Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə22/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   339
em tom

4. Tədris proqramları 
Fənn proqramları tədris planının tələblərinə əsasən tərtib olunur. 
Tədris proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
tərəfindən təsdiq edilən sənəd olub bu ya ya digər sinifdə hər bir fənn üzrə 
təhsilin məzmununu və quruluĢunu müəyyənləĢdirir, elmi biliklərin, 
dünyagörüĢ və mənəvi-etik ideyaların, həmçinin Ģagirdlər tərəfindən 
mənimsənilməsi vacib bilinən praktik bacarıq və vərdiĢlərin sistemini 
özündə birləĢdirir. 


60 
Tədris proqramları quruluşuna görə iki komponentdən ibarətdir: izahat 
vərəqi (yaxud giriş) və təhsilin məzmunu. Bəzi pedaqoqlar metodik göstərişləri 
üçüncü komponent kimi verirlər. Əslində metodik göstərişlər də izahat 
vərəqində öz əksini tapır. 
Tədris proqramları, əsasən iki şəkildə hazırlanır: sistematik (ardıcıl) və 
konsentrik. Proqramın sistematiklik prinsipi üzrə tərtibinin mahiyyəti bundan 
ibarətdir ki, bu və ya digər fənn elmin sistemini qoruyub saxlamağa xidmət edir, 
ayrı-ayrı mövzular özlərindən əvvəlki mövzuları tamamlayır, özlərindən sonrakı 
mövzular üçün zəmin yaradır. 
Tədris mövzularının konsentrik düzülüşünün mahiyyəti belədir ki, aşağı 
siniflərdə, yaxud əvvəlki sinifdə öyrənilən mövzuların yuxarı (sonrakı) 
siniflərdə daha əhatəli və dərindən keçilməsi təmin olunur. Məsələn, ibtidai 
siniflərdə Azərbaycan dilindən isim barədə yığcam məlumat verilir, V sinifdə 
həmin mövzunun üzərində daha geniş dayanılır. Və yaxud, V sinifdə «Ata 
yurdu» fənni tədris olunur. «Ata yurdu» Azərbaycan tarixi kursuna daxil olan bir 
fəndir. Bu fənn üzrə VI-XI siniflərdə nəzərdən keçiriləcək mövzuların böyük 
əksəriyyətinə yığcam şəkildə ekskurs edilir. Başqa sözlə, V sinifdə qədim 
dövrdən bu günümüzə qədər tariximiz qısa şəkildə işıqlandırılır, digər siniflər 
Azərbaycan tarixinin yalnız müəyyən dövrünü (lakin hərtərəfli) əhatə edir. 
Tədris proqramının quruluşunun konscntrik üsulunda eyni material 
(məsələ) bir neçə dəfə, lakin sadə mürəkkəbliklə, yeni komponentlərlə təhsilin 
məzmununun genişləndirilməsi, zənginləşdirilməsi, onlar arasındakı əlaqələrin 
və asılılıqların dərindən nəzərdən keçirilməsi ilə şərh olunur. 
Proqramda materialın konsentrik yerləşdirilməsi heç də sadəcə təkrarı 
nəzərdə tutmur, bu və ya digər məsələlər nəzərdən keçirilən hadisə və 
proseslərin mahiyyətinə daha dərindən nüfuz etməklə genişləndirilmiş əsasda 
öyrənilır. 
Proqramın konsentrik qaydada hazırlanması məktəblilərin yaş və dərketmə 
səviyyəsini hesaba almaqla bağlıdır. Məktəblilərin psixi inkişafının səviyyəsi 
belədir ki, bir sıra hallarda elmin qanun və anlayışlarını onlara çatdırmağa imkan 


61 
olmur. Odur kı, bəzı qanun və anlayışlar barədə əvvəlcə yığcam təsəvvürlər 
yaradılır, daha sonra (sonrakı siniflərdə) geniş şəkildə həmin məsələlərin 
üzərində dayanılır. 
Proqramın tərtibinə aşağıdakı tələblər verilir: 1. Tədris planına əsasən 
hazırlanmalı; 2. Sistematik və ardıcıllığa əməl olunmalı; 3. Proqramda müəllim 
üçün müvafiq göstərişlər olmalı; 4. Proqramda elmin mübahisəli məsələləri öz 
əksini tapmamalı; 5. Elmin müasir inkişaf səviyyəsinə uyğun gəlməli; 6. 
Tərbiyəvi vəzifələr öz həllini tapmalı; 7. Məktəblilərin anlaq səviyyələri, yaş 
xüsusiyyətləri diqqət mərkəzində dayanmalı; 8. Nəzəriyyə ilə təcrübənin vəhdəti 
təmin edilməli; 9. Fənlər arasında təbii əlaqəyə fikir verilməli; 10. Proqrama 
elmin başlıca müddəaları və anlayışları daxil olunmalıdır və s. 
Konkret fənn (məsələn, tarix və s.) üzrə bütün siniflərin proqramı, adətən 
bir yerdə, toplu halında nəşr olunur və göstərilir: (Son zamanlar bəzi fənlər üzrə 
dərsliklərin (hər bir dərsliyin) axırında həmin sinif üzrə proqramı əks etdirilməsi 
təcrübəsindən də istifadə olunur). 
Proqramın izahat vərəqi bu fənnin tədris olunduğu bütün siniflər nəzərə 
alınmaqla, ümumi yazılır. Burada kursun qarşısında duran məqsəd və vəzifələr, 
proqramın özündən əvvəlki proqramdan fərqi, yeniliklər, müəllimlərin diqqət 
yetirməli olacaqları əsas məsələlər, fəndaxili və fənlərarası əlaqələrin 
yaradılması, yeni təlim texnologiyalarından istifadəyə, təlimin optimallaşdırıl-
masına, müəllim-şagird münasibətlərinin düzgün qurulmasının zəruriliyinə, 
təlimin prinsip və metodlarından səmərəli istifadəyə, şagirdlərin müstəqil 
işlərinin təşkilinə məktəblilərin təlim fəaliyyətinin monitorinqi və qiymətlən-
dirilməsinə və s. dair tövsiyələr öz əksini tapır. 
Proqramda təhsilin məzmunu üçün ayrılmış hissədə (hər bir sinif üçün 
ayrıca) konkret bölmənin (bəhsin) adı və həmin bölmənin öyrənilməsinə ayrılan 
saat, bu bölməyə daxil olan hər bir mövzu öyrənilərkən diqqət yetirilməsi vacib 
olan məsələlər (məzmun) ifadə olunur. Diqqət yetirək: 
Azərbaycan tarixi fənni üzrə VI sinifdə: «1 bölmə. «Azərbaycan ərazisində 
ibtidai icma quruluşu» (6 saat). 


62 
Mövzu: «Azərbaycan ərazisində ilk insan məskənləri» (1
 
saat). 
(Məzmun):
Azərbaycanın təbii-iqlim şəraiti. İbtidai insanların 
heyvanlar aləmindən ayrılması. Ən qədim insanlar. «Bacarıqlı adam». İbtidai 
insan dəstələrinin meydana gəlməsi. Onların əmək alətləri və məşğuliyyəti: 
yemtoplama və ovçuluq. Azərbaycan ərazisində ən qədim insan izləri: azıx 
adamı. Oddan istifadə. 
Həmin bölməyə daha dörd mövzu daxildir. Həmin mövzular, onların 
tədrisinə ayrılan saatlar və məzmun verildikdən sonra, təkrarın aparılması (1 
saat) nəzardə tutulur, kursdaxili, kurslararası va fənlərarası əlaqələrin imkanları 
göstərilir. Diqqətəlayiq cəhət həm də burasındadır ki, proqrama hər bir 
bölmədən sonra «Formalaşdırılan əsas anlayışlar». «Şagirdlərin əsas bacarıqları» 
verilir. Yəni bölməyə aid mövzular öyrənildikdən sonra şagirdlər nələri bilməli, 
nələri bacarmalıdırlar. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə