Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 7 -
(texnologiyalarının) hamısına aid olan ümumi qanuna-
uyğunluqları öyrənir. Məhz informasiya texnolo-
giyaları və prosesləri informatika elminin obyektini
təşkil edir.
İnformatikanın predmeti bu elmin müxtəlif
tətbiq sahələrinin olması ilə müəyyən edilir. Belə ki,
insan həyatının fərqli sahələrində (iqtisadi proseslərin
idarə olunmasında, tibbdə, maliyyə  əməliyyatlarında,
təhsil sahəsində və s.) istifadə və tətbiq edilən
informasiya prosesləri ümumi cəhətlərə malik olmaqla
yanaşı, bir-birlərindən fərqlənirlər. Bunun sayəsində
müxtəlif əməliyyat və prosedur qaydalarına malik,
müxtəlif texnikadan istifadə edən predmet sahələri
yaranır. Bu sahələrin arasında xüsusi əhəmiyyətə
malik  olan  bir  sahə  təhsil  sahəsidir.  Məhz  infor-
matikanın təhsildə tətbiqləri ilə məşğul olan predmet
məktəb informatikası adını almışdır. İlk dəfə bu
termin rus alimi A.P.Yerşov tərəfindən işlədilmişdir.
Məktəb informatikasının məzmununun nədən ibarət
olduğunu aydınlaşdıraq. [18, s.11; 15, s.30-35]
Məktəb informatikası informatikanın məktəbdə
kompüter texnikasının tətbiqi ilə proqram, texniki,
tədris-metodiki və təşkilati təminatının öyrənilməsi
məsələləri ilə məşğul olan sahəsidir. Məktəb informa-
tikasının proqram təminatı  məktəblərin informasiya


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 8 -
sistemlərinə  əsaslanır. Bu sistemlər isə məktəbin bü-
tün kollektivinin - məktəblilər, idarə edənlər və müəl-
limlərin fəaliyyətini uzlaşdırır. Məktəb informati-
kasının texniki təminatı dedikdə isə məktəbdə təlim-
tərbiyə işinin optimal təşkili üçün nəzərdə tutulmuş
bütün texniki avadanlıqlar başa düşülür. Tədris
metodiki təminat məktəblərdə tədris olunan və
informatika elmi ilə müəyyən dərəcədə  əlaqəsi olan
bütün fənlər üzrə istifadə edilən dərsliklər, elmi-
metodiki vəsaitlər və s.-dir. Məktəb informatikasının
təşkilati təminatı daim yenilənən və inkişaf edən
informasiya texnologiyalarının dinamikliyi səbəbin-
dən çox mürəkkəbdir. Buraya məktəb informati-
kasının texniki bazasının yaradılması, bütün səviy-
yələrdə yeni informasiya texnologiyalarından baca-
rıqla istifadə edə bilən və informatikadan şagirdlərə
digər fənlərin öyrənilməsi üçün zəruri bacarıqları
aşılaya bilən pedaqoji kadrların hazırlanması daxildir.
[18; 15]
Ibtidai siniflərdə informatika dörd əsas bölmə
üzrə öyrədilir. Bunlar aşağıdakılardır:
·
informasiya və informasiya prosesləri;
·
formallaşdırma, modelləşdirmə, alqo-
ritmləşdirmə və proqramlaşdırma;


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 9 -
·
kompüter, informasiya-kommuni-
kasiya texnologiyaları və sistemləri;
·
cəmiyyətin  informasiyalaşdırılması
.
Yarım əsrdən çoxdur ki, məktəblərdə
hesablama riyaziyyatı, alqoritm və proqramlaşdırma,
məntiq elmi, diskret riyaziyyatın elementləri tədris
edilir. Fundamental elm sahəsi kimi informatikanın
tədrisi metodikası informatika, fəlsəfə, pedaqogika,
psixologiya və s. elmləri ilə sıx bağlıdır.  Kibernetika
elminin banisi sayılan amerikalı alim Norbert Viner
1948-ci ildə çap edilən  “Kibernetika” kitabında bu
elmin əsaslarını  şərh etmişdir. İnformatika və
kibernetika elmlərinin ümumi cəhətləri çoxdur.
Kibernetika (yun. Επιστήμη  συστημάτων) — yunan
sözü olub, hərfi mənası "idarə etmək bacarığı"
deməkdir. Kibernetika əks əlaqəyə malik olan texniki
sistemlərin idarə olunması haqqında elmdir.
İnformatika isə sosial sistemlərdə və təbiətdə
informasiyanın hərəkətinin ümumi qanunauy-
ğunluqlarını öyrənir. Hər iki elm informasiya
anlayışından istifadə edir. [18; s.11-15]
İTM-in
obyekti təbiətdə və cəmiyyətdə
informasiya prosesləri və informasiya
texnologiyalarıdır.
İTM-in predmeti təbiətdə və cəmiyyətdə
informasiya proseslərinin ümumi xüsusiyyətləri və


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 10 -
qanunauyğunluqlarıdır.
Məktəb informatika kursunun məqsəd və
vəzifələri. Informatikanın tədrisi nəzəriyyəsi və
metodikası günbəgün inkişafda olan bir sahədir.
İnformatikanın tədrisi metodikası aşağıdakı vəzifələri
yerinə yetirir: [15; s.44-47]
·
informatikanın tədrisinin konkret
məqsədlərini və məktəb tədris planında bu fənnin
rolunu müəyyən etmək,
·
məktəb müəlliminə informatika
dərslərinin təşkili üçün ən əlverişli tədris formalarını
seçmək imkanını yaratmaq,
·
müəllimlərin praktik fəaliyyəti üçün
tövsiyyə və məsləhətlər hazırlamaq.
Hər bir fənnin tədrisində olduğu kimi,
informatikanın tədrisi metodikası da aşağıdakı
suallara cavab verir:
·
nəyi öyrənirik?
·
niyə öyrənirik?
·
necə öyrənirik?
İbtidai siniflərdə informatika tədrisinin əsas
məqsədləri bunlardır:
-
İnformasiya, informasiya prosesləri və
sistemləri, texnologiyaları və modelləri haqqında elmi
təsəvvürlərin əsasını təşkil edən biliklərin mənim-


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 11 -
sədilməsi;
-
Kompüterdən istifadə etməklə müxtəlif
növ  informasiya  ilə  (mətn,  səs,  qrafik  və  s.)  iş
vərdişlərinin yaradılması;
-
İKT vasitələri ilə  şagirdlərin idraki
marağının, yaradıcı və intellektual
qabiliyyətlərinin inkişaf etdirilməsi;
-
Şagirdlərdə informasiya anlayışına
hüquqi və etik cəhətdən ciddi yanaşma
tərbiyə etmək, informasiyadan
istifadəyə seçici yanaşmaq;
-
Gündəlik həyatdan alınan informasiyanı
tətbiq etmək, fərdi və kollektiv
proyektlər hazırlamaq.
Ibtidai siniflərdə informatika tədrisi: 1) tədris;
2) praktik; 3) tərbiyəvi məqsəd daşıyır. Bu fənnin
tədrisində qarşıya qoyulan vəzifələr həmin
məqsədlərin yerinə yetirilməsinə yönəldilməlidir.
Tədris məqsədinə informatikanın öyrədilməsində bu
elmin fundamental anlayışlarının mənimsədilməsi, o
cümlədən informasiyanın təsviri, ötürülməsi, istifadəsi
daxildir.
Praktik məqsədlərə  şagirdlərə texnoloji
bacarıqları aşılamaq, onları gələcək praktik
fəaliyyətlərində   lazımi bilik və bacarıqlarla təmin
etməkdir. Tərbiyəvi məqsəd hesablama texnikası və
texnologiyalarından cəmiyyətin və sivilizasiyanın


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə