Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

98 
 
 
 
MAESTRO NİYAZİ 
 
XX 
əsr Azərbaycan musiqisinə  ümumdünya  şöhrəti  qazandırmış 
görk
əmli  simalardan  biri,  istedadlı  bəstəkar, dirijor, ictimai xadim 
Niyazi musiqi m
ədəniyyətimizdə özünəməxsus yer tutur. 
 
Niyazi  ilk  cığır  açan  dirijorlardan,  təbliğatçı,  maarifçi 
dirijorlardandır.  Bunu  Azərbaycan musiqisinin simfonik və  musiqili 
s
əhnə əsərlərinin ilk ifasına aid çoxlu fakt, rus və Qərbi Avropa klassik 
musiqi 
əsərlərinin  interpretasiyası  ilə  bağlı  parlaq  nailiyyətlər, müasir 
xarici ölk
ə bəstəkarlarının yaradıcılığı ilə daimi ünsiyyət sübut edir. 
D
əfələrlə  müxtəlif ölkələrdə  çıxış  etməsi  Niyazinin  ifaçılıq 
f
əaliyyətinin gözəl səhifələrini təşkil edir. 
Niyazinin b
əstəkarlığı  parlaq  fərdi bədii yaradıcılıq  xüsusiyyətləri 
il
ə səciyyəvidir. İstər mahnı olsun, istərsə də iri simfonik əsər, opera və 
ya balet, f
ərqi yoxdur, onun müxtəlif  janrlarda  yaratdığı  musiqi  öz 


99 
 
kökl
əri ilə xalq musiqisinə bağlıdır, Vətənə, onun tarixinə və bugünkü 
göz
əl həyatına  əbədi məhəbbəti  əks etdirir. Niyazinin əsərləri 
Az
ərbaycan musiqisi salnaməsində  layiqli yer tutur, ölkəmizin 
çoxmill
ətli musiqi sənətinin nailiyyətlərini artırır. 
Niyazinin dirijorluq f
əaliyyəti geniş və çoxcəhətli olmuşdur. O, rus, 
xarici b
əstəkarların  o  cümlədən Bethoven, Motsart, Vaqner, Dvorjak, 
Raxmaninov, Çaykovski, Rimski-
Korsakov,  Prokofyev,  Şostakoviç  və 
başqalarının  yaradıcılığına  müraciət  etmiş,  Üzeyir  Hacıbəyli, Müslüm 
Maqomayev, Qara Qarayev, Fikr
ət  Əmirov,  Arif  Məlikov, Cövdət 
Hacıyev,  Soltan  Hacıbəylinin və  başqa  bəstəkarların  ən görkəmli 
əsərlərinin ilk təfsirçisi olmuşdur. 
 
B
əstəkar-dirijorun çoxcəhətli  yaradıcılığı  ölkəmizdə  və  onun 
hüdudlarmdan çox-çox k
ənarda  geniş  şöhrət  qazanmışdır.  Bununla 
əlaqədar olaraq görkəmli sənətkarlarının, xarici ölkələrin musiqiçilərinin 
Niyazi haqqında dedikləri olduqca diqqətəlayiqdir. 
 
Dmitri  Şostakoviç  belə  deyirdi:  -  «Cəsarətlə  demək olar ki, 
Az
ərbaycan musiqisinə  ümumdünya  şöhrəti  qazandıran  musiqiçilərdən 
biri istedadlı dirijor və bəstəkar Niyazidir».  
 
Qara Qarayev deyirdi: -  «Bir b
əstəkar kimi mən  ən böyük 
əsərlərimin Niyazinin idarəsilə  ilk  ifasını  çox  eşitmişəm.  Mübaliğəsiz 
dey
ə bilərəm ki, hər dəfə bundan daha yaxşı ifa arzulamamışam».  
 
Pyer Bulezi
n  yazdığı  sözlər:  -  «Qrand Opera»-nın  əla orkestri 
maestro Niyazinin idar
əsi ilə  elə  çalmışdır  ki,  bu  cür  yalnız  böyük 
s
ənətkarın rəhbərliyi altında çalmaq olar». 
 
Filipp  Bonoski  (ABŞ)  isə  maestro barəsində  belə  demişdir: 
«M
ənim fikrimcə, Niyazi dünyanm ən görkəmli dirijorlarından biridir». 


100 
 
 
Niyazi 
Respublikanın  əsas  ifaçı  kollektivlərindən birinə  - 
Az
ərbaycan professional musiqisinin banisi və  klassiki böyük bəstəkar 
Üzeyir  Hacıbəyovun müqəddəs  adını  daşıyan  Azərbaycan Dövlət 
simfonik orkestrin
ə başçılıq edirdi. 
 
Niyazi  Çexoslovakiya,  Macarıstan,  Ruminiya,  İran,  Türkiyə, 
Almaniya,  Monqolustan,  Fransa,  İngiltərə, Çin, Hindistan və  başqa 
ölk
ələrdə  qastrol səfərlərində  olmuş,  özünün  yorulmaz  və  ilhamlı 
dirijorluğu  ilə  Azərbaycanın  musiqi  mədəniyyətini yüksəklərə 
qaldırmışdır.  Bu  qastrol  səfərləri  zamanı  Niyazi «Kirill və  Mefodi» 
ordeni, Bella Bartok medalı, Karl Marksştadt şəhərinin medalı ilə təltif 
olunmuşdur. 
 
Niyazinin b
əstəkarlıq yaradıcılığı musiqi təfəkkürünün orijinallığı, 
xalq musiqi 
ənənələrini dərindən bilməyi, əsl novatorluğu ilə fərqlənir. 
Onun simfonik 
əsərlərinin Azərbaycan simfonizminin inkişafında böyük 
rolu  olmuşdur.  Bəstəkar-ustad  Niyazi  yaradıcılıq  yoluna  «Od  içində» 
fortepiano  poeması,  ilk  səsli Azərbaycan  fılmi  olan  -  «Almas» filminə 
yazdığı musiqi ilə başlamış, sonralar özünəməxsus orijinallığı ilə seçilən 
«20-ci il», «Xosrov v
ə Şirin» operaları bəstələmişdir. 
 
1942-ci ild
ə Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi 
il
ə  əlaqədar ustad Niyazinin bəstələdiyi «Xosrov və  Şirin»  operası 
M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində öz rəhbərliyi 
il
ə lirik-dramatik operası tamaşaya qoyulur. 
 
Nizaminin  eyniadlı  poemasının  motivləri  əsasında  yazılmış 
operada m
əhəbbət mövzusu öz əksini  tapmışdır.  «Xosrov  və  Şirin» 
operasında  subyektiv  lirik  xətt ümumləşdirilmiş,  vətəndaşlıq,  Vətənə 
m
əhəbbət kimi nəcib motivlərlə gücləndirilmişdir. 


101 
 
 
1949-cu ild
ə  F.Əmirovun  «Şur»  və  «Kürd-ovşarı»  simfonik 
muğamlarının  ənənələrini davam etdirən ustad-Niyazi özünün ən iri 
simfonik 
əsərini «Rast» simfonik muğamını yaradır. 
 
«Rast»  simfonik  muğamı  janr xüsusiyyəti etibarilə  simfonik 
poemaya  daha  yaxın  irihəcmli  kompozisiyadır.  F.Əmirovun  simfonik 
muğamlarının 
yolunu 
davam 
etdirən 
Niyazi 
muğamın 
simfonikl
əşdirilməsində öz fərdi dəst-xəttini nümayiş etdirmişdir. Onun 
muğamı  dastanı  xatırladır.  Burada  qəhramanlıq,  səmimi lirika, bayram 
t
əntənəsi musiqi rəvayəti ilə bütöv, tam bir kompozisiya təşkil edir. 
 
B
əstəkar xalq ifaçılığının səciyyəvi ifa üsullarından böyük ustalıqla 
istifad
ə edərək simfonik muğamın milli koloritdə səslənməsinə nail olur. 
Simfonik orkestrin vasit
əsilə  xalq  çalğı  alətləri  -  saz,  zurnanın 
s
əslənməsini canlandırır. 
 
B
əstəkar öz yaradıcılığında  «Zaqatala  süitası»  simfonik  muğamı, 
dram  tamaşalarına  musiqi,  kamera  və  vokal  əsərləri, orkestr üçün xalq 
mahnılarının  işləmələrini və  nəhayət, zərif lirizmile seçilən «Çitra» 
baletini - b
əstələmişdir. 
 
«Çitra» baleti 1961-
ci  ilin  may  ayinda  dahi  şair  Cavahirləl 
Nehrunun 100 illik yubileyini qeyd edil
ərkən böyük müvəffəqiyyətlə 
Kuybışev  operasın  balet  truppasının  ifasında  Moskva  səhnəsində 
göst
ərilmişdir. On il sonra Niyazi baletin partiturasına bir də qayıdaraq, 
xeyli d
əyişikliklər  etmişdir.  Bu  redaksiyada  baletin  musiqisi  şairin 
poetik 
əsərinin yüksək humanist pafosu, fəlsəfi dərinliyini daha yüksək 
emosional gücü il
ə təcəssüm etdirir. 
 
Ustad-Niyazi «Çitra» baletin
ə  görə  Cavahirləl  Nehru  adına 
Beyn
əlxalq mükafata layiq görülmüşdür. 1962-ci ilin əvvəllərində Niya- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə