Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 77 -
subyektiv və kibernetik. Metodik ədəbiyyatlarda
informasiya və onun ölçülməsinə aşağıdakı
yanaşmalar da mövcuddur: [18, s.203-210]
1) semantik (məzmun); 2) kompüter; 3)
kibernetik.
İbtidai siniflərdə informasiya anlayışının
aşağıdakı  şəkildə, subyektiv formada öyrədilməsi
məqsədəuyğundur:
Subyektiv yanaşma. İnformasiyanın
öyrənilməsi üçün müəllim aşağıdakı suallardan
istifadə edə bilər:
-
Siz informasiyanı haradan alırsınız?
Şagirdlərin cavabları təxminən belə olacaq:
-
Kitablardan, radio və televiziyadan. Daha
sonra müəllim bu gün şagirdlərin aldığı informasiya
ilə maraqlanır:
-
Bu gün hansı informasiyanı almısıniz?
Şagird:
-
Hava haqqında məlumat. Müəllim:
-
Deməli, siz bu məlumatı alana qədər
havanın necə olacağını bilmirdiniz. İnformasiyanı
alandan sonra bunu öyrəndiniz. Beləliklə, müəllim
şagirdlərlə birgə informasiyanın nə demək olduğunu
müəyyən edir:
İnformasiya bizim müxtəlif mənbələrdən
aldığımız biliklərdir. Bu tərifdən sonra informasiyanın


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 78 -
insanın yaddaşı olduğu nəticəsinə gəlmək olar. Lakin
insan bütün informasiyaları öz yaddaşında saxlamır,
o, həmçinin dəftər, kompakt-disk və s.-dən də istifadə
edir. Bu cür yaddaş xarici yaddaş adlandırılır. İnsan
bu yaddaşdan istifadə etmək üçün əvvəlcə onu
oxumalıdır. Yəni daxili yaddaşdan istifadə etməlidir.
Müəllim bu məsələləri aydınlaşdırarkən şagirdlərin
kompüterin iş prinsipi və yaddaşı ilə tanışlıqları üçün
zəmin yaratmalıdır. Bu analogiya sayəsində gələcəkdə
şagirdlər kompüterin yaddaş qurğusunun iş prinsipini
daha yaxşı başa düşə bilərlər. Daha sonra müəllim
şagirdlərə səs, qoxu, dad, vizual və taktil informasiya
vasitəsilə insanın bilik əldə edə bilməsini izah
etməlidir.
Kibernetik yanaşma. Kibernetik yanaşmada
aşağıdakı analyışlar öyrədilir:
-
Əlifba və əlifbanın gücü nədir?
-
Əlifbada simvolun informasiya miqdarı nə
qədərdir?
-
Əlifba nöqteyi-nəzərindən mətnin
informasiya həcmini necə müəyyən etmək
olar?
-
Bayt, kilobayt, meqabayt, qiqabayt nədir?
İnformasiyanın öyrədilməsinə kibernetik
yanaşma suryektiv yanaşmaya alternativ variant olub,
müəyyən əlifba ilə tərtib edilmiş mətndə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 79 -
informasiyanın miqdarını müəyyən edir.
Kibernetikada qara qutu adlı giriş və çıxış
informasiyasından ibarət modeldən istifadə olunur. Bu
modeldə informasiya siqnallar vasitəsilə ötürülür.
Qara qutu və kibernetik sistem terminləri əslində
sinonim terminlərdir. Giriş və çıxış qutuları arasında
mübadilə məhz informasiya vasitəsilə həyata keçirilir.
Bu nöqteyi-nəzərdən kibernetik sistemlər arasındakı
informasiya – ötürülən siqnallar ardıcıllığıdır.
Tələbələrə kibernetikanın mahiyyətini aydınlaşdırmaq
məqsədilə aşağıdakı sxemi təqdim etmək olar: [15,
s.27]
Sxemdən aydın olur ki, x ətraf mühitindən y
ətraf   mühitinə ötürülən informasiya z sistemindən
keçir. Bu zaman z sisteminin özündə sistemdaxili
informasiya saxlanılır.
İnformasiya mübadiləsi hər yerdə və hamı üçün
baş verir – insanlar, heyvanlar, texniki qurğular və s.
Bütün bu hallarda informasiya akustik, işıq, qrafik,
elektrik və s. növ siqnallar şəklində olur. Məsələn, hər
mühit
x
Sistem     z
y


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 80 -
hansı bir mətn yazılı formada hərflər ardıcıllığıdır –
deməli, qrafik siqnallardan ibarətdir. Şifahi nitq isə
səs siqnallarından ibarətdir. Bu yanaşmada əsas
anlayış - əlifbadır. Əlifba informaiyanın təsviri üçün
istifadə edilən simvollar ardıcıllığıdır. İkilik
kodlaşdırmada əlifbanın hər bir  simvolu 1 bit
informasiyaya malikdir.
Beləliklə, kibernetik mənada informasiya
ötürülən siqnallar ardıcıllığının məzmunudur.
İnformasiya və entropiya. Entropiya (yunanca
çevrilmə deməkdir) informasiya nəzəriyyəsində qeyri-
müəyyənlik mənasında işlənir. Məişətdə entropiya
dedikdə nəzərdə tutulur ki, hər hansı bir sistemdə nə
qədər az element müəyyən qaydaya tabedirsə, entro-
piya bir o qədər yüksəkdir. R.Xartli informasiyaya
belə tərif vermişdir:
Tərif.  İnformasiya nəyinsə vəziyyəti haqqında
olan qeyri-müəyyənliyin, ona dair biliklərin
məhdudluğunu azaldan məlumatdır.
Bu baxımdan informasiyanın ölçülməsi anlayışı
belə müəyyən olunur:
1 bit informasiya bərabər ehtimallı iki
hadisədən birinin baş verməsi haqqında haqqında
verilən informasiyadır. Xartli düsturuna görə
İ=log
2
N. Məsələn, pulu atdıqda iki üzündən birinin
düşməsi haqqında verilən informasiya 1 bitə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 81 -
bərabərdir. Qeyd edək ki, belə yanaşmadan yuxarı
siniflər və ali məktəb tələbələri istifadə edə bilər.
Hesablama texnikasında bit ən kişik vahid
qəbul edilmişdir.
1 b=8 bit
1Kb=1024 b
1 Mb=1024 Kb
1 Qb=1024 Mb
1Tb= 1024 Qb
Müəllim informasiyanın entropiya mənasında
izahını vermək üçün fikirlərini aşağıdakı kimi şərh
edə bilər. [15, s.116-120]
1)
 Bir çox hadisələr təsadüfidir və bu və ya
digər
 ehtimalla
 baş 
verir.
 Bu
 cür
informasiyaların – təsadüfi hadisələr haqqında
informasiyaların üzərinə müəyyən şərtlər
qoyulur.
2)
 
Qeyri-müəyyənliyi  təyin  etmək  üçün
entropiya anlayışından istifadə edilir. Entropiya
(H) aşağıdakı kimi funksiya şəklində verilir.
H=log
2
 N
Entropiya sistemlərdəki dağınıqlığı bildirir.
Entropiyanın aşağıdakı xassələri var:
- Bir neçə asılı olmayan hadisədən ibarət
mürəkkəb hadisənin entropiyası həmin hadisələrin
entropiyaları cəminə bərabərdir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə