81
qavranılmasını, dərk edilməsini və möhkəmləndirilməsini təmin edən iş
üsullarının birgə tətbiqini tələb edir. Digər tərəfdən, bu siniflərdəki materialların
sadəliyi bütün iş növlərini həyata keçirməyə imkan verir.
VII-VIII siniflərdə qarışıq dərs
tipi üstünlük təşkil edərək, bütün dərslərin
təqribən yarısını təşkil edir. Artıq VIII sinifdə tarixi sənədi təhlil dərsləri, kontur
xəritə ilə iş, dərslik üzrə plan tərtib etmək və bu kimi dərslər keçilir. Eləcə də
təkrar ümumiləşdirici dərslər əhəmiyyətli rol oynamağa başlayır.
Yuxarı siniflərdə mövzunun və ya kursun bir bölməsinin konkret materialı
üzərində həyata keçirilən, dərsin hissələrindən birinin üstünlüyü ilə səciyyələnən
dərs tipindən daha geniş istifadə olunmağa başlayır. Təlim prosesinin bütün
hissələrini əhatə edən dərs tipi bu siniflərdə istisnalıq təşkil edir.
Metodik ədəbiyyatlardakı dərs tiplərini aşağıdakı qaydada belə
ümumiləşdirmişik:
1)
Təlimin bütün əsas hissələrini əhatə edən dərs;
2)
Giriş dərsi (mövzuya, bölməyə, kursa dair) a) giriş müsahibəsi; b) şərhin
müsahibə ilə əlaqəli aparılması; c) məktəbə giriş müsahibəsi; d)
giriş
ekskursiyası;
3)
Yeni material haqqında bilik verən dərs: a) müxtəlif metodlar (nağıl,
təsvir və i.a.) tətbiq etməklə müəllim tərəfindən materialın şərh edilməsi; b)
məktəb mühazirəsi; c) yeni material haqqında məlumat verən ekskursiya dərsi;
d) diapozitivlərlə dərs və ya kino-dərs; d) problemli şərh və problem-idrak
tapşırıqları verilən dərs; e) şagirdlərin məruzələri dinlənilən dərs;
4) Yekun dərs (mövzuya bölməyə dair); a) müəllimin şərhinin təhlil-
ümumiləşdirici müsahibə və geniş xülasə ilə əlaqələndirilməsi; b) məktəb
mühazirəsinin müsahibə və mövzuya dair yekun xülasəsi ilə əlaqələndirilməsi;
c)
seminar məşğələsi;
5) Təhlil və ümumiləşdirmə dərsi: a) müəllimin özü tərəfindən aparılan
təhlil və ümumiləşdirmə; b) təhlil-ümumiləşdirici xarakterli geniş müsahibə; c)
mühakiməli və problem şərhin ünsürləri ilə məktəb mühazirəsi; d) sənədin
təhlilinə aid ümumi iş; e) ekskursiya materialının təhlili və sistemləşdirilməsi,
82
əyani material əsasında təhlil və ümumiləşdirmə; ə) seminar məşğələsi; e)
problem – idrak vəzifəli dərs;
6) Təkrar –
ümumiləşdirici dərs; a) geniş ümumiləşdirici müsahibə; b)
əyani materialla ümumiləşdirici dərs; c) xronoloji və sinxronoloji cədvəllər üzrə
ümumiləşdirici dərs; d) seminar məşğələsi;
7) Təkrar dərsi: a) fərdi sorğu ilə əlaqəli geniş təkrarlama dərsi; b) xəritələr
üzrə təkrarlama dərsi; c) şəkillər üzrə təkrarlama dərsi, kino-dərs; d) şagird
məruzələri, məlumatları
ilə diopozitivlərə, şəkillərə dair materialın şagirdlər
tərəfindən şərh edilməsi ilə təkrarlama dərsi; e) məktəb mühazirəsi; ə)
cədvəllərinin tərtib edilməsi
8) Bacarıq və vərdişlərə yiyələndirmə dərsi; a) müəllimin nağıl və ya
mühazirəsinin geniş planının tərtibi; b) mətn üzrə qısa və geniş planlar tərtib
etmək,
sitat gətirmək, tezis yazmaq, konspekt tutmaq; d) tarixi sənədlərlə
işləmək; e) xronologiya üzrə çalışmalar; e) xəritəni illüstrasiyanı və digər əyani
materialları, eləcə də rəqəm materiallarını təhlil etmək; ə) xəritə, kontur xəritə
və atlas üzrə çalışmalar;
9) Biliklərin tətbiqi dərsi; a) yeni material haqqında məlumat verilməsi və
onun təhlili zamanı biliklərin tətbiqi; b) biliklərin tətbiqi üçün problem – idrak
tapşırıqları; c) bilik və bacarıqların tətbiqi tələb edən yeni rəqəm, sənəd və s.
materialın təhlilinə dair müəllimin
rəhbərliyi ilə ümumi iş; d) bilik və
bacarıqların tətbiqini tələb edən tədris materialı üzərində şagirdlərin müstəqil işi;
e) tarixə aid biliklərin tətbiqini tələb edən qəzet və jurnal materialları üzərində
iş;
10) Yoxlama dərsi (mövzu və ya bölməyə dair): a) yoldaşlarının cavabına
əlavələr və düzəlişlər etmək, onu təhlil etmək məqsədilə aparılan şifahi sorğu; a)
geniş yoxlama müsahibəsi; b) əyanilikdən istifadə etməklə. Yazı taxtasında
qeydlər aparmaqla şifahi sorğu; c) şagirdlərin cavab planlarına uyğun olaraq
mövzunun əsas məsələlərinə dair şifahi sorğu; d)
şagirdlərin ev işlərinin
yoxlanılması və ona düzəlişlər edilməsi; e) yoxlama xarakterli müstəqil iş.
83
Dərsin tipinin seçilməsi müəllimin arzusu ilə yox, mövzunun məntiqi
quruluşu və materialın xarakteri ilə, eləcə də, təlim prosesinin qanunauyğunluğu
ilə müəyyən edilir. Bununla belə, yuxarıda göstərilən dərs tipləri ehkam deyildir.
O, müəllimdən dərsi yalnız bir üsulla, tiplə aparmağı tələb etmir. Əksinə
müəllimi işə yaradıcılıqla yanaşmağa istiqamətləndirir.
Tədris ekskursiyaları, konfranslar, məsləhətlər (zaçotlar)
təlim-tərbiyə
prosesinin xüsusi formaları olub, qeyri-standart dərslər hesab olunur.