Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Yeni material haqqında məlumat verən dərs



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə28/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   339
em tom

 
1.
Yeni material haqqında məlumat verən dərs.
 
2.
Təhlil dərsi.
 
3.
Mövzuya dair yekun dərsi.
 
4.
Təkrar dərsi
 
5.
Ümumiləşdirici dərs. 
6.
Sorğu dərsi.
 
8.
Bacarıq və vərdişlər formalaşdıran dərs.
 
9.
Biliklərin tətbiqi dərsi.
 
10.Təlim prosesinin bütün hissələrini əhatə edən dərs. 
Metodik ədəbiyyatların və qabaqcıl tarix müəllimlərinin təcrübələrinin 
ümumiləşdirilməsinə əsaslanaraq deyə bilərik ki, V-VI siniflərdə təlim 
prosesinin bütün hissələrini əhatə edən dərs tipik dərs hesab olunur. Bu 
siniflərdə tarix dərslərini bütövlükdə yeni materialı şərh formasında, yaxud 
sənədi təhlil etmək formasında keçmək olmaz. Bu yaşda uşaqların həm diqqəti 
sabit deyil, tarixi təsəvvürləri azdır dərsliyin mətnindən baş çıxarmaq bacarığına 
zəif yiyələniblər, həm də onlar tez yorulur. Bu səbəblər materialın düzgün 


81 
qavranılmasını, dərk edilməsini və möhkəmləndirilməsini təmin edən iş 
üsullarının birgə tətbiqini tələb edir. Digər tərəfdən, bu siniflərdəki materialların 
sadəliyi bütün iş növlərini həyata keçirməyə imkan verir. 
VII-VIII siniflərdə qarışıq dərs tipi üstünlük təşkil edərək, bütün dərslərin 
təqribən yarısını təşkil edir. Artıq VIII sinifdə tarixi sənədi təhlil dərsləri, kontur 
xəritə ilə iş, dərslik üzrə plan tərtib etmək və bu kimi dərslər keçilir. Eləcə də 
təkrar ümumiləşdirici dərslər əhəmiyyətli rol oynamağa başlayır. 
Yuxarı siniflərdə mövzunun və ya kursun bir bölməsinin konkret materialı 
üzərində həyata keçirilən, dərsin hissələrindən birinin üstünlüyü ilə səciyyələnən 
dərs tipindən daha geniş istifadə olunmağa başlayır. Təlim prosesinin bütün 
hissələrini əhatə edən dərs tipi bu siniflərdə istisnalıq təşkil edir. 
Metodik ədəbiyyatlardakı dərs tiplərini aşağıdakı qaydada belə 
ümumiləşdirmişik: 
1)
Təlimin bütün əsas hissələrini əhatə edən dərs; 
2)
Giriş dərsi (mövzuya, bölməyə, kursa dair) a) giriş müsahibəsi; b) şərhin 
müsahibə ilə əlaqəli aparılması; c) məktəbə giriş müsahibəsi; d) giriş 
ekskursiyası;
3)
Yeni material haqqında bilik verən dərs: a) müxtəlif metodlar (nağıl, 
təsvir və i.a.) tətbiq etməklə müəllim tərəfindən materialın şərh edilməsi; b) 
məktəb mühazirəsi; c) yeni material haqqında məlumat verən ekskursiya dərsi; 
d) diapozitivlərlə dərs və ya kino-dərs; d) problemli şərh və problem-idrak 
tapşırıqları verilən dərs; e) şagirdlərin məruzələri dinlənilən dərs;
4) Yekun dərs (mövzuya bölməyə dair); a) müəllimin şərhinin təhlil-
ümumiləşdirici müsahibə və geniş xülasə ilə əlaqələndirilməsi; b) məktəb 
mühazirəsinin müsahibə və mövzuya dair yekun xülasəsi ilə əlaqələndirilməsi; 
c) seminar məşğələsi;
5) Təhlil və ümumiləşdirmə dərsi: a) müəllimin özü tərəfindən aparılan 
təhlil və ümumiləşdirmə; b) təhlil-ümumiləşdirici xarakterli geniş müsahibə; c) 
mühakiməli və problem şərhin ünsürləri ilə məktəb mühazirəsi; d) sənədin 
təhlilinə aid ümumi iş; e) ekskursiya materialının təhlili və sistemləşdirilməsi, 


82 
əyani material əsasında təhlil və ümumiləşdirmə; ə) seminar məşğələsi; e) 
problem – idrak vəzifəli dərs;
6) Təkrar – ümumiləşdirici dərs; a) geniş ümumiləşdirici müsahibə; b) 
əyani materialla ümumiləşdirici dərs; c) xronoloji və sinxronoloji cədvəllər üzrə 
ümumiləşdirici dərs; d) seminar məşğələsi;
7) Təkrar dərsi: a) fərdi sorğu ilə əlaqəli geniş təkrarlama dərsi; b) xəritələr 
üzrə təkrarlama dərsi; c) şəkillər üzrə təkrarlama dərsi, kino-dərs; d) şagird 
məruzələri, məlumatları ilə diopozitivlərə, şəkillərə dair materialın şagirdlər 
tərəfindən şərh edilməsi ilə təkrarlama dərsi; e) məktəb mühazirəsi; ə) 
cədvəllərinin tərtib edilməsi 
8) Bacarıq və vərdişlərə yiyələndirmə dərsi; a) müəllimin nağıl və ya 
mühazirəsinin geniş planının tərtibi; b) mətn üzrə qısa və geniş planlar tərtib 
etmək, sitat gətirmək, tezis yazmaq, konspekt tutmaq; d) tarixi sənədlərlə 
işləmək; e) xronologiya üzrə çalışmalar; e) xəritəni illüstrasiyanı və digər əyani 
materialları, eləcə də rəqəm materiallarını təhlil etmək; ə) xəritə, kontur xəritə 
və atlas üzrə çalışmalar; 
9) Biliklərin tətbiqi dərsi; a) yeni material haqqında məlumat verilməsi və 
onun təhlili zamanı biliklərin tətbiqi; b) biliklərin tətbiqi üçün problem – idrak 
tapşırıqları; c) bilik və bacarıqların tətbiqi tələb edən yeni rəqəm, sənəd və s. 
materialın təhlilinə dair müəllimin rəhbərliyi ilə ümumi iş; d) bilik və 
bacarıqların tətbiqini tələb edən tədris materialı üzərində şagirdlərin müstəqil işi; 
e) tarixə aid biliklərin tətbiqini tələb edən qəzet və jurnal materialları üzərində 
iş;
10) Yoxlama dərsi (mövzu və ya bölməyə dair): a) yoldaşlarının cavabına 
əlavələr və düzəlişlər etmək, onu təhlil etmək məqsədilə aparılan şifahi sorğu; a) 
geniş yoxlama müsahibəsi; b) əyanilikdən istifadə etməklə. Yazı taxtasında 
qeydlər aparmaqla şifahi sorğu; c) şagirdlərin cavab planlarına uyğun olaraq 
mövzunun əsas məsələlərinə dair şifahi sorğu; d) şagirdlərin ev işlərinin 
yoxlanılması və ona düzəlişlər edilməsi; e) yoxlama xarakterli müstəqil iş. 


83 
Dərsin tipinin seçilməsi müəllimin arzusu ilə yox, mövzunun məntiqi 
quruluşu və materialın xarakteri ilə, eləcə də, təlim prosesinin qanunauyğunluğu 
ilə müəyyən edilir. Bununla belə, yuxarıda göstərilən dərs tipləri ehkam deyildir. 
O, müəllimdən dərsi yalnız bir üsulla, tiplə aparmağı tələb etmir. Əksinə 
müəllimi işə yaradıcılıqla yanaşmağa istiqamətləndirir. 
Tədris ekskursiyaları, konfranslar, məsləhətlər (zaçotlar) təlim-tərbiyə 
prosesinin xüsusi formaları olub, qeyri-standart dərslər hesab olunur. 


84 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə