Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

109 
 
terminl
əri izah  edir,  musiqi  janrları  və  formaları,  musiqi  alətləri  və 
ansambllar haqqında söhbət açır. Ə.Bədəlbəylinin bu əsəri keçmiş  SSRİ  
ərazisində belə məzmunlu kitabçaların ilk  nümunəsi  idi. 
1954-cü  ild
ə  Bəstəkarlar  İttifaqı  idarə  heyətinin  7-ci    plenumunda  
b
əstəkarın  xalq  çalğı  alətləri  orkestri  üçün  yazdığı “Simfoniyetta” ifa  
edilir. 1955-ci ild
ə  sənətkar məhşur Azərbaycan tarzəni Qurban  Primov  
haqqında  monoqrafiya  yazır. 
O dövrd
ə  Azərbaycanda musiqi  terminləri  ancaq rus və  ya  başqa  
əcnəbi  dillərdə  işlədilir.  Ə.Bədəlbəyli 1956-cı  ildə  “Musiqi  terminləri  
lüğəti”  kitabçasını  çap  etdirməklə  azərbaycandili  əhalinin  musiqi  
terminl
ərini  daha  aydın  anlamağa  və  doğma  dilimizin  daha  da  
z
ənginləşməsinə şərait yaradır. 
1959-cu ilin may 
ayında  Moskvada  Azərbaycan  incəsənətinin  
dekada
sında Ə.Bədəlbəylinin “Qız  qalası” baleti böyük uğurla təqdim 
olunmuşdu. 
1960-
cı ildə  bəstəkar və dirijor Əfrasiyab  Bədəlbəyli Azərbaycan 
SRİ    Ali  Sovet  Rəyasət  Heyətinin  fərmanı  ilə  Azərbaycanın  “Xalq 
artisti” f
əxri  adına  layiq  görülür. 
1964-1965-ci ill
ərdə sənətkar gənclərin bədii özfəaliyyətinin XVIII  
v
ə  XIX  respublika    olimpiadasının  təşkilatçılarından  biri  və  münsiflər  
hey
ətinin  sədri,  1964-cü  ildə  Azərbaycanın  şəhər  və  kənd  texniki-peşə  
m
əktəbləri  bədii  özfəaliyyətinin  XXIII  respublika  baxışında  isə  
münsifl
ər  heyətinin  üzvü  seçilmişdir. 
“Muğam-68” müsabiqə-festivalının  keçirilməsində  də  Ə.Bədəlbəy-
linin byük 
əməyi  olmuşdur.  Respublikamızın  bir  çox  rayonlarından  
müsabiq
ədə iştirak edən gənc müğənnilər, incəsənət xadimləri “Muğam- 


110 
 
68”  festivalının  təşkilini  yüksək  qiymətləndirmiş  və  tədbirin  
keçirilm
əsini  ənənə  şəklində  davam  etdirməyi  tövsiyə  etmişlər. 
1965-ci  ild
ə  Ə.Bədəlbəyli Q.Almazzadə  ilə  birlikdə, S.S.Axun-
d
ovun  eyni  adlı  povesti  əsasında  bəstəkar  Əşrəf Abbasovun “Qaraca  
qız”  baletinə, daha sonra, 1968-ci ildə  qardaşı  Turqud  ilə  birlikdə  
C.Cabbarlının  eyni  adlı  pyesi  əsasında  R.Mustafayevin  bəstələdiyi  
“Aydın”  operasına  librettolar  yazır.  1969-cu ildə  Ə.Bədəlbəylinin 
“İzahlı  monoqrafik  musiqi  lüğəti”  kitabı çapdan çıxır. 
Ümumittifaq  “Bilik”c
əmiyyətinin  üzvü  olan  sənətkar  bir  çox  
elmi konfranslarda, iclaslarda  musiqi  s
ənəti    haqqında    məruzələrlə  
çıxış    edirdi.  1970-ci ildə  bəstəkarın  “Söyüdlər    ağlamaz”  operası  
tamaşaya    qoyulur.  Operanın  mövzusu  Böyük  Vətən  mühararibəsi 
ill
ərində  Azərbaycanlı  döyüşçünün  şücaəti  və  arxa  cəbhənin  həyatına  
h
əsr  olunmuşdu. 
Bu  ill
ərdə  Əfrasiyab  Bədəlbəylinin  Azərbaycan  televiziyası  və  
radiosu  il
ə  xalq  musiqisi  və  muğamlar  haqqında  silsilə    çıxışları  da  
geniş  tamaşaçı  və  dinləyici  kütləsinin  böyük  rəğbətini  qazanmışdı. 
1969-cu ild
ə  bəstəkar  Fransanın  paytaxtı  Paris  şəhərində  Azərbaycan  
musiqisi  haqqında   mühazirələrlə  çıxış  edir. 
1970-ci  ild
ə, Moskvada, ISME -  Uşaq  və  Gənclərin  musiqi   
t
ərbiyəsi  üzrə  Beynəlxalq  cəmiyyətin  “Uşaqların,  yeniyetmələrin  və  
g
ənclərin həyatında musiqinin rolu” adlı konfransı keçirildi. Konfransda,  
başda Əfrasiyab Bədəlbəyli olmaqla, Azərbaycan nümayəndə heyəti də  
iştirak etmişdir. 
1971-
ci  ilin  oktyabrında  sənətkar  Xor  Cəmiyyətinin  sədri  
v
əzifəsinə  seçilir. 


111 
 
1970-ci  ild
ə,    türk    musiqişünası    Altan  Araslı  Türkiyədə  çapdan  
çıxan  “Musiqi  məcmuəsi”  jurnalında  bəstəkarın  “İzahlı  monoqrafik  
musiqi  l
üğəti”  kitabının  ətraflı  təhlilini  vermişdir.  1977-ci ildə, 
Ankarada,  “Türk folklor konqresinin  m
əlumatları”nda,  türk  dilində   
s
ənətkarın “Azərbaycan xalq  musiqisi” adlı məqaləsi çap olunmuşdur. 
Uzun  ill
ər boyu “Elm  və  həyat”  jurnalının,  “Ədəbiyyat  və  
inc
əsənət”  qəzetinin  redaksiya  heyətinin üzvü olan Ə.Bədəlbəyli  
m
ətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və problematik   
m
əqalələr çap etdirmişdir.  Ə.Bədəlbəyli 1976-cı  il  yanvar  ayının  9-da  
v
əfat  etmişdir. 
“Tarix
ə  yazılıb    bu    ad,    bu    soyad”...    “Əbədidir   məhəbbətin, 
əbədi”... Əfrasiyab Bədəlbəylinin çox yaxın sənət və həyat dostu Rəfiq 
Z
əka Xəndanın onun 60-illiyinə həsr  etdiyi  şeirdən  gətirdiyimiz  bu  
s
ətirləri  maestronun  həyat və yaradıcılığına  epiqraf seçmək olar. 
 
 
 


112 
 
 
 
TOFIQ QULIYEV 
1917-
ci il noyabrın 7-nə  keçən  gecə  Bakının  Bilgəh  qəsəbəsində  
yaşayan  Ələkbər  və  Yaxşıxanım  ailəsində  mühüm  hadisə  baş  verdi  –  
onların  övladı  Tofiq  dünyaya  göz  açdı.  Ələkbər  kişi  əsl  ziyalı  idi. 
İxtisasca  mühəndis-iqtisadçı  olmasına  baxmayaraq,  o,  musiqini  çox  
sevir, fortepianoda göz
əl çalırdı. 
B
əstəkarın  anası   Yaxşıxanım  Mahmudova  əsl  gözəl  xalçaları  
il
ə  tanınan  Pirəbədil  kəndindən  idi. O, Hacı  Zeynalabdin  Tağıyevin  
qızlar  seminariyasında,  sonra  isə  Müqəddəs  Nina   məktəbində  təhsil  
almış,  və  1937-ci  ilə  kimi  hakim  Ali  məhkəmənin  üzvü  olmuşdur. 
Quliyevl
ər  ailəsində  6  övlad  böyüyürdü,  dörd  oğlan,  iki  qız. 
Sonralar  b
əstəkarın  bacıları  –  Simuzər  xanım  Quliyeva  konserva-
toriyanın  professoru və  ailənin ən  kiçiyi Emilya- xanım  da  musiqiçi-
pedaqoq 
olmuşlar.  Bəlkə  də  maraq  dairəsinin belə  çox  sahəli  və  geniş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə