Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

127 
 
 
Opera  dirijorluğu  əsasən  Ü.Hacıbəylinin və  M.Maqomayevin 
yaradıcılığı  ilə  bağlı  olmuş.  Ə.İsrafilzadənin  yaradıcılığı  da  hər iki  
s
ənətkarın himayəsi və köməyi sayəsində formalaşmışdır. M.F.Axundov 
adına  Azərbaycan Dövlət Opera və  Balet  teatrının  30  illiyinə  həsr 
olunmuş yubiley konsertində o, artıq Ü.Hacıbəylinin “Leyli və Məcnun” 
v
ə “Arşın mal alan” əsərlərinə dirijorluq edir.  
Op
era  teatrında  çox  böyük  məşğuliyyətinə  baxmayaraq, 
Ə.İsrafilzadə  həmçinin  M.Maqomayev  adına  Azərbaycan Dövlət 
F
ilarmoniyasında da xor kapellasının xormeysteri kimi uğurla fəaliyyət 
göst
ərmişdir.  
F
əal  yaradıcılıq  fəaliyyətilə  eynizamanda o, Azərbaycan Dövlət 
konser
vatoriyasında  təhsilini davam etdirir. 1936-cı  ildə  o,  C.Hacıyev, 
Q.Qarayev,  M.İsmayılov,  Z.Stelnik  və  b. bərabər prof. L.Rudolfun 


128 
 
b
əstəkarlıq nəzəriyyəsi sinfində, simfonik dirijorluğu istiqamətilə birgə 
t
əlim keçir. 
      Tezlikl
ə  konservatoriyada  dirijorluq  şöbəsi  açılır  və  Ə.İsrafilzadə 
d
ərhal orada təhsilini davam etdirmək üçün o dövrdə  Bakıda  çalışan 
Nikolay Anosovun v
ə Leo Qinzburqun sinfinə daxil olur.  
    Dahi Üzeyir-b
əy helə  opera teatrında  çalışdığı  dövrdə  himayədarlıq 
etdiyi 
Ə.İsrafilzadəni  unutmamışdır.  Məhz onun tövsiyyəsi ilə  o, 
N.Rimski-
Korsakov adına Leninqrad konservatoriyasına keçirilir və onu 
uğurla bitirir. 
Bir  faktı  da  qeyd  etməliyik  ki,  Ə.İsrafilzadə  Moskvada keçirilən 
Az
ərbaycan incəsənət və mədəniyyət dekadalarının (1938-ci və 1959-cu 
ill
ərdə) iştirakçısı olmuşdur, 1944-cü ildə isə o, Tiflisdə keçirilən Qafqaz 
yanı ölkələrinin dekadasında iştirak etmişdir. 
1941-ci ild
ə  Ə.İsrafilzadə  M.F.Axundov  adına  Azərbaycan Dövlət 
Opera v
ə  Balet  teatrının  kollektivi  ilə  İranın  Təbriz  şəhərində 
yerl
əşdirilən sovet hərbi hissələrinin qarşısında konsertlərlə çıxış etmiş 
v
ə böyük uğurlar əldə etmişdir.  
H
əmin dövrdə  opera  teatrının  direktoru  olan  İ.Hidayətzadə 
Ə.İsrafilzadə  barəsində  belə  deyirdi:  “Ə.İsrafilzadə  -  gənc dirijor, 
yara
dıcı insan olaraq öz üzərində çalışır, böyüyür.”  
1951-ci ild
ə Ə.İsrafilzadə M.Maqomayev adına Azərbaycan Dövlət 
Filarmoniyasının  simfonik  orkestrinin  kollektivi  ilə  fəal  işə  başlayır. 
Ə.İsrafilzadənin idarəsi altında bu orkestr bir çox görkəmli xarici və rus 
ifaçılarına  müşayiət  etmişdir:  A.Nasedkin,  V.Qornostayeva,  D.Şafran, 
S.Petikorolli, V.Merisatov, L.Berman, N.Ştorkman, İ.Biret, A.Erduran – 


129 
 
bu heç d
ə  Ə.İsrafilzadənin orkestri ilə  çalan  ifaçıların  tam  dolğun 
siyahısı deyildir.  
Əməkdar İncəsənət xadimi, prof. V.Dulova xatırlayırdı: “1958-ci və 
1962-ci ill
ərdə  Bakıda  qastrol  səfərində  olarkən mən  Ə.İsrafilzadənin 
idar
əsi altında Bakı filarmoniyasının simfonik orkestri ilə çıxış etmişəm. 
Proqrama Qlierin v
ə  Ravelin mürəkkəb  əsərləri  daxil  edilmişdir. 
Orke
strin müşayiəti yaxşı ansambl və yumşaq səslənmə ilə seçilirdi ki, 
bu da, şübhəsiz, dirijor Ə.İsrafilzadənin sayəsində əldə edilmişdir”. 
Orkestrin kollektivi müxt
əlif repertuarla nəinki Azərbaycanın 
rayonla
rında, həmçinin də keçmiş Sovetlər İttifaqının respublikalarında: 
Rusiyada,  Moldaviyada,  Ukraynada,  Qazaxıstanda,  Özbəkistanda və  s. 
qastrol s
əfərləri ilə fəal  çıxış etmişdir. 
1963-cü ild
ə  Ə.İsrafilzadə  Azərbaycan  Respublikasının  Əməkdar 
İncəsənət xadimi fəxri ada layiq görülmüşdür. 
Ömrünün son ill
ərini  Ə.İsrafilzadə  şəhərin müxtəlif tədris 
ocaqlarında fəal  pedaqoji fəaliyyətə həsr etmişdir: uşaq musiqi məktəbi, 
A.Zeynallı  adına  orta  ixtisas  Musiqi  məktəbi və  s. 1989-cu ildə 
Az
ərbaycan Dövlət Konservatoriyasında müəllim vəzifəsində çalışarkən  
o, özünün  
“Xalq çalğı alətləri orkestrinin dirijorları üçün elmi-metodik 
işləmə” adlı elmi işini çapdan çıxarmışdır. 
      1994-cü ild
ə Bakı şəhərinin yaradıcı ziyalıları, ictimaiyyət, Əməkdar 
İncəsənət  xadimi,  dirijor  Ə.İsrafilzadənin 80-illiyini  geniş  təntənə  ilə 
qeyd etmişdir. Bu konsertdə də musiqinin sadiq qulluqçusu olan Əbdül 
Əhəd  İsrafilzadə  gənc  yaşlarda  olduğu  kimi  yenə  də  iki  saatdan  artıq 
dirijor pultu arxasında dayanmışdır.  
Ə.Ə İsrafilzadə 2005-ci ildə Bakıda vəfat etmişdir. 


130 
 
 
 
KAZIM ƏLİVERDİBƏYOV 
Az
ərbaycan   Respublikasının  əməkdar  incəsənət  xadimi,  dirijor  
Əliverdibəyov  Kazım  Ağalar-bəy  oğlu  1934-cü  ildə  Bakı  şəhərində  
anadan    olmuşdur.    Ü.Hacıbəyli  adına    Azərbaycan  Dövlət  
Konservatoriyasının   xor  dirijorluğu  fakültəsini  bitirmişdir. 1960-cı  
ild
ən  müəyyən  fasilələrlə  Opera və  Balet teatrında  dirijor   və  baş  
dirijor  v
əzifələrində  çalışmışdır. 
 
Teatrın      repertuarına    daxil    olan    bir    çox    opera    və  balet  
tamaşalarını  Leyli  və  Məcnun”, “Aşıq  Qərib”, “Gəlin  qayası”, “Şah  
İsmayıl”, “Vaqif”, “Madam  Batterflyay”, “Sevilya  bərbəri”, “Karmen” 
operaları,  eyni  zamanda  “Don  Kixot”, “Xəzər  balladası”, “Bolero”, “ 
Karmen – 
süita”, “Paxita”, “Şopeniana”, baletlərini  idarə  etmişdir. 


131 
 
Teatrdakı  fəaliyyəti  ilə  yanaşı  K.Əliverdibəyov  eyni  zamanda  
pedaqoji  f
əaliyyətlə  də  məşğul  olmuşdur.  O,  Bakı    Musiqi  
Akademiyasının  professorudur. 
Teatr  sah
əsində  o, “Uşaq  ili” çəçivəsində   tamaşaçılara   tanınmış  
b
əstəkar,  əməkdar  incəsənət    xadimi    Nazim    Əliverdibəyovun  
“Cırtdan”  operasını  təqdim  etmişdir. 
K.Əliverdibəyov  bir  neçə  il  qardaş  Türkiyə   Respublikasında  
çalışmış,  İzmir   şəhər  konservatoriyasında  dərs  demişdir. 
Prezident    İlham    Əliyevin    sərəncamı    ilə  Azərbaycanda  
m
ədəniyyətin  inkişafında      xidmətlərinə  görə  Kazım  Əliverdibəyov  
Az
ərbaycan  Respublikası  Prezidentinin  fərdi  təqaüdi  ilə  təltif  edilib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə