Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

132 
 
 
FAIQ    MUSTAFAYEV 
Əməkdar  incəsənət xadimi, dirijor Faiq Mustafayev klassik və 
müasir Az
ərbaycan bəstəkarlarının  əsərlərinin təbliğatçısı  kimi  musiqi 
tariximizd
ə layiqli bir yer tutmuş sənətkarlarımızdandır.  
F.Mustafayev 1930-
cu  il  oktyabrın  23-də  Şamaxıda  tanınmış  və 
alic
ənab insan  Hacı  Naim  Mustafayevin  ailəsində  dünyaya gəlib. Hələ 
yeniyetm
ə dövründə incəsənətə və xüsusən teatr sənətinə maraq göstərir, 
t
əhsil  aldığı  172  nömrəli məktəbin dram  dərnəyinə  üzv    yazılır. 
Buradakı  fəliyyəti Faiqin aktyorluq qəbiliyyətinin üzə çıxmasına kömək 
edir.  Sonra  s
əhnə  yaradıcılığına  məhəbbət Faiq Mustafayevi Teatr 
İnstitutuna gətirir. Aktyorluq şöbəsinin tələbəsi olaraq o, eyni zamanda 
Akademik Dram 
Teatrında  əmək fəaliyyətinə başlayır. 


133 
 
Bununla yanaşı, hərtərəfli istedadı onu hələ uşaqlıq illərində musiqi 
s
ənətinə  də  meylləndirmişdi.  Uşaqlıq  illərində  evlərində  səslənən  
musiqi  v
ə  xalq    mahnıları    onun  şəxsiyyətinin  formalaşmasına  təsir 
göst
ərmişdir. Faiqin bacıları Güllü (Azərbaycan Xalq rəssamı) və Tutu,  
qardaşı  Ramiz  (Xalq  artisti, bəstəkar)  pianinoda  xalq  mahnıları,  
muğamları ifa  edər, oxuyardılar. 
Faiqin  püxt
ələşməsində,  gələcək  həyat  yolunun seçimində  təbii  
olaraq,  qardaşı  Ramizin çox böyük  təsiri  vardır.  Dünyasını  dəyişən  
tanınmış  bəstəkarımız  Ramiz  Mustafayev  də  sənətə  Gənc Tamaşaçılar  
Teatrının  aktyoru  olaraq  başlamış,  lakin  daxilindəki  musiqi  potensialı  
üstün  g
ələrək onu bəstəkarlığa, dirijorluğa sövq etmişdi. İçərişəhərdəki  
evl
ərinə  tez-tez Ramizin  bəstəkar  və  aktyor  dostları  gələrdilər,  musiqi  
v
ə  teatr  sənəti  haqqında  müqayisəli  söhbətlər aparar, yeni musiqi  
əsərlərini ifa  edərdilər.  Bu  görüşlər  zamanı  Faiq  gələcəyin  görkəmli 
musiqiçil
əri Xəyyam  Mirzəzadə, Vasif  Adıgözəlov,  Tofiq  Bakıxanov, 
Musa Mirz
əyev, Arif Məlikovla  ünsiyyət  qurur  və  onların  əsərlərinin  
b
əlkə  də  ilk  dinləyici  olurdu. 
T
əbii olaraq, bu musiqi  mühiti, Azərbaycan  ziyalıları,  aktyor  və  
ifaçılarla  tanışlıq  Faiqin  musiqiçi  kimi  formalaşmasına  böyük  təsir  
göst
ərib.  Onu da qeyd etməliyik ki,  məktəb  illərində  tez-tez   
filarmoniyanının  simfonik  konsertlərinin  bütün  məşqlərini   dinləməsi   
onun musiqi 
marağını    artırıb,  dirijor  sənətinə  böyük  həvəs  oyadıb. 
Filarmoniyanın  zalında  Çaykovskinin  və  Bethovenin  simfoniyalarını    
dinl
əyəndə  Faiqin  dərin  həyəcan  hissləri  və  dirijorluq  təqlidləri  
hafiz
əsində silinməz  təəssürat olaraq qalır. O günlərdə  Faiq ağlına da  
g
ətirə bilməzdi, ki o, böyük ustad  Niyazi ilə birlikdə çalışacaq. 


134 
 
Musiqi  s
ənətinə  dərin  meyli  Teatr  İnstitutunda  oxuyan  Faiq  
Mustafayevi  As
əf  Zeynallı  adına  Bakı  Musiqi  Texnikumunun  qoboy 
sinfin
ə  gətirir.  Texnikumda ona  dərs  verən  müəllimlərdən  
(B.Sadıxbəyov və V.Knyazkov)  peşəkar  musiqinin  sirlərini  öyrənir. 
Çalğı    alətinə  olan  maraq  Faiqin  vokal  istedadını  kölgədə  qoymur  və  
1952-ci  ild
ə  bəstəkar  və  dirijor C.Cahangirovun  rəhbərliyi  altında  
Az
ərbaycan  radiosunun  xor  kollektivinə  xorist  kimi  qəbul  olunur. 
Bel
əliklə, Faiq teatr  sənətindən musiqi  sənətinə  keçir.  Musiqi  
texnikumunda  n
əzəri  hazırlıq,  qoboy  alətində  bacarıqlı  ifaçılığı,  xorda  
olan f
əaliyyəti Faiqin gələcək hərtərəfli musiqi inkişafında müstəsna rol  
oynamışdı. Lakin onu uşaqlıq illərindən ən çox maraqlandıran dirijorluq  
s
ənəti  idi. 
Bu maraq Faiqi 1956-
cı  ildə  Dövlət  Konservatoriyasına  gətirir  və  
burada professor C.Cahangirovun xor-dirijorluq  sinfin
ə  daxil  olur. 
Konservatoriyanı  1962-ci  ildə  müvəffəqiyyətlə  bitirəndən  sonra  
görk
əmli dirijor Niyazinin  köməyi  ilə  Dövlət  Filarmoniyasının  
orkestrin
ə  dirijor kimi  işə  qəbul  olunur.  Onu da  deyək ki, Faiqin  
h
əyatında  Niyazinin  çox  böyük  əməyi  və  rolu  olub. Məşqlərdə  Faiq  
diqq
ətlə onun ifaçılıq qabiliyyətini izləyir, bir çox şeyləri ondan öyrənir  
v
ə böyük maestronun vasitəsilə bir çox klassik, müasir və Azərbaycan 
b
əstəkarlarının əsərlərini dərindən  mənimsəyir. 
G
ənc  musiqiçi  öz  peşəkar  sənətini  təkmilləşdirmək  üçün 1969-
1971  ill
ərdə  Moskvaya gedir  və  burada  görkəmli musiqiçi-dirijor  
Q.Rojdestvenskinin  r
əhbərliyi  altında  dirijorluq  təcrübəsi  keçir. 
S
ənətkar  bu barədə  belə  xatırlayır:  “Moskvada  oxumaq  mənə  çox 
şey  verdi, mən  sanki  yeni  bir  konservatoriya  bitirdim.  Moskvanın  


135 
 
z
əngin musiqi həyatı və görkəmli dirijor Q.Rojdectvenski ilə kontaktda  
olmağım mənim üçün çox  böyük xoşbəxtlik oldu”. Bakıya döndükdən  
sonra o yen
ə də filarmoniyada işini davam edir. 
     Faiq Mustafayevi bir dirijor kimi  f
ərqləndirən  əsas  cəhət  musiqiyə  
olan böyük sevgi,  z
əhmətkeşlik  və  öz  sənətini  daima  inkişaf  etdirmək  
c
əhdi  idi.  İstedadlı  dirijor  müxtəlif  dövrlərin  bəstəkarlarına  daima 
müraci
ət etmiş və eyni zamanda müxtəlif  janrların gözəl interpretatoru  
kimi  dinl
əyicilərin xatirəsində qalmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə