Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 47 -
yaddaşında və ya proqramda qabaqcadan tərtib
edilmiş materiala əsaslanır.
İnformatika dərslərində tətbiq edilən metodların
bəzi cəhətlərin qeyd edək. Təlimin ilk illərində
klaviatura və mausla işi öyrədərkən reproduktiv
metodlardan istifadə etmək səmərəlidir. Müəllim
şagirdlərin hər birinə yaxınlaşaraq onlara əllərini
düzgün qoymağı öyrətməlidir. Bu zaman müəllim
lokal şəbəkə vasitəsilə  şagirdlərin hər birinin işinə
nəzarət edə bilər və ya proyektorla öz işini nümayiş
etdirər.
İnformatikadan təlim metodlarının səmərəli
seçilməsi bir sıra şərtlərdən asılıdır  – müəllimin
nəzəri və praktik hazırlılığı, şagirdlərin real dərkemə
qabiliyyəti, mövcud əyani vəsait, texniki avadanlıqlar,
materialın öyrənilməsinə ayrılan vaxt və s.
Diferensial təlim üsulları təlim materialını
müxtəlif qavrama və düşüncə tərzinə malik olan
şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək
üçün tətbiq olunan təlim üsullarıdır. Diferensial təlimi
proses kimi başa düşmək lazımdır. Yəni müəllim
şagirdlər üçün maksimum səmərəli şərait yaratmaqdan
ötrü təlimin diferensiallaşması üzərində çalışmalıdır.
[4]
Təlimin diferensiallaşması zamanı müəllim bu


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 48 -
üsullardan istifadə edə bilər:
1) yeni mövzunu təqdim edərkən həm şifahi
üsuldan, həm də  əyani vasitələrdən istifadə edir (eyni
zamanda danışır və göstərir);
2) kiçik qrup halında şagirdlərlə ayrıca görüşür
və onlara təkrar izahat verir (bu üsulun tətbiqinə sinfin
güclü şagirdlərini də cəlb etmək olar);
 3) oxu üçün nəzərdə tutulan materialı bir mətn
şəklində yox, bir neçə mətn şəklində hazırlayır ki,
müxtəlif oxu qabiliyyəti olan
şagirdlər oxu
fəaliyyətinə cəlb oluna bilsinlər;
4) şagirdlərin ehtiyaclarından asılı olaraq onlara
manipulyativ alətlər verir;
5) öyrəndiklərini və bacardıqlarını nümayiş
etdirmək üçün müxtəlif yollar təqdim edir: məsələn,
süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi
cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər
üçün qrup və ya fərdi qaydada işləmək üçün şərait
yaradır;
6) şagirdlərin müxtəlif öyrənmə üslublarını
nəzərə alaraq onlar üçün fərdi şəraitin yaradılmasına
çalışır: tək oturmağı sevən tək oturur, qrupda işləməyi


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 49 -
xoşlayan qrupda işləyir və daim bu qrupun üzvü olur
və s. [7]
Hər bir şagird fərdi keyfiyyətlərindən asılı
olaraq tədris materiallarını müxtəlif cür qavrayır.
Buna baxmayaraq, təhsilin əsas məqsədi bütün təhsil
alanların müəyyən ictimai status qazanması və öz
sosial əhəmiyyətini təsdiq etməsidir.
İnklüziya
sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə
inam yaratmaqla, onlara digər yaşıdları ilə eyni
məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır. 

Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət və
yardıma böyük ehtiyacları var. Onların qabiliyyət-
lərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacib
amildir. İnklüziya təkcə fərqli inkişaf xüsusiyyətləri
olan uşaqlara deyil, həmçinin digər xüsusiyyətləri ilə
yaşıdlarından fərqlənən
uşaqların da yuxarıda
sadalanan məqsədlərə çatmalarına yardım edir. Onlar
başqa dildə danışan, başqa mədəniyyətə malik, fərqli
həyat tərzi sürən, təhsilə müxtəlif maraq göstərən və
müxtəlif qavrama qabiliyyəti olan uşaqlar da ola
bilərlər. Belə uşaqlarla
işləyərkən müəllim
informasiyanı onlara müxtəlif forma və variantlarda
çatdırmağa çalışmalıdır. 
 Yeni təlim prinsipləri
imkanları məhdud olan
uşaqların ümumi təhsil
mühitinə inteqrasiya etmələrini və ümumi proqram


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 50 -
əsasında təhsil almalarını tələb edir. İnklüziv təlimin
əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil
edir. Belə ki, təlim hər bir uşağa məxsus tələbatların
ödənilməsi zəminində təşkil olunmalıdır. Hər bir
şagird təlimdə uğur qazanması üçün tələb olunan psi-
xoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.
İnformatika dərslərində inklüzivliyin aşağıdakı
vasitələrlə təmin olunması nəzərdə tutulur: [7]
 
bütün  dərslərdə  diskussiya,  müsahibə,
didaktik oyunlardan və fərdi, cütlərlə və qrup işi
formalarından istifadə etməklə interaktiv təlim
vasitəsilə şagirdlərin fəallığı təmin edilir;
 müəllimin məqsədindən asılı olaraq, bəzi
strategiyalar istisna olmaqla, şagirdləri cütlərə və
qruplara “qabiliyyətlərinə” görə deyil, elə ayırmaq
lazımdır ki, hər bir qrupda təlim nəticələri müxtəlif
olan şagirdlər iştirak etsinlər;
 müəllim fərdi və cütlərlə aparılan tədqiqat
işləri zamanı fərqli inkişaf xüsusiyyətlərinə malik
uşaqlara xüsusi yardım göstərir;
 müəllim  qrup
işlərində fərqli inkişaf
xüsusiyyətlərinə malik uşaqların ümumi diskussiya və


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 51 -
müzakirələrə fəal qoşulmalarını təmin edir;
 müəllim  fərqli inkişafa malik uşaqlara
tapşırıqlar verərkən çalışmaların çətinliyinə diqqət
yetirib, diferensial yanaşma prinsipini gözləyir;
 özünüqiymətləndirmə və formativ qiymət-
ləndirmə zamanı meyarlar elə müəyyən edilir ki,
şagirdlərdə qiymətləndirmə ilə bağlı stresslərin əmələ
gəlməsinin
qarşısını alınsın. Fərqli
inkişaf
xüsusiyyətlərinə malik uşaqların qiymətləndirməsi
prosesində müəllimin onlara xüsusi münasibətinin
böyük əhəmiyyəti var.
Tədqiqatlar göstərir ki, xüsusi qayğıya ehtiyacı
olan şagirdlərin bir çoxu üçün “eksplisit” təlim
metodları olduqca əhəmiyyətlidir. Eksplisit təlim üç
mərhələdən ibarətdir:
–  dərsin mövzularının təqdim edilməsi;
–  materialın birbaşa öyrədilməsi və dərsin
məzmununun modelləşdirilməsi;

şagirdlərə təcrübə toplamaq imkanının
yaradılması (istiqamətləndirilmiş, praktiki iş). [7]


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə