ya
ayrıca bölməyə aid  materialın təkrarı. Belə dərslərdə
müəllim tədris materialının ən vacib, başlıca
mövzularının üzərində dayanır, onları digər
mövzularla əlaqələndirir və s. Məsələn, kompüter t.v.-
nin öyrədilməsi üçün belə bir dərsdə istifadə oluna
bilən aşağıdakı cədvələ baxaq.
Funsiya
insan
kompüter
Informasiyanın
saxlanması
yaddaş
Yaddaş
qurğuları
Informasiyanın
emalı
Beyin, düşünmək
prosessor
Informasiyanın
qəbulu
Hissiyyyat
orqanları
Daxiletmə
qurğuları
Informasiyanın
ötürülməsi
Danışıq dili,
hərəkət orqanları
Çıxış qurğuları


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə