Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 27 -
digər mühüm bir məqsədin – başqa fənlərdən alınmış
bilik və bacarıqların möhkəmləndirilərək fərqli
kontekstdə – sistemli yanaşma tərzi ilə tədrisi mühüm
əhəmiyyət kəsb edir.
İnformatika fənni uşaqlarda dünyanın sistemli
şəkildə dərkedilmə vərdişlərini, müxtəlif hadisələr
arasında mövcud olan əlaqələrin başa düşülməsini,
alqoritmik düşüncə tərzini və s. formalaşdırır. Tədris
prosesinin özünə də informasiyanın qəbulu və
emalolma prosesi kimi yanaşılır.
“İNFO-KO” elektron tədris vəsaiti müxtəlif
fənlərə aid tapşırıq və çalışmaları  əhatə etməklə,
“İnformatika” fənninin inteqrativ xarakterini bir daha
nümayiş etdirir. Sistemli təfəkkürün səviyyəsi, əsasən,
informasiyanın operativ emal olunması və onun
əsasında düzgün qərarların qəbul edilməsi ilə
müəyyənləşir. Təfəkkürü isə məqsədyönlü şəkildə elə
inkişaf etdirmək lazımdır ki, şagirdlərdə tədricən
sistemli yanaşma tərzi ilə müzakirə etmək və tədqiqat
aparmaq bacarığı formalaşsın. [7]
Təhsil prosesində  şagirdlərin “İnformatika”
fənnindən qazanıb gündəlik həyatlarında tətbiq edə
biləcəkləri bilik, bacarıq və vərdişlər digər fənlərin,
həm də onların əhatə etdikləri mövzuların əlaqəli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 28 -
inteqrativ şəkildə tədrisini tələb edir. Dərslik
komplektlərində təqdim edilən fənlərarası inteqrasiya
cədvəllərində “İnformatika” fənni üzrə mövzuların
tədrisi prosesində digər fənlərin məzmun standart-
larında əks olunmuş bacarıqları ilə inteqrasiya
imkanları əks edilmişdir.
İbtidai siniflərdə informatikanın tədrisinin
əsas prinsipləri.
Prinsip latın sözündən
götürülmüşdür, əsas ideya, başlıca tələb deməkdir.
Pedaqoji ədəbiyyatlarda təlimin prinsipləri təlimin
səmərəliliyini artıran başlıca tələb kimi şərh edilir.
İbtidai siniflərdə informatika dərslərində aşağıdakı
prinsiplər əsas götürülmüşdür:
-Elmilik – Bu prinsip fənnin məzmununda
elmin inkişaf mərhələlərini müəyyən edir və
şagirdlərin başa düşəcəyi ideyaları aydınlaşdırmağı
zəruri sayır. Bu prinsipə  əməl edilməsi şagirdləri
mənbələri təhlil etmək, nəticə çıxarmaq, biliyini daim
artırmaq yollarını müəyyən etmək səriştəsi ilə
silahlandırır.
Həyati əhəmiyyətlilik.  Tədris  edilən  hər  bir
mövzu həyatla əlaqələndiriləndə səmərəli olur.
Müəllim isə öz növbəsində keçilən mövzunun
məzmunundan asılı olaraq dünyada və öz ölkəmizdə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 29 -
mövcud olan sosial-iqtisadi və mədəni-siyasi
hadisələrə, faktlara müraciət etməlidir. İbtidai siniflər
üçün informatika fənni mövcud elmin müvafiq yaş
kateqoriyasına uyğunlaşdırılmış versiyası deyil. Bu
fənn şagirdlərdə  ətrafımızdakı informasiyalardan
yararlanmağı və  İKT-dən düzgün istifadə bacarığını
formalaşdırır. 
  Təlimin bu prinsipi aşağıdakıları
diqqət mərkəzində tutmağı vacib sayır:
- təlim materialının öyrənilməsinin həyatla
hansı istiqamətdə əlaqələndirilməsi aydın olmalıdır;
- təlimin həyatla əlaqəsi zamanı  şagirdlərin
maraqları nəzərdən qaçırılmamalıdır – yəni  yuxarı
sinif şagirdinə maraqlı olan məlumat 1-ci sinif şagirdi
üçün maraqlı və faydalı olmaya bilər;
- təlimin həyatla bağlılığında müasirlik
olmalıdır – yəni informatika dərsində daha çox son
nəsil texnologiyalardan (məsələn, kompüterin RAM
yaddaşının tutumu, hard diskin həcmi və s.), İKT
sahəsindəki yeni innovasiyalardan danışmaq lazımdır.
Şəxsiyyətyönümlülük. Bu prinsipə görə,
kurikulumların tərkibində olan təlim standartları,
strategiyaları və qiymətləndirmə mexanizmləri şagird
şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 30 -
əsasında yaranan keyfiyyətlərin
formalaşmasına
yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar
(səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədə-
niyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü
təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya
bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş
ümumi nəticələrə uyğun səviyyənin (kompetensiya,
keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun
səviyyənin) əldə edilməsidir. İnformatikadan tərtib
edilmiş tapşırıqlar əsasən şagirdlərin real həyatda
qarşılaşdıqları situasiyalarla birbaşa bağlıdır. Ona
görə də verilən bütün təlim materialları şagirdin
özündən qaynaqlanır. Nəticədə 
şagird təlim
materiallarını “özününküləşdirir”.
Nəticəyönümlülük
- yeni kurikulumların
hazırlanmasında nəzərə alınmış əsas prinsiplərindən
biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş
bacarıqlardan ibarət zəruri məzmun nəticələr
formasında verilir.
Mövzunun “kəşf edilməsi”.  İnformatikanın
əsas anlayışlarının mənimsənilməsi və informasiya
texnologiyalarından istifadə vərdişlərinin formalaş-
dırılması şagird tərəfindən müəyyən bacarıqların
reallaşdırılması ilə həyata keçirilir. Başqa sözlə,


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 31 -
şagird praktik fəaliyyət nəticəsində yeni bilik, bacarıq
və vərdişləri özü əldə edir. Dərsliklərdə bütün
mövzular üzrə müzakirə və diskussiya üçün tədqiqat
sualları, tədqiqat
işi üçün materiallar, yaradıcı
tətbiqetməni nəzərdə tutan sual və çalışmalar verilir.

Bu prinsip şagirdlərin şüurluluq və fəallıq prinsipi ilə
sıx bağlıdır. Təlimin müasir sistemi müəllimin
rəhbərliyi əsasında şagirdlərin fəallığına söykənir.
Şüurluluq özünü bir neçə  əlamətdə göstərə bilər –
şagirdin öz biliyini sübutlarla izah etməsi, biliyi tətbiq
edə bilməsi, öyrəndiklərini tətbiq edə bilməsi, nəticə
çıxara və təhlil apara bilməsi və s.
IV.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi
1.
Tədrisdə qiymət və qiymətləndirmə.
2.
İlkin səviyyənin qiymətləndirilməsi.
3.
Formativ qiymətləndirmə.
4.
Summativ qiymətləndirmə.
Tədrisdə qiymət və qiymətləndirmə. Azər-
baycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-
cü il tarixli 792 nömrəli əmri ilə 
 məktəbdaxili
qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə