Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə20/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   339
em tom

2. Dövlət təhsil standartları 
Təhsilin ayrı-ayrı pillələlərində məzmunun işlənib hazırlanmasında dövlət 
təhsil standartları özünəməxsus rol oynayır. Təhsilin standartlaşdınlması 
ölkəmizdə vahid təhsil məkanının yaradılması zərurətindən irəli gəlir və 
müxtəlif tip məktəblərdə: 
təhsil alanlar üçün ümumi təhsilin vahid səviyyəsini təmin edirsə, digər 
tərəfdən dünya təhsil sisteminə inteqrasiya olunmağımıza imkan verir. 
Təhsil standartı - məzunların ümumi təhsil hazırlığına verilən 
tələblərin məcburi səviyyəsidir, təlimin və nəzarətin həmin tələblərə uyğun 
gələn məzmununu, metodlarını, formalarını və 
va
sitələrini özündə əks 
etdirir. Bunlar həm «norma», həm «nümunə»
və həm də «ölçü»dür. 
Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, təhsil standartı dedikdə, 
təhsilin dövlət normaları kimi nəzərdən keçirilən ictimai idealı və bu ideala 


56 
nail olmaq üzrə təhsil sistemini ifadə edən əsas cəhətlərin sistemi baĢa 
düĢülür. 
Dövlət təhsil standartları müəyyən dövr üçün dövlət tələblərini özündə 
əhatə edən ümumi normalar məcmusu olub, pedaqoji elmin prinsiplərinə əsasən 
hazırlanır. Təhsil standartları mütərəqqi beynəlxalq meyarlar, milli, ümumbəşəri 
dəyərlər əsas götürülməklə müəyyən edilir. 
Dövlət təhsil standartları təhsilin məzmununu, pedaqoji elmin üzvlərinin 
keyfiyyət göstəricilərini, təhsilin müxtəlif pillələrində şagirdlərin (tələbələrin) 
bilik, bacarıq və vərdişlərin səviyyəsini, təhsil müəssisəsinin və təlim prosesinin 
idarə olunmasını,
 
maddi texniki bazanı müəyyən edir. Təhsil müəssisələrində 
təhsilin dövlət standartlarına uyğun təşkili təmin edilir. 
Ayrı-ayrı məktəb tiplərinin fəaliyyətlərinin, təhsilin səviyyəsinini və 
məzunların təlim göstəricilərinin monitorinqi və qiymətləndirilməsində, 
akkreditasiya və məzunların yekun attestasiyasında müvafiq təhsil standartlarına 
əsaslanır. Sağlamlıq imkanlari məhdud olan məktəblilərin təhsilini həyata 
keçirmək məqsədilə isə xüsusi dövlət standartları işlənib hazırlanır. 
Ümumi dövlət təhsil standartı aşağıdakıları nəzərdə tutur: 
-
təhsilin hər bir pilləsi üzrə məzmunu əks etdirir. Dövlət şagirdlərə 
(tələbələrə) zəruri ümumi təhsil hazırlığı verməyi nəzərdə tutur; 
-
təhsilalanların zəruri hazırlığına minimum tələblər verilir. 
Məzmun baxımından ümumtəhsil məktəbinin dövlət standartı nəzərdə tutur: 
-
elmlərin əsaslarına dair nəzəriyyələrdən, konsepsiyalardan, onların 
tarixindən, problemlərindən, metodologiyasından və proqnozlarından xəbərdar 
olmaq; 
-
bu və ya digər bilik sahəsinin əsas anlayışlarını bilmək və tətbiq etmək 
bacarığı; 
-
əsas anlayışlara tərif vermək: 
-
anlayışın məzmununu və qayəsini açmaq; 
-
anlayışlara praktik şərh (təfsir) vermək; 


57 
-
bilik, elm sahələri və fəaliyyət növləri üzrə fasiləsiz özünütəhsil 
texnologiyaları ilə tanış olmaq və onların əsaslarını mənimsəmək: 
-
cəmiyyətin əsas problemlərini (ailə, milli, sosial, siyasi mənəvi, mədəni, 
beynəlxalq, ekoloji, iqtisadi, istehsalat və s. sahələrdə) bilmək və onların həll 
edilməsi sahəsində öz vəzifələrinin nədən ibarət olduğunu aydın başa düşmək; 
-
sabit (standart) və dəyişən (qeyri-standart) situasiyalarda idraki (nəzəri) və 
praktik vəzifələrin yerinə yetirilməsi zamanı elmi bilikləri tətbiq etmək bacarığı; 
-
müvafiq təhsil sahəsinin nəzəriyyəsi və praktikasına bələd olmaq. 
Yuxarıda qeyd olunanlar təhsilin pillələri və səviyyələri üzrə təhsilin 
standartlaşdırılmasının ümumi parametrlərini əhatə edir. Onlar təhsil sahələri, 
konkret tədris fənləri üzrə konkretləşdirilir. Tədris materialının təqdimetmə 
səviyyəsinə və məktəblinin icbari hazırlığına verilən tələblər nəzərə alınmaqla 
şagirdlərin hazırlığı səviyyəsinə nəzarət etmək və onu qiymətləndirmək 
məqsədilə tapşırıqlar (testlər) sistemi müəyyənləşdirilir. Təhsil standartlarında 
məzmun elə qurulur ki, hər bir məktəbli maksimum gücüçatan səviyyədə oxuya 
bilsin və onlarda təlimin müsbət motivləri formalaşdırıla bilsin. 
Dövlət təhsil standartları təhsilin məzmununun formalaşlmasında real 
təcəssümünü tapan aşağıdakı normativ sənədlərə önəm verir: tədris planı, tədris 
proqramı, dərsliklər, dərs vəsaitləri. Məsələ və çalışma kitabları və s. Bu 
normativ sənədlər təhsilin məzmununun layihələndirilməsinin müvafiq 
səviyyəsinə tədris planı - nəzəri təsəvvürlərin səviyyəsinə; tədris proqramı -tədris 
fənlərinin səviyyəsinə; tədris ədəbiyyatı - tədris materialının səviyyəsinə) uyğun 
gəlir. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə