Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 87 -
sonra 1 saniyəyə oxuduğunuz informasiyanın
miqdarını hesablayın.
Fərz edək ki, kitabda 40 sətir və hər sətirdə
təxminən 50 simvol var. Bu o deməkdir ki, səhifədə
2000 simvol var və ya mətnin informasiya həcmi
2000 bayta bərabərdir. Mətni oxumağa 140 saniyə
vaxt sərf olunur. Deməli, informasiyanın ötürülmə
sürəti 2000/140=14,3 bayt/san–dir. Şagirdlərin
diqqətini belə bir fakta yönəltmək yaxşı olardı ki, eyni
həcmdə, lakin müxtəlif ötürmə sürətinə malik
informasiyalar ola bilər. Ümumiyyətlə, mətnin həcmi
nə qədər böyük olarsa, onun ötürülmə sürətini
müəyyən etmək o qədər asan, düzgün və real olar.
İnformasiyanın saxlanılması aşağıdakı
anlayışlarla bağlıdır:
İnformasiya emal edilməzdən əvvəl və sonra
daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi
kağızdan, perfolentdən, perfokartdan, maqnit
lentindən, müasir kompüterlərdə isə maqnit və lazer
disklərindən, fleş kartlardan istifadə olunur.
Bəşəriyyətin tarixində informasiya daşıyıcıları
olaraq daş, papirus, perqament, kağız və s.–dən
istifadə edilmişdi. Əgər yaxın keçmişdə informasi-
yanın kağız üzərində saxlanmasından istifadə
edilirdisə, hal-hazırda dah çox optik disklərdən, fleş-


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 88 -
kartlardan və digər informasiya daşıyıcılarından
istifadəyə üstünlük verilir. Belə ki, adi kağızın ömrü
50 ildən çox deyil, arxiv kağızlarının ömrü isə xüsusi
növ materialdan hazırlandıqları üçün daha çox – 150
il olur. [18, s.220]
Informasiya daşıyıcıları (yaddaş), daxili və
xarici yaddaş informasiyanın saxlandığı yerdir.
Məlumdur ki, insanın beyni onun həm də yaddaşı və
ya yaddaş daşıyıcısıdır. Beyin operativ yaddaşdır –
çünki o, insan onunla cari anda düşünür və
informasiya verə bilir. Bioloji yaddaş – və ya genetik
yaddaş daxili yaddaşdır, çünki o, insanın daxilində
yerləşir və beyində saxlanılır. Bütün yerdə qalan
yaddaşlar xarici yaddaş hesab olunur. Qədim za-
manlardan insanlar papirus, daş, ağac və s.–dən
yaddaş daşıyıcıları kimi istifadə etmişlər. Kompüterdə
saxlanılan informasiya verilən adlanır.
İnformasiyanın axtarışı və emalı adi halda
insan tərəfindən, avtomatlaşdırılmış halda isə
kompüter vasitəsilə aparılır. İnformasiyanın emalı
başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir.
Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və
proqramlardan istifadə olunur. İnformasiya emalı belə
bir sxemlə təsvir oluna bilər:


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 89 -
İlkin informasiya – Emal edilən informasiya–
Son informasiya
Emal edilən informasiya müəyyən alqoritmə
tabe olur. İnformasiyanın emalının aşağıdakı növləri
var:
- Yeni biliyin və ya informasiyanın alınması
məqsədilə emal – məsələn, riyaziyyatdan məsələ həlli,
ana dilindən cümlənin sintaksis təhlili və s.
- İnformasiyanın formasını dəyişdirən emal –
məsələn, mətnin bir xarici dildən başqa dilə tərcüməsi.
İnformasiyanın strukturlaşdırılması – məsələn,
əlifba sırası ilə siyahıların hazırlanması.
İnformasiya axtarışı – məsələn, mətndə hər
hansı sözün axtarışı, bəstəkarın musiqisinin, rəssamın
əsərini axtarışı.
İnformasiyanın emalından alınan nəticələr tələb
olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaş-
dırılmış üsulla (kompüterlə) emal olunan informasiya
istifadəçilərə adətən kompüterin xaricetmə qurğuları
ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik
və s. şəklində çatdırılır.
İnformasiya proseslərinin öyrədilməsi nəticə-
sində şagirdlər əsasən aşağıdakıları bilməlidirlər:
Informasiyanın məzmun və kibernetik


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 90 -
yanaşmada izahını;
Informasiya prosesləri hansılardır;
Informasiya daşıyıcıları nədir;
Informasiyanın ölçü vahidi olan bit nəyi
bildirir;
Bayt, kilobayt, meqabayt, qiqabayt nədir;
Informasiyanın ötürülmə sürəti necə ölçülür;
Hər hansı hadisə haqqında verilən məlumatdakı
informasiyanın miqdarı ilə həmin hadisənin baş
verməsi arasındakı əlaqə nədir;
K.Şennon tərəfindən  texniki əlaqə kanalları
vasitəsilə informasiyanın ötürülməsi prosesi necə izah
edilir.
İnformasiya proseslərinə görə insanın fəaliyyəti
ilə kompüterin fəaliyyəti arasında həm oxşar, həm də
fərqli cəhətlər var. Həm insan, həm də kompüter
informasiya ilə işləyir, onu qəbul edir, saxlayır, emal
edir və ötürür. Bu, oxşar cəhətlərdir. Fərqli cəhət odur
ki, insan canlıdır və onun duyğu üzvləri var. Bu üzvlər
vasitəsilə o, obyektlərin dadını, qoxusunu, onların
hamar və ya kələ-kötür, yumşaq və ya sərt, küt və ya
iti olmasını da öyrənə bilir. Kompüter süni obyektdir,
onun duyğu üzvləri yoxdur, onu insan yaradıb və o,
insan tərəfindən idarə olunur. Kompüter insanların
yaratdıqları proqramlar əsasında işləyir.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 91 -
X.
İnformasiyanın kompüterdə təsviri
1. Kompüterdə ədəd tipli informasiyanın təsviri.
2.  Kompüterdə simvol şəkilli informasiyanın
təsviri.
3.  Kompüterdə qrafik informasiyanın təsviri.
2. Kompüterdə səs informasiyasının təsviri.
Müasir kompüterlər bütün növ informasiyalarla
- ədəd, simvol, qrafik və səs informasiyaları ilə işləyir.
Lakin ilk kompüterlər yalnız 10-luq say sistemində
verilmiş ədədi informasiya ilə işləyə bilirdi. Kompüter
hesablamaları 2-lik say sistemində yerinə yetirir, 2-lik
say sistemində verilmiş  ədədlər isə maşın sözləri
vasitəsilə təsvir olunur. Maşın sözünün ölçüsü
kompüterin prosessorunun tipindən asılıdır. Belə ki,
maşın sözünün ölçüsü 8 bitə bərabərdirsə, bu o
deməkdir ki, kompüter 8 tərtiblidir. 16 bitə, yaxud 2
bayta bərabər olan maşın sözü 16 tərtibli
kompüterlərdə işlənir. Hazırda 32, 64, 128 tərtibli,
yəni 4,  8 və ya 16 bayta bərabər maşın sözündən
istifadə edən fərdi kompüterlər geniş yayılmışdır. [18,
s.225-238]


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə