Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 61 -
Belə cədvəlləri tərtib edərkən müəllim
ümumiləşdirmə və sistemləşdirmə metodlarından
istifadə edərək, ümumiləşdirmə zamanı nəyin əsas
götürüldüyünü müəyyən etməli, şagirdlərə  əvvəlcə
bir-birindən fərqli, sonra isə oxşar situasiyalarla bağlı
çalışmalar verməlidir.
Yoxlama dərsinin məqsədi şagirdlərin bilik
səviyyələrini üzə çıxarmaq, onların kompüterdə iş
vərdişlərinə necə  yiyələndiklərini müəyyən etmək və
s.-dir. Bu dərslərin təxmini quruluşu belədir: [3]
1.
Dərsin məqsədi aydınlaşdırılır.
2.
Yoxlama işinin məzmunu ilə tanışlıq.
3.
Yoxlama tapşırığının yerinə yetirilməsi.
4.
İşin icrasına nəzarət.
5.
Yoxlamanın yekunlaşdırılması.
6.
Ev tapşırığının verilməsi.
Mürəkkəb dərslərdə həm keçmiş, həm də yeni
mövzuya vaxt ayrılır. Belə dərslərin təxmini quruluşu
belədir. [3]
7.
Ev tapşırıqlarının yoxlanılması.
8.
Keçmiş mövzunun soruşulması.
9.
Keçmiş mövzu ilə yeni mövzu arasında
əlaqənin yaradılması.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 62 -
10.
Yeni mövzunun izahı.
11.
Yeni mövzu üzərində iş.
12.
Dərsin yekunu və ev tapşırıqlarınn verilməsi.
Fəal dərs hazırda tədris prosesində ən çox tətbiq
olunan
dərs tipidir. Bu dərs tipi aşağıdakı
mərhələlərdən ibarətdir:
1.
Motivasiyanın yaradılması və tədqiqat
sualının qoyuluşu;
2.
Tədqiqatın aparılması;
3.
Məlumat mübadiləsi və müzakirəsi;
4.
Ümumiləşdirmə və nəticə;
5.
Yaradıcı tətbiqetmə;
6.
Qiymətləndirmə.
Pedaqoji fəaliyyətdə göstərilən dərs tiplərindən
başqa, xeyli sayda qeyri-standart dərs tipləri də
mövcuddur. Onlara misal olaraq, işgüzar oyunlar
dərsi, yarış dərsləri, səhnələşdirilmiş teatr dərsləri,
kompüter dərsləri, ekskursiya dərsləri, hazırcavablar
dərsləri, yaradıcı-hesabat dərsləri, konfrans dərsləri və
s. göstərmək olar. Xüsusən interaktiv dərslərin
müxətlif model və formalarından son zamanlar çox
istifadə olunur. Onlardan bilik mübadiləsi, nömrə-
lənmiş iştirakçılar, ekspertlər, televizor, burulğan,


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 63 -
dialoq-mübahisə, debat və s. modellərini və tənqidi
təfəkkürü formalaşdıran, münaqişə həlli vərdişlərini
inkişaf etdirən, metoforik (emosional-obrazlı)
təfəkkürü inkişaf etdirən və s. formaları göstərmək
olar. Qeyri-standart dərslərdən biri olan
Bilik
mübadiləsi dərsini nəzərdən keçirək.
Bilik mübadiləsi – mənbələrin öyrənilməsinə
həsr olunan dərs modelidir. Bu dərs şagirdlərdə
tədqiqatçılıq fəaliyyətini formalaşdırır.
Dərsin sxemi:
1.
Təlimatlandırma – müəllim sinfi bir neçə kiçik
qrupa bölür və qruplardan hər birinə bir sual və ya
tapşırıq verir.
2.
Tədqiqat – hər qrup öz sualını mənbələr üzrə
araşdırır və bütün sinif üçün izahat hazırlayır.
3.
Bilik mübadiləsi – qruplar növbə ilə çıxış edir.
VI –VII. İnformatika tədrisinin vasitələri
1.
İnformatika tədrisində vasitələr sistemi.
2.
Kompüter və kompüter sinifləri.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 64 -
3.
Kompüter siniflərində dərs zamanı təhlükəsizlik
texnikası.
4.
İnformatika dərslikləri və metodik vəsaitləri
haqqında məlumat.
İnformatika tədrisində vasitələr sistemi.
İnformatika tədrisində aşağıdakı vasitələr sistemindən
istifadə olunur:
- kompüter və kompüter sinifləri;
- informatika kursunun proqram-metodik
təminatı;
- tədris, nümayiş materialları;
- telekommunikasiya sistemləri, internet
bağlantısı vasitələri və digər lokal şəbəkələr;
İnformatika kursunun proqram-metodik
təminatına dərsliklər, müəllim üçün metodik vəsaitlər,
iş dəftərləri, informatika üzrə  əlavə kompakt-disklər
və s. daxildir. [10, s.14-16; 18, s.118-125]
Stolüstü FK-lərin əsas hissələrinə aşağıdakılar
daxildir:
-   sistem blok;
-   monitor və ya displey;
-   klaviatura.
     
Əlavə  olaraq,  kompüterə  müxtəlif  periferiya
qurğuları qoşula bilərlər: mouse, printer, skaner, xarici


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 65 -
modem,  səs gücləndiricilər, rəqəmli kamera, coystik
və s.
Kompüter və kompüter sinifləri. İnformatika
dərsləri xüsusi otaqlarda – kompüterlə təchiz olunmuş
kompüter siniflərində keçirilməlidir. Kompüter sinfi
və ya informatika kabineti dedikdə  şagirdlərin və
müəllimin xüsusi iş yerlərindən, birgə istifadə üçün
nəzərdə tutulmuş lokal şəbəkələrdə birləşdirilmiş
periferiya qurğularından, proqram təminatı və texniki
qurğulardan ibarət otaq nəzərdə tutulur. [18, s.160-
164; 10, s.17-19]
Informatika kabineti kompüter texnikası, əyani
və dərs vəsaitləri, fakültativ, əlavə məşğələlərin
keçirilməsi üçün nəzərdə tutulmuş dərs otağıdır.
İnformatika kabinetindən həmçinin kompüterdən
istifadə edilən müxtəlif dərslərin keçirilməsi,
şagirdlərin ictimai-faydalı əməyinin təşkili və s. kimi
işlər üçün istifadə oluna bilər.
Kompüter siniflərində dərs zamanı təhlü-
kəsizlik texnikası.
Kompüter siniflərində
kompüterlərin sayı şagirdlərin sayının yarısına bərabər
olmalıdır. Yəni 35 nəfərlik sinif üçün 18 kompüter,
bir də  əlavə müəllim üçün 1 kompüter, yəni 19 kom-
püter olmalıdır. Standart normalara görə, 1 kompüterə
4,5 - 6m
2
 sahə düşməlidir. Deməli, 19 kompüter üçün
104m
2
-lik otaq olmalıdır. Məktəblərdə adətən belə


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə