Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə21/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   339
em tom

3.Tədris planı 
Tədris planı məktəbin fəaliyyətini istiqamətləndirən normativ sənəddir. 
Tədris planı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq 
edilən sənəd olub tədris ilinin müddətini, rüblərin və tətillərin sürəkliyini; tədris 
müəssisələrində öyrənilən fənlərin tərkibini (sırasını), onların hər bir sinif üzrə 
bölüşdürülməsini, bu və ya digər sinifdə öyrənilən fənn üçün nəzərdə tutulan 
saatların həftəlik və illik miqdarını əsk ctdirir. 


58 
Tədris planı tədris fənlərinin siyahısını, öyrənilən hər bir fənnə bütövlükdə 
və onun hər bir mərhələsinə ayrılan vaxtı, başqa tərəfdən təhsilin məzmununda 
məktəbin bilavasitə əsaslandığı prioritetləri müəyyənləşdirir, digər tərəfdən onun 
həyata keçirilməsi üçün zəmin yaradır. 
Tədris planının vəzifəsi şagirdlərin hərtərəfli inkişafını təmin etmək, onları 
Vətənin müdafiəsinə və əməyə hazırlamaqdır. Odur ki, tam orta təhsil 
məktəbinin, peşə-texniki məktəblərinin tədris planında sosial-iqtisadi yönümlü 
tədris fənləri (həyat bilgisi, Azərbaycan tarixi, İnsan və cəmiyyət, Azərbaycan 
Respublikası Konstitutsiyası, iqtisadi biliklərin əsasları və; s.); humanitar 
yönümlü fənlər (Azərbaycan dili, xarici dil, ədəbiyyat, musiqi, təsviri incəsənət 
və s.); təbiət-riyaziyyat fənləri (riyaziyyat, kimya, biologiya, coğrafıya və s.), 
həmçinin fiziki tərbiyə, texnologiya fənləri salınır. 
Tədris planında tədris fənlərinin uzlaşdırılması diqqət mərkəzində dayanır, 
məktəblilərin hərtərəfli inkişafı, zəruri bacarıq və vərdişlərin formalaşdırılması, 
ümumtəhsil hazırlığı təmin olunur.
Tədris planlarının təkmilləşdirilməsi cəmiyyətin sosial sifarişi nəzərə 
alınmaqla aparılır. Məcburi fənlərlə yanaşı tədris planında fakultativ məşğələlərə 
ayrılan vaxt (saatlar) da göstərilir. 
Tam orta təhsil pilləsinin tədris planları əlavə və dəyişikliklərlə birlikdə hər 
il kitabça şəklində, yaxud «Azərbaycan müəllimi» qəzeti vasitəsilə bütün 
məktəblərə çatdırılır (Ali və orta ixtisas məktəblərinin tədris planları əvvəlki 
illərdən fərqli olaraq bir neçə ildir ki, tədris müəssisələrinin özləri tərəfindən 
hazırlanır. Təhsil Nazirliyinin təsdiqinə verilir). Ümumtəhsil məktəblərinin 
tədris planlarında tədris olunacaq fənlərin siyahısı, illik və həftəlik saatlar 
verilməklə yanaşı, tədris planına dair qeydlər də öz əksini tapır. Aydınlıq üçün 
«2009-2010-cu tədris ili üçün tədris planına dair qeydlər»in bəzi bəndlərinə 
nəzər salaq: «5. XI siniflərdə fakultativ, fərdi və qrup məşğələlərinə ayrılmış 
saatlardan dərs cədvəlinə daxil edilməklə 1 saatı fızika, 1 saatı coğrafıya 
fənninin tədrisinə verilir; 10. Fakultativ məşğələ qrupları şagirdlərin sayı 8 
nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir; 12. Dərs ili 32 tədris 


59 
həftəsindən ibarətdir. Dərs məşğələləri bütün tam orta təhsil səviyyəsində, bir 
qayda olaraq sentyabrın 15-də başlayıb, mayın 31-də başa çatır. Dərs ili iki 
yarımilə bölünür: - Birinci yarımil - 15 sentyabr-29 dekabr; ikinci yarımil - 06 
yanvar-31 may; 13. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: - 6 gün 
payız tətili (12-17 noyabr); -7 gün qış tətili (30 dekabr-05 yanvar); - 8 gün yaz 
tətili (1 6-23 mart). 
Bazis tədris planı dövlət standartının tərkib hissəsi, əsas dövlət normativ 
sənədi olaraq, ümumi orta təhsilin dövlət normasını əks etdirir ki, bu da 
məktəblilərin təhsilinin qurulmasına, məzmununa və səviyyəsinə verilən 
tələbləri müəyyənləşdirir. Bazis tədris planı məktəbin maliyyələşdirilməsi üçün 
tip tədris planının işlənib hazırlanması üçün əsas olur. 
Tədris planının tərtibinə aşağıdakı tələblər verilir: 1. Fənləri onların 
arasındakı əlaqəyə və məktəblilərin səviyyəsinə uyğun şəkildə əks etdirilməsi, 
sonrakı fənn üçün baza yaradan əvvəl verilir, nisbətən çətin fənlər yuxarı 
siniflərdə tədris olunur. 2. Fənlər arasındakı nisbətə diqqət yetirilməsi (elmlərdən 
bir qisminə, məsələn, təbiət elmlərinə üstünlük vermək və başqa qismini arxa plana 
çəkmək olmaz; 3. Şagirdlərin yaş xüsusiyyətləri diqqət mərkəzində dayanmalı; 4. 
Fənlərin tədrisində ardıcıllığa əməl olunmalı; 5. Milli tərbiyə ənənələrinin 
nəzərə alınması; 6. Təhsilin məzmunundakı vahidlik və varislik gözlənilməlidir; 
7. Hər bir fənnə (sinifdən-sinfə keçdikcə) verilən yer, ardıcıllıq və s.-in 
gözlənilməsi. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə