Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 17 -
aşılanır. [2]
Azərbaycan kurikulum sisteminə 2006-cı il 30
oktyabr tarixində keçdi. Milli Kurikulum dedikdə
təhsilin pillələri və fənlər üzrə ümumi təlimin
nəticələrini əks etdirən sənəd başa düşülür. Fənn
kurikulumu isə siniflər üzrə təlimin nəticələrini əks
etdirən sənəddir. Fənn kurikulumlarında ümumi təhsil
üzrə təlim nəticələri və məzmun standartları, ümumi
təhsilin hər bir pilləsində nəzərdə tutulan fənlər,
həftəlik dərs və dərsdənkənar məşğələ saatları,
pedoqoji prosesin təşkili, təlim nailiyyətlərinin
qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər
öz əksini tapır. Milli Kurikulum mədəni və sosial
həyatın qloballaşdığı, informasiya-kommunikasiya
texnologiyalarının rolunun artdığı müasir dövrdə hər
bir şəxsin istedad və qabiliyyətinin nəzərə alınaraq,
müstəqil qərarlar qəbul etməsi üçün onun lazımi bilik
və bacarıqlara malik olmasına, onun ahəngdar
şəxsiyyət kimi formalaşmasına yönəlmişdir. Milli
Kurikulum hazırlanarkən aşağıdakı prinsiplər əsas
götürülmüşdür:
· tələbyönümlülük;
· nəticəyönümlülük;
· şagirdyönümlülük;


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 18 -
· inteqrativlik;
· milli və ümumbəşəri dəyərlərin nəzərə
alınması;
· şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqla
onun üçün əlverişli şəraitin yaradılması.
İbtidai siniflər üzrə məzmun standartlarının
paylanması. Dərslik komplektinin mövzular üzrə
strukturunu formalaşdırarkən bütün ibtidai təhsil
pilləsi üzrə alt standartlar təhlil edilmiş və tədris
prosesində məzmun standartlarının məzmun xətləri
üzrə nisbəti müəyyənləşdirilmişdir. 1-4-cü siniflərdə
informatika üzrə dörd məzmun xətti müəyyən-
ləşdirilmişdir: [2]
İnformasiya və informasiya prosesləri;
Formallaşdirma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma;
Kompüter, informasiya-kommunikasiya
texnologiyaları və sistemləri;
Cəmiyyətin  informasiyalaşdırılması.
 Üfüqi inteqrasiya prinsipini nəzərə alsaq, elə
mövzular var ki, müxtəlif məzmun xətləri üzrə bir
neçə bacarığın reallaşmasına xidmət edir və məzmun
xətləri üzrə mövzuların bölünməsi belədir: 1–4-cü


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 19 -
məzmun xətti üzrə 10 mövzu, 2-ci məzmun xətti üzrə
6 mövzu, 3-cü məzmun xətti üzrə isə 12 mövzu
müəyyən edilmişdir. Müəllimlər bu bölgü ilə “Fənn
üzrə məzmun standartlarının reallaşma cədvəli”ndə
ətraflı tanış ola bilərlər. 1-ci sinif şagirdlərində
reallaşdırılacaq 34 alt standartın 18-i kompüterdə
praktik bacarıqların formalaşdırılmasını nəzərdə tutur.
Bu məqsədlə məktəblərin kompüterlərlə təchizatını
nəzərə alıb 1-ci siniflər üçün yazılmış əvvəlki
dərslikdən fərqli olaraq kompüterdə praktik dərslər
üçün 9 saat ayrılması tövsiyə edilir. Lakin müəllim
mövzular üzrə bacarıqların reallaşdırılmasına ayrılan
saatları yerli şərait və bəzi subyektiv xüsusiyyətlərə
görə dəyişə bilər. [1]
İnformatika fənni üzrə ümumi təlim
nəticələri  [24]
İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə
şagird:
•eynicinsli obyektlər qrupunda əşyanı artıq
seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;
•hərəkətlər ardıcıllığında buraxılmış addımı
müəyyən edir;
•qanunauyğunluqları müəyyən edir və onların


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 20 -
əsasında modellər qurur;
•sadə riyazi al
qoritmlər
 və layihələr tərtib edir;
•kompüterdə sadə əməliyyatları icra edir;
•qrafik redaktorda rəsmlər çəkir, onları redaktə
edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə
edərək mozaikalar qurur;
•mətn redaktorunda sadə mətnlər yığır, redaktə
edir və onlara rəsmlər daxil edir.
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə
təlim nəticələri-
İnformasiya və informasiya prosesləri:
Şagird:
•ətraf aləmdəki informasiya proseslərinə aid
misallar göstərir, onları əlamətlərinə görə qruplaşdırır
və müqayisə edir;
•əşyalar arasında münasibətləri (oxşar, fərqli,
az, çox, ağır, yüngül, böyük, kiçik)  müəyyənləşdirir;
•informasiya, onun növləri, yaranma mənbələri
haqqında bildiklərini nümayiş etdirir;
•informasiya proseslərinə aid nümunə göstərir;
•informasiyanın   sadə  təsviri  üsullarını
nümayiş etdirir;
•həyatda, insanların fəaliyyətində informa-
siyaların alınması, saxlanılması və ötürülməsini sadə
misallar əsasında izah edir.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 21 -
Formallaşdirma, modelləşdirmə, alqorit-
mləşdirmə və proqramlaşdırma:
Şagird:
•obyektin və ya hadisənin sadə xarakterik
əlamətlərini müəyyənləşdirir, onları izah edir;
•ətraf  aləmin  obyektləri  haqqında  malik
olduğu  təsəvvürləri şərh edir;
•sadə obyektin  informasiya modelini qurur;
•verilmiş sadə məsələnin həlli alqoritmini yazır;
•hərəkətlər ardıcıllığını təsvir edır, buraxılmış
addımı müəyyən edir.
Kompüter, informasiya-kommunikasiya
texnologiyaları və sistemləri:
Şagird:
•kompüterlə davranmağı və sadə  əməliyyatları
necə icra etdiyini nümayiş etdirir;
•informasiya daşıyıcıları ilə necə işləməyi
nümayiş etdirir;
•mətn redaktorunda  sadə mətnlər hazırlayır;
•qrafik redaktorda  sadə təsvirlər yaradır.
Cəmiyyətin  informasiyalaşdırılması:
Şagird:
•informasiya resurslarını  əlamət və təyinatına
ğörə izah edir;
•internetin  əhəmiyyətini  və  
onun  tətbiq
sahələrini şərh edir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə