Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 107 -
ümumtəhsil məktəblərinin I-XI siniflərində bu fənnin
tədrisi zəruri hesab edilir. Bütün bunlar ümumtəhsil
məktəblərində tədris olunan fənlər sırasında
informatikanın yerini müəyyən etməklə yanaşı, onun
tədrisi qarşısında qoyulan əsas məqsədləri ümumi
şəkildə müəyyənləşdirməyə imkan verir. Müasir
dərsdən kompüterlə iş prosesində məhz düşünməyi,
fikirləşməyi öyrətmək tələb olunur. Kompüter
vasitəsilə şagirdlərə qısa müddət ərzində çox müxtəlif
bilik, bacarıq və vərdişləri aşılamaq, onlarda müasir
dövrdə vacib olan çeviklik və müstəqil fikir yürütmək
kimi  keyfiyyətləri formalaşdırmaq olar. Kompüter öz
fəaliyyətinə görə elə qüvvətli bir “silahdır” ki, onun
köməyilə icra olunan fəaliyyət insanın yaddaşına,
emosionallığına, fəallığına və maraqlarına birbaşa
təsir göstərir. Bu isə 1-4-cü sinif şagirdləri üçün dərsə
marağın yaradılması və onların emosional fəaliyyətinə
düzgün istiqamət verilməsi baxımından olduqca
əhəmiyyətlidir.
Kompüterin təlimdə iki funksiyası var –
öyrənmə obyekti və öyrətmə vasitəsi olmaq. Bu
funksiyalar bir-birilə sıx əlaqədar olsa da, ayrı-ayrı
fənlərin tədrisində kompüter məhz öyrətmə vasitəsi
kimi nəzərdən keçirilə bilər. İnformatika fənninin
tədrisində kompüter öyrənmə obyekti kimi, digər
fənlərin tədrisində isə öyrənmə vasitəsi kimi, yəni


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 108 -
həmin fənlərə aid olan bilikləri kompüterin
imkanlarından, internetdən istifadə etməklə öyrənmək
vasitəsi kimi istifadə olunur. Kompüterin öyrənmə
vasitəsi olmaq funksiyası məhz təhsilin keyfiyyətini
artıraraq, bütün dünyada təhsilin kompüterləşməsinin
əsasını təşkil edir.
XII. Informasiyanın modelləşdirilməsinin və
alqoritmləşdirmənin tədrisi metodikası
1.
İnformasiya modelləşdirilməsi istiqamətində
tədrisin məzmunu.
2.
İnformasiya modelləri və modelləşdirilməsi
haqqında təsəvvürlərin daxil edilməsinə metodik
yanaşma.
3.
İnformasiya modelləri və formallaşdırmanın
öyrədilməsi metodikası.
4.
Alqoritmləşdirmə istiqamətində tədrisin
məzmunu.
5.
Alqoritm anlayışının daxil edilməsi metodikası.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 109 -
İnformasiya modelləşdirilməsi istiqamətində
tədrisin məzmunu. Modelləşdirmə ibtidai siniflərin
informatika kursunda ayrıca tədris vahidi kimi tədris
edilmir, lakin informatika kursunun bütün nəzəri
bazasını modelləşdirmə təşkil etdiyindən bu
mövzunun öyrənilməsi çox mühümdür. Metodik
cəhətdən alqoritmlərdən əvvəl modelləşdirmə
öyrədilməlidir. Çünki alqoritmlər əslində modelləşmiş
informasiya üçün qurulur. 4-cü sinifdə “Əlamətlərin
cədvəl şəklində verilməsi”, “Qrup və altqrup”, “Və,
və ya sözləri olan mürəkkəb mülahizələr”,
“Mülahizələrin sxemlərlə göstərilməsi” mövzuları
məhz informasiyanın modelləşdirilməsi ilə  əlaqədar
olaraq şagirdləri bu mövzuya  hazırlamaq üçün
keçilir. Bu mövzularda əsasən informasiyanın
modelləşdirilməsində cədvəl və qraflardan istifadə
qaydaları verilmişdir. İnformasiyanın modelləşdiril-
məsi nədir və metodik cəhətdən hansı qaydada tədris
edilməsi məqsədəuyğundur suallarını aydınlaşdıraq.
[18, s.263-267]
Model – obyektin, hadisənin və ya prosesin
müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolma
formasıdır. Modelin yaradılması prosesi modelləş-
dirmə adlanır. Modeli yaradılan obyektin özünə
orijinal, yaxud prototip deyilir. Bəs nə üçün insanlar


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 110 -
obyektin özü ilə deyil, modeli ilə işləyirlər? 1-cisi,
obyekt öyrənilən zaman orijinal özü mövcud olmaya
bilər. O ya keçmişdə qalmış, ya da gələcəkdə
düzəldiləcək obyekt ola bilər. Dinozavrların nəslinin
kəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyəsi
və s. kimi. 2-cisi, orijinal çoxsaylı mürəkkəb
xüsusiyyətlərə malik ola bilər. Modeldə isə yalnız
tədqiqatçını maraqlandıran xüsusiyyətlər nəzərə alınır.
3-cüsü, model obyektin ümumiləşməsi ola bilər.
Məsələn, maneken real insanın standartı, obrazıdır. 4-
cüsü, müəyyən səbəblərdən orijinal tədqiqatçı üçün
əlçatmaz ola bilər. Məsələn, molekullar çox kiçikdir,
dağlar, planetlər çox böyükdür, ona görə onların
modellərindən istifadə edilir.
Təqdimolma formasına görə modellərin 2 növü
var – maddi modellər və informasiya modelləri.
İnformasiya modelləri və modelləşdirilməsi
haqqında təsəvvürlərin daxil edilməsinə metodik
yanaşma. Metodistlərin fikrincə modellər 3 səviyyədə
öyrədilməlidir: minimal, tamamlanmış və  dərinlə-
dirilmiş.
Minimal səviyyədə modelləşdirmənin əsas
anlayışları öyrədilməlidir. Bu zaman müəllim təlim
metodu kimi söhbətdən istifadə edə bilər. Model


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 111 -
anlayışı ilə bağlı  şagirdlərin özləri çox sayda
nümunələr bilirlər və müəllimin düzgün istiqamət
verməsi ilə onlar modellərə aid misallar göstərə
bilərlər. Bu misalların əsasında şagirdlər modelə belə
bir tərif verə bilərlər: Model real obyektin
sadələşdirilmiş obrazıdır. Qeyd etmək lazımdır ki,
modeldə onun istifadəsi üçün nəzərdə tutulan
xüsusiyyətlər nəzərə alınır. Məsələn, insanın müxtəlif
modelləri mövcuddur: anatomiya dərsində istifadə
edilən skelet, mağazaların vitrinində qoyulan
maneken və s.
Daha sonra modelləşdirmənin məqsədi nəzərdən
keçirilməlidir. Burada qeyd olunur ki, yalnız
obyektlər deyil, proseslər də modelləşdirilə bilər.
Məsələn, atmosfer prosesləri və hava proqnozu,
seysmoloji zonalar və s.
“Modelləşdirmə obyekti – məqsəd – model”
anlayışları zəncirində  son element modeldir. İnfor-
matika kursunda daha çox informasiya modelləri
nəzərdən keçirilir. İnformasiya modellərinin aşağıdakı
formaları var:
-
Təsviri və ya verbal;
-
Qrafik;


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə