Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 71 -
gündəlik
planlaşdırmaya dair nümunələr; 
 hər
paraqraf üzrə qruplaşdırılmış təlim materiallarının
dərslik səhifələrinin kiçildilmiş surətləri üzərində
sxematik təsviri;
hər paraqrafda qruplaşdırılmış təlim
materialları üzrə iş texnologiyasının şərhi; 
 dərsin
təlim məqsədlərinin reallaşdırılması ilə bağlı daha çox
diqqət yetiriləsi məsələlər; 
 informatika fənn
kurikulumunun tələblərinin
reallaşma mexanizm-
lərinin şərhi və  əsaslandırılması; şagird nailiyyət-
lərinin qiymətləndirilmə prinsipləri və formaları; 

müxtəlif mövzular üzrə uşaqların fəallığını artırmaq
üçün dərslikdə verilməyən əlavə didaktik oyunlar; 

müəllimlər üçün mövzu üzrə müasir elmi baxışlara və
texnologiyalara dair qısa məlumatlar;müəllimin
istifadə edə biləcəyi mənbələr.
I sinif dərslik komplektinin mövzular üzrə
strukturu belədir: [4]
I sinifdə 4 tədris vahidinin öyrədilməsi nəzərdə
tutulur:
I- Əşyaların təsviri və müqayisəsi;
II- Hadisələr və hərəkətlər ardıcılllığı;
III- İnformasiya;


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 72 -
IV – Kompüter.
Hər bir tədris vahidi (t.v.) üzrə müvafiq
mövzular öyrədilir. “Əşyaların təsviri və müqayisəsi”
t.v. -də əşyanın rəngi və forması, hissələri və hərəkəti,
yuxarı, aşağı, sağ, sol və s.,  “Hadisələr və hərəkətlər
ardıcılllığı”  t.v.-də əvvəl-sonra, əks əlamətlər, məntiq
bölməsi doğru və yalan, “Informasiya” t.v.-də
informasiya nədir, hardan alırıq, necə ötürülür və s.,
“Kompüter” t.v.-də kompüter nədir, işə necə başlamaq
olar, kompüterdə  şəkil çəkmək, yazı yazmaq və s
mövzuları keçilir.
II sinif dərslik komplektinin mövzular üzrə
strukturu belədir: [8]
I.
Obyekt və obyektlər qrupu;
II.
İnformasiya;
III.
Alqoritm;
IV.
İnformasiya texnologiyaları.
“Obyekt və obyektlər qrupu” t.v.-də “Obyekt
nədir”, “Oxşar əlamətlər”, “Qruplaşdırma”, “Fərq-
ləndirici əlamətlət”, “Tapmacalar”, “İnformasiya”
t.v.-də informasiyanın növləri, alınması, təqdim


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 73 -
olunması, saxlanılması və ötürülməsi, “Alqoritm” t.v.-
də hərəkətlər və hadisələr ardıcıllığı, alqoritm və onun
icrası, doğru və yalan mülahizələr, qeyri-müəyyən
mülahizələr,  ən sadə və qısa yol, “İnformasiya
texnologiyaları”  t.v.-də kompüter və onun hissələri,
kompüter sinfində davranış qaydaları, mətn və qrafik
redaktorlar, kalkulyator proqramı ilə iş mövzuları
öyrədilir.
III sinifdə aşağıdakı t.v. və mövzular öyrədilir:
[7]
I.
İnformasiya;
II.
Alqoritm;
III.
Kompüter.
“İnformasiya” t.v.-də informasiyanın
kodlaşdırılması, informasiya prosesləri, rebusların
həlli, informasiyanın işlənməsi, “Alqoritm” t.v.-də
obyektlər qrupu, hamısı, heç biri, bəzi sözləri, fərqli
əlamətlər, qanunauyğunluqlar, “Kompüter” t.v.–də
kompüterin iş masası, Paint proqramı ilə iş, Word Pad
proqramı, kompüterdə hesablamaların aparılması kimi
mövzular öyrədilir.
IV sinifdə informasiya prosesləri, alqoritm və


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 74 -
kompüterdə iş t.v. üzrə: [5]
1) texnikada informasiyanın emalı, informasiya
texnologiyaları, elektron poçt və internet;
2) əlamətlərin cədvəl şəklində təsviri, qrup və
altqrup, məntiqi mühakimələr və s., budaqlanan və
dövrü alqoritmlər;
3) qrafik redaktorun alətləri, simmetrik fiqur,
mozaika və mətnli şəkillərin çəkilməsi, mətnlərin
yığılması, nizamlanması, çapa hazırlanması öyrədilir.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 75 -
İTM-in tədrisinin  xüsusi məsələləri
VIII.
İnformatikanın əsas anlayışlarının
öyrədilməsi metodikası
1.
İnformasiya anlayışının daxil edilməsinə
subyektiv yanaşma.
2.
İnformasiyanın ölçülməsi anlayışının öyrədil-
məsinə kibernetik yanaşma.
3.
İnformasiya və entropiya.
Informasiya anlayışı informatikanın əsas
anlayışıdır. Bu anlayış  şagirdlərə 1-ci sinifdən
başlayaraq bütün informatika kursu boyunca öyrədilir.
2-ci sinifdə informasiyanın növləri – qoxu, dad,
vizual, səs və taktil informasiya haqqında məlumat
verilir. Bir çox mütəxəssislər (məsələn, A.P.Yerşov)
informasiya anlayışına tərif vermirlər (əsas anlayış
olduğuna görə). Bu həm də onunla əlaqədardır ki, bu
anlayış bütün elmlər üçün fundamental olan üç
anlayışdan biridir – enerji, materiya və informasiya.
İnformasiyaya verilən müxtəlif təriflərə nəzər salaq:
[15, s. 111-116]


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 76 -
Informasiya insanın bütün həyatı boyu onu
təqib edir. Bu məlumatlar vasitəsilə insan ətraf aləmi
dərk edir. Məişətdə informasiya dedikdə kimin üçünsə
maraqlı olan məlumat, bilik və s. başa düşülür.
Məlumat nə qədər maraqlıdırsa, o qədər çox miqdarda
informasiya daşıyır.
İnformasiya ixtiyarı simvollar ardıcıllığı və ya
sözlərdir.
İnformasiya ətraf aləmin simvollar, işarələr
vasitəsilə təsviridir.
İnformasiya məlumatın, yaddaşa gələn
siqnalların məzmunudur, həmçinin xəbər, siqnal və
yaddaşda olan məlumatlardır.
İnformasiyanın növlərini aşağıdakı kimi cədvəl
şəklində göstərmək olar:
İ.Q.Semakin informasiya anlayışının
öyrədilməsi üçün iki cür yanaşma təklif etmişdir:
vizual
səs
dad
qoxu
taktil
Kitabdakı
yazı
Suyun
şırıltısı
Şirin  -
acı
Çiçəyin
ətri
hamar
Televiziya
verilişi
……
Telefon
zəngi
…….
Isti-
soyuq
…….
Xörəyin
qoxusu
………
Kələ-
kötür
……..


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə