Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə23/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   339
em tom

5. 
Dərsliklər və dərs vəsaitləri
 
Dərsliklər tədris proqramının tələbləri əsasında hazırlanır. Tədris 
proqramının məzmununun konkretləşdirilməsi öz ifadəsini dərsliklərdə və dərs 
vəsaitlərində tapır. Dərsliklər və dərs vəsaitləri biliklərin, məktəblilərin müstəqil 
işlərinin təşkilinin əsas mənbəyi və təlimin ən mühüm vasitələrindən biridir. 
Dərsliklərin tərtibinə aşağıdakı tələblər verilir: 1. Fənn proqramına uyğun 
gəlməli; 2. Tərbiyənin vəzifələrinin həyata keçirilməsinə yardımçı olmalı; 3. 
Sistemliliyə, ardıcıllıq, varislik və elmiliyə əməl edilməli; 4. Şagirdlərin yaşına 
və anlaq səviyyəsinə uyğun olmalı; 5. Dili sadə, anlaşıqlı, aydın və yığcam, nəşri 
yüksək səviyyədə olmalı; 6. İdeoloji baxımdan yararlı olmalı. 7. Qazanılmış 
biliklə yeni bilik arasında əlaqə yaradılmalı; 8. Təlim materialı şagirdə bilik 
verməklə yanaşı, həm də onun ümumi inkişafı üçün şərait yaratmalıdır; 9. 
Materiallar xarakterinə görə (hansını məcburi keçmək lazımdır, hansına aid 
təsəvvür yaradılmalıdır və s.) bir-birindən fərqlənməli; 10. Müstəqilliyin 
inkişafına şərait yaradan tapşırıqlara, test nümunələrinə müraciət edilməli, 
mətnlərdən sonra düşündürücü suallar verilməli; II. Bu fənn (fənndaxili əlaqə) və 


63 
ya digər fənlər (fənlərarası əlaqələr) üzrə material vaxtilə əldə olunan biliklərin bu 
və ya digər dərəcədə təkrar olunmasına imkan verməlidir. 
Dərslik şagirdə düşünməyi, öyrənməyi, müstəqil fikir yürütməyi 
öyrətməlidir. Bunun üçün dərsliyə ikinci dərəcəli, lüzumsuz və əhəmiyyətsiz 
materiallar gətirilməməli, dərslik və dərs vəsaitləri yığcam, lakonik olmalı, 
materiallar yüksək səviyyədə ümumiləşdirilmiş, eyni zamanda konkret 
olmalıdır. Dərsliklər faktik materialın zəruri və əlverişli həcmini özündə 
birləşdirməlidir. Materiallar, məktəblilərin yaş səviyyələrini, maraqlarını, psixi 
proseslərinin xüsusiyyətlərini nəzərə almalı, eyni zamanda elmin başlıca 
müddəalarını əks etdirməlidir. Dərslikdə tədris materialının sistemli şərhi idrak 
metodları ilə vəhdətdə həyata keçirilməli, kütləvilik, cəlbedicilik, problematiklik 
diqqət mərkəzində dayanmalıdır. Nəticədə dərslik məktəblilərdə biliklərə və 
dərketməyə maraq oyada, onlarda özünütəhsilə tələbatı stimullaşdıra bilər. 
Dərsliyin sturkturu belədir ki, o, əsas komponent kimi mətni və köməkçi 
komponentləri əhatə edir. Bütün mətnlər mətn-təsvirə, mətn-nəqletməyə, mətn-
düşünmüyə bölünür. Belə komponentlərə daxildir: təşkilat aparatı və 
mənimsəmə (sual və tapşırıqlar, yaddaşlar, yaxud təlimatı materiallar, cədvəllər 
və şrift ayırmaları, üllüstrativ materiallara və tapşırıqlara şərhlər, qeydlər, 
əlavələr, sərlövhələr, göstərişlər). 
Dərsliyə əlavə kimi müxtəlif dərs vəsaitləri - müntəxəbatlar, metodik 
göstərış və tövsiyələr, lüğətlər, məlumatlar, tapşırıq və məsələlər tarix və 
coğrafiya xəritələri, lal xəritələr və fonomüntəxəbat, sinifdənxaric oxu üçün 
materiallar və s. verə bilərlər. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə