Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 32 -
edilmişdir (http://www.muallim.edu.az). 
 Metodik
vəsaitlərdə hər mövzunun sonunda formativ
qiymətləndirmə meyarları verilmişdir. Müəllim ilkin
qiymətləndirməni təqdim olunmuş cədvəl əsasında da
apara bilər. Lakin o, bu meyarlar əsasında 4 nailiyyət
səviyyəsinə uyğun rubriklər hazırlamalı və şagirdlərin
fəaliyyətinin nəticəsini rubrikə uyğun olaraq rum
rəqəmləri (I, II, III və IV) ilə qeyd etməlidir. 
Müasir
məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və
vəzifələrinə, növlərinə, xüsusiyyətlərinə, meyar və
göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir.
Müasir qiymətləndirmədə məzmun standartlarının
mənimsənilməsi,
şagirdin qazandığı dəyərlər
qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin
subyektiv rəyinə  əsaslanmır, təhsilin keyfiyyətinin
yüksəldilməsinə
yönəldilir, qiymətləndirmə
standartları  əsasında qurulur, daha obyektiv, dəqiq,
adekvat və sistemli həyata keçirilir. [4; 8; 7; 5]
Yeni ümumi orta təhsil proqramı (kurikulum)
nəticəyönümlülük prinsipi ilə hazırlandığına görə
şagirdlərin əldə etdikləri təlim nəticələrinin
qiymətləndirilməsi vacibdir. Çünki artıq şagirdin hər
hansı bir mövzunu dərslikdən əzbərləyib danışması
onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola
bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 33 -
məzmun standartlarından təlim nəticələrini
müəyyənləşdirməli və sonda bu təlim nəticələrini
meyarlarla ölçməyi bacarmalıdır. Şagirdlərin biliyinin
qiymətləndirilməsi üçün müəllim yoxlama yazı işləri,
test yoxlaması və s. kimi üsullardan istifadə edə bilər.
Yoxlama yazı işi adətən müəyyən bölmənin və
ya bəhsin şagirdlər tərəfindən hansı səviyyədə
mənimsədiklərini yoxlamaq məqsədilə aparılır.
Müəllim iki və daha artıq variantlarda yoxlama
işlərini təqdim edə bilər. Variantların sayı nə qədər
çox olarsa, həmçinin yoxlama mətnlərinin tərtibində
şagirlərin fərdi göstəriciləri və bilik səviyyələri nəzərə
alınarsa, bu, onların qiymətləndirilməsi üçün daha
yaxşı nəticə verər. [18, s.96-100]
Ev tapşırıqlarının yoxlanılması da şagird
biliyinin qiymətləndirilməsi zamanı istifadə olunan
üsullardan biri kimi qəbul edilə bilər. Məktəb
praktikasında şagirdlərin bir-birinin ev tapşırıqlarını
yoxlaması da tətbiq edilir. Lakin ibtidai siniflərdə -
xüsusən də 1-ci sinifdə  şagirdləri bu prosesə
hazırlamaq lazımdır.
Test yoxlaması üsulu artıq uzun müddətdir ki,
məktəblərdə müvəffəqiyyətlə tətbiq edilən yoxlama
üsuludur. Bu üsul 19-cu əsrin axırlarından başlayaraq


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 34 -
əvvəlcə  İngiltərədə, sonralar isə ABŞ-da tətbiq
edilməyə başlamışdı. İlk əvvəllər testlərdən yalnız
şagirdlərin psixofiziki xarakterini, səsə, yaddaşa və s.
reaksiyalarını müəyyən etmək üçün istifadə edilirdi.
1911-ci ildə alman psixoloqu V.Ştern insanın
intellektual inkişafını müəyyən etmək üçün ilk test
hazırlayır. Daha sonralar test üsulu məktəblərdə,
universitetlərdə, insanların işə qəbulunda və s.
sahələrdə geniş tətbiq edilməyə başlanır.
[18, s.115-
116]
Məktəblərdə istifadə olunan kompüter testləri
adətən 4 və ya 5 hazır cavabı olan suallardan ibarət
olur. Bu üsulun mənfi cəhəti ondan ibarətdir ki, şagird
bəzən əmin olmadığı cavabı təsadüfən seçir və yüksək
nəticə göstərir. Lakin test üsulu dərs prosesində
yüksək obyektivliyi, vaxtdan səmərəli istifadəni,
nəticələrin düzgün və riyazi üsullarla əldə edilməsini
təmin edir. İnformatika fənninin tədrisində test üsu-
lundan istifadə kompüterin köməyi ilə reallaş-
dırıldıqda daha effektiv nəticələr əldə oluna bilər.
Hər bir məktəbdaxili qiymətləndirmə növünün
üsul və vasitələri vardır. Qiymətləndirmə üsulu
dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi
nəzərdə tutulur. Qiymətləndirmənin məqsədindən asılı
olaraq üsul və vasitələr fərqli olur.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 35 -
Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik,
formativ və summativ kimi növlərə bölünür. [4, s.14-
17]
İlkin səviyyənin qiymətləndirilməsi (diaq-
nostik qiymətləndirmə). Diaqnostik qiymətləndirmə
şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin
müəyyənləşdirilməsinə və bunun əsasında hər bir
şagirdin potensial imkanlarını nəzərə alan təlim
strategiyalarının seçilməsinə xidmət edir. 
Diaqnostik
qiymətləndirmə  əsasən dərs ilinin, bəhs və ya
bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil
müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər
zəruri hallarda onun bilik və bacarıqları haqqında
məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və
təlim strategiyasını müəyyənləşdirmək məqsədilə
müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin
nəticələri sinif və formativ qiymətləndirmə jurnal-
larında qeyd olunmur, müəllimin qeyd dəftərində öz
əksini tapır.
 Diaqnostik qiymətləndirmə rəsmi xarak-
ter daşımır, rəqəmdən istifadə olunmur, nəticələr
müəllimin şəxsi qeyd dəftərində əks olunur.
Diaqnostik qiymətləndirmədə istifadə olunan
üsul, vasitələr və  şagird fəaliyyətinin növləri
bunlardır: [4; 5]


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 36 -
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini
müşahidə əsasında qiymətləndirir);
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən
gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli);
Müsahibə (Şifahi yoxlama);
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq
hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama
zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin
yazıldığı vərəq);
Mövzu üzrə müxtəlif insanlardan müsahibə
götürmək;
Tapşırıqvermə;
Çalışmalar;
Praktik çalışmaların,
tapşırıqların yerinə
yetirilməsi;
Valideynlərlə və digər fənn müəllimləri ilə
söhbət;
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə
və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış
vərəq);


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə